Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə96/111
tarix12.05.2022
ölçüsü302,66 Kb.
#86837
1   ...   92   93   94   95   96   97   98   99   ...   111
Ana-dilinin-tədrisi-metodikası-ISM-2-kurs

4. Orfoqrafik prinsiplər

Orfoqrafiyadan danışarkən onun prinsiplərinin əsas olduğu yada salınmalıdır.

Azərbaycan dili orfoqrafiyasının tərtibində istinad edilən prinsiplər orfoqrafiya təliminin əsasıdır. Başqa dillərdə olduğu kimi Azərbaycan dilində də orfoqrafiyanın tərtibində də bir-birini tamamlayan 3 prinsipə – fonetik, morfoloji və tarixi-ənənəvi istinad edilmişdir.

Azərbaycan dilinin orfoqrafiyasında fonetik prinsip əsas məsələlərdən biridir. Bu prinsipə görə sözlər müasir ədəbi tələffüzə müvafiq, eşidildiyi kimi yazılır. Məsələn: gəl, ana, ata, dərə, çöl, gölvəs. Burada nitqin əsas tərkibinin düzgün qavranılması vacibdir. Lakin bu, o demək deyildir ki, bütün sözləri nə cür eşidir, nə cür tələffüz ediriksə, o cür də yaza bilərik. Şagirdlərdə də elə fikir yaranır ki, tələffüzlə yazılış arasında heç bir ziddiyyət və fərq yoxdur. Bu zaman onların yazıda fikri xəyallıq göstərmələrinədə ehtiyac qalmır. Amma dilmizdəki bəzi sözlərin adi danışıq dilində müxtəlif tələffüz variantlarını (cigər, ciyər, ciyar, ev, əv, öv, öy və s.) və bəzi sözlərin hətta ədəbi dildə də tələffüzcə sabitləşmədiyini nəzərə alsaq, görərək ki, fonetik prinsip – tələffüzə əsaslanaraq yazmaq hər vaxt düzgün nəticə vermir, yəni sözlərin daha bir qismini, daha doğrusu, əksəriyyətinin yazılışı morfoloji prinsipə əsaslanır.

Morfoloji prinsip müxtəlif şəkildə deyilən sözlərin vahid formada yazılışını təmin edir. Bu prinsipə görə söz və şəkilçilərin qrammatik tərkibi yazıda eyni cür əks olunur. Belə ki, tələffüz zamanı sözün mənalı hissələrində müəyyən dəyişikləklər baş verir; məsələn, soyuq sözü ayrı-ayrı şivələrdə soyux, soux, souq, savux; ismin cəm şəkilçisi isə yerinə görə – lar, -lər, - babalar, nənələr; -nar, -nər - qoyunnar, gəlinnər; -dar, -dər, -atdar, kəntdər; -rar, -rər – dəftərrər, narrar; ismin çıxışlıq hal şəkilçisi yerinə görə –dan, -dən – arıdan, Lalədən və –nan, -nən – Azərbaycannan, vətənnən kimi səslənir və s. Yazıda isə bütün bunlar morfoloji prinsipə görə vahid formada yazılır.

Morfoloji prinsipin mahiyyətini aydınlaşdırmaq üçün şagirdlərin diqqəti sözün morfoloji quruluşuna yönəldirməli və aydınlaşdırılmalıdır ki, soyuq sözü (soyumaq) feilinə – q şəkilçisinin artırılması ilə yaranıb. İsmin cəm şəkilçisi –lar, -lər dir; çıxışlıq halın da isə isimlər yalnız –dan, -dən şəkilçisi qəbul etdiyindən başqa şəkilçilərin yazıda işlənməsi səhvdir.

Belə məqamda qrammatik qaydaların ümumiləşdirici xarakteri öz işini görür, yəni şagirdlər qrammatik qaydanı yada salmaqla səhv yazıdan çəkinirlər. Əlbəttə, bu iş şüurlu fəaliyyətə əsaslanmalıdır.

Orfoqrfaiyanın tarixi – ənənəvi prinsipi öz xüsusiyyətlərinə görə o birilərdən fərqlənir. Beləki, dilimizdə bir sıra sözlər var ki, onların yazılışı üçün nə tələffüzü əsas götürürlər, nə də müəyyən qrammatik qaydalar tətbiq olunur. Bu prinsip sözün orfoqrafiya da tarixən qəbul edilmiş formasını saxlamağı tələb edir. Həmin sözlər yazıda, bir ənənə olaraq öz köhnə formasında qalır. Məsələn, şüur, xain, əcaib, əlbəttə, dəftər, əgər, nöqtə, həttasözləriədəbidildəşuur, xayin, əcayib, əlbətdə, dəfdər, hətda, əyər, nöktə şəklində tələffüz olunur. Müasir dövrdə bu sözlərin nəyə əsasən belə yazıldığını söyləmək çətindir. Məlum olanı budur ki, dildəki belə sözlərin yazılışı tarixi – ənənəvi prinsipə əsaslanır, onlar heç bir orfoqrafik qaydaya tabe olmur və ədəbi tələffüzlə yoxlanmır.

Beləliklə, Azərbaycan orfoqrafiyasının başlıca prinsipi olan fonetik və morfoloji prinsip savadlı yazı uğrunda mübarizədə daha mühüm əhəmiyyət kəsb edir.


Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə