Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Oxu təliminin əhəmiyyəti və başlıca istiqamətləri



Yüklə 302,66 Kb.
səhifə18/111
tarix12.05.2022
ölçüsü302,66 Kb.
#86837
1   ...   14   15   16   17   18   19   20   21   ...   111
Ana-dilinin-tədrisi-metodikası-ISM-2-kurs

2.Oxu təliminin əhəmiyyəti və başlıca istiqamətləri

İbtidai siniflərdə ana dili tədrisinin ən mühüm və çətin sahələrindən biri oxu təlimidir. Oxu təlimi geniş məfhum olmaqla şagirdlərin oxu texnikasına yiyələnmələrini, onlara oxu vərdişlərinin aşılanmasını, bu texnika və vərdişlərin köməyi ilə uşaqların dərslik və əlavə mənbələrdən ətraf aləm haqqında biliklər əldə etmələrini və müstəqil mütaliə mədəniyyətinə yiyələnmələrini əhatə edir.

Yeni proqram və dərsliklər məktəblilərdə oxu vərdişlərinin yaranması, oxu dərslərinin səviyyəsinin yüksəlməsi üçün real şərait yaradır. Hazırda ibtidai siniflərdə geniş sürətdə tətbiq edilən izahlı qiraətin məqsədi şagirdlərə yaxşı oxumaq vərdişləri aşılamaq, ana dilinə, xalqına məhəbbət hissi aşılamaq – təbiət, həyat haqqında düzgün bilik verməkdir.

Oxu təliminin normal gedişi ibtidai təlimin müvəffəqiyyətini təmin edir. Gənc nəslin təlim tərbiyə və inkişafında oxu təliminin rolu böyükdür. Oxu dərslərində şagirdlər təbiət, coğrafiya, astronomiya, fizika, kimya haqqında, vətənimizin tarixi, ölkəmizdə baş verən mühüm hadisələr və s. Haqqında ilkin biliklərə yiyələnirlər.

Ümumiyyətlə, oxu ana dilinin açarı olmaqla şagirdləri cəmiyyət və təbiətlə tanış etməyin onların nitq və təfəkkürlərini, həm də ümumi inkişaflarını təmin etməyin mühüm vasitəsidir.

Oxu təlimini səmərəli təşkil etmək üçün oxu materiallarının düzgün seçilməsinin əhmiyyəti böyükdür.

Ümumiyyətlə, uşaq ədəbiyyatı uşaqlar üçün ayrıca yazılmış bədii və elmi-idrakı əsərlərdən ibarətdir.

İbtidai siniflər üçün proqramda nəzərdə tutulan mövzular da öz xarakterinə görə iki qrupa bölünür: bədii materiallar, elmi-kütləvi materiallar.



  1. Oxunun növləri.

Oxu nitq fəaliyyətinin növlərindən biridir.

Oxu səsli (ucadan) və səssiz olmaqla iki növdən ibarətdir. İlkin oxu vərdişi ` ucadan oxumaq şəklində aşılanır. Ucadan oxu həm tələffüz, həm də nitqin inkişafı üzrə məşqdir. Təlimin ilkin illərində, ucadan oxuya geniş yer verilməlidir. Bu oxunun əhəmiyyəti böyükdür. Belə ki, səsli oxu prosesində oxunan parçanı hamı eşidir, bu oxu daim nəzarət altında olduğundan rəvanlığı və ifadəliliyi ilə seçilir.

Səsli oxu prosesində şagirdlər ədəbi tələffüzə riayət etməyə, orfoepik normaları gözləməyə çalışırlar ki, bu da nitq mədəniyyətinə güclü təsir göstərir.

Oxunun digər növü səssiz oxudur. Bu oxu yaşlı insanların həyatında az qala yeganə oxu prosesidir. Səssiz oxu da tələffüz prosesi dayanır, nitq – hərəkəti prosesi baş vermir, oxuyan şəxs gözlərin bir hərəkəti ilə çox işarəni əhatə edir. Sürətli oxuya imkan yaranır. Səssiz oxu görmə qavrayışının inkişafına gömək göstərir. Səssiz oxumaq vərdişi çox yavaş inkişaf edir. III sinifdən etibarən bu oxuya geniş yer vermək mümkündür.

Səssiz oxunun üstün cəhəti ətrafdakıların ümumi işinə mane olmamaqda, başqalarının diqqətini cəlb etməmək, yayındırmamaqda özünü göstərir. İnsanın həyatı boyu bu normaları gözləməsi son dərəcə vacibdir. Hətta pıçıltı ilə aparılan oxu başqalarının diqqətini yayındırır, intizamı pozur.

Səssiz oxunun səmərəliliyi mətnin məzmununun nə dərəcədə mənimsənilməsi ilə müəyyən edilir. Oxu və anlamanın vəhdəti oxunun avtomatlaşmış nəticəsi hesab olunur.




Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə