Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi


III. Qədim dövrdə Azərbaycan fəlsəfi dünyagörüşü



Yüklə 40,33 Kb.
səhifə22/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   ...   16   17   18   19   20   21   22   23   24
2. Qədim Şərq fəlsəfəsi

III. Qədim dövrdə Azərbaycan fəlsəfi dünyagörüşü

1) Zərdüştilik. Qədim dövr Azərbaycanda fəlsəfi fikir bir tərəfdən əfsanələrdə, nağıllarda, dastanlarda, digər tərəfdən müxtəlif təlimlərdə ifadəsini tapıb. Belə təlimlərdən biri də m.ö. VII əsrdə yaranmış Zərdüştlük təlimidir. Bu təlim Azərbaycanda IX əsrə qədər davam etmişdir. Təlimin yayılmasında Azərbaycanın ilk filosofları sayılan mağlar mühüm rol oynamışlar.

Zərdüştiliyin əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr arasında daim mübarizə gedir və Kainat iki qüvvənin hökmü ilə idarə olunur. Onlardan biri Xeyir Tanrısı Hörmüz (Ahura-Mazda) xeyirxah əməlləri (işığı, həyatı, xeyri), Şər Tanrısı Əhrimən (Anhra-Manyu) isə şər işləri (qaranlığı, ölümü, şəri) təmsil edir. Zərdüştlüyə görə Xeyir Tanrısı Hörmüz əvvəl-axır Şər Tanrısı Əhrimənə qalib gələcək, Şər əbədi yox olacaqdır.

Zərdüştiliyin müqəddəs kitabı Avestadır. Tarixi mənbələrə görə Avesta 12 min inək dərisi üzərində yazılmışdır.

Dövrümüzə gəlib çatan Avesta üç hissədən ibarətdir: Vendidad, Yasna və Vispered. Vendidad (“Divlər əleyhinə qanun”) – şər qüvvələrin dəf olunmasına yönəldilən qanun, Yasna (“Sitayiş etmə”) – ibadət və qurban vermə zamanı oxunan qanunlar, Vispered (“Tanrıların hamısı”) – dua xarakterli mahnılar tərənnüm edən qanunlar. Birinci iki kitab dini mərasimləri əks etdirən ən qədim mətinlər olmaqla iyirmi bir hissədən ibarətdir. Vispered isə Yasnanın ayrı-ayrı hissələrinə əlavələrdir.

Avestada bəşəriyyətin gələcəyinə, bəşəri səadətin təntənəsinə nikbin münasibət bəslənilir. Kitabda təbliğ olunan dünyagörüşünün əsas prinsipi dualizmdir. Həmin prinsipə görə dünyada hər yerdə iki əks qüvvə arasında əbədi barışmaz mübarizə gedir: işıq və qaranlıq, həyat və ölüm, xeyir və şər. Hörmüz və Əhrimən arasındakı mübarizə əbədi olub, varlığın mahiyyətini təşkil edir. Bütün predmet və hadisələrdə əksliklərin mübarizəsi və vəhdəti özünü büruzə verir. Bütün predmet və hadisələr də bu mübarizənin nəticəsində yaranır.

Avesta Zərdüştülük dinin kitabı olmaqla yanaşı, həm də Şərqdə yaranmış mənəvi sərvətləri özündə əks etdirən böyük tarixi əhəmiyyətə malik bir abidədir. Zərdüştün ideyaları nəinki onun ardıcıllarına, hətta Qədim dövrün bir çox filosoflarına böyük təsir göstərmişdir. Atəşpərəstliyin bir din kimi Azərbaycanda sıxışdırılmasına baxmayaraq, onun ayrı-ayrı prinsipləri uzun müddət yaşayaraq adət və mərasimlərlə çulğalaşmışdır.




Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə