Özünümüəyyənetmə
- insan təbiətinin əsas hissəsidir‖ əqidəsi belə
bir fikrə gətirir: insanlar son nəticədə öz vəziyyətlərinə görə
cavabdehdirlər. İstənilən halda ―Mən‖ ilə yaşantı arasında uyğunsuzluq
yaranan andan etibarən insanın müdafiəsi adekvat işləmir və əvvəl bütöv
olan ―Mən‖ strukturu dağılır. Bu baş verərkən insan həyəcan və təhlükə
qarşısında son dərəcə zəif olur. O, özünü yalnız başqaları üçün deyil,
özü üçün də anlaşılmaz aparır.
K.Rocersin çoxsaylı bioqraflı hesab edirlər ki, onun elmi
yaradıcılığının xarakterinə hadisələrin inkişafının təbii proseslər
şəraitində izləməkdən zövq almaqdan ibarət uşaqlıq dövrünün təbiətinə
olan marağı böyük təsir etmişdir. Kliyentin inkişafını isə o, psixoloji
müdafiənin və özünüdərketmənin (mənlik şüurunun) özü tərəfindən
istiqamətləndirilməsinin zəifləməsi prosesləri vasitəsilə təsvir edirdi.
60
Rocers özünün şəxsiyyət və davranış nəzəriyyəsinə aid
tədqiqatlarını genişləndirir və onların nəticələrini ―Kliyent üzərində
mərkəzləşmiş terapiya‖ kitabına daxil edir. Onun nəzəriyyəsi 19 başlıca
tezisə əsaslanır:
1.
Hər bir fərd öz təcrübəsinin daim dəyişən dünyasında
mövcuddur. Bub dünyanın mərkəzini fərdin özü təşkil edir.
2.
Orqanizm hadisələrin fərdin təcrübəsində necə yazılmış
olmasına və onları qavramasına reaksiya verir. Məhz bu
qavrayış sahəsi fərdin ―reallığıdır‖.
3.
Orqanizm bu fenomenoloji sahəyə təşkil olunmuş tam kimi
reaksiya verir.
4.
Orqanizm bir başlıca tendensiyaya və meylə malikdir. Özünü
yeni təcrübəsini mənimsəyən quruluş kimi fəallaşdırmaq, özünə
kömək etmək və özünü böyütmək istiqamətindədir.
5.
Davranış - əsasən müəyyən məqsədə istiqamətlənmiş
orqanizmin öz ehtiyaclarını qavrayışına uyğun olaraq sınaqdan
keçirdiyi metodlar vasitəsilə təmin etmək cəhdidir.
6.
Emosiya, belə məqsədyönlü davranışı müşayiət edir və əsasən
onu doğurur. Emosiyanın intensivliyi orqanizmə kömək və onun
gücləndirilməsi
üçün davranışın vacibliyinin subyektiv
qavranılması sahəsinə aiddir.
7.
Davranışı anlamaq üçün ən yaxşı və uduşlu mövqe fərdin özü
ilə əlaqəsindən irəli gəlir.
8.
Qavranılan ümumi sahənin bir hissəsi tədricən özünütəsdiq kimi
müəyyənləşdirilməyə başlayır.
9.
Ətraf mühitlə qarşılıqlı təsir nəticəsində, xüsusilə başqalarının
qiymətləndirmə
xarakterli
qarşılıqlı
təsiri
nəticəsində
özünüstruktur formalaşır.
10.
İnsanın davranışını müəyyən edən dəyərlər: a) təcrübə ilə
bağlı olanlar; b) ―Öz‖ün struktur hissəsi ilə əlaqədar olanlar; c)
bilavasitə orqanizm tərəfindən qazanılanlar; başqalarından
mənimsənilmiş, lakin təhrif olunmuş formada sanki bilavasitə
qazanılmış kimi qazanılanlar.
11.
Fərdin həyatı boyu təcrübə toplaması gedişində dəyərlər: a)
―Öz‖ə münasibətdə rəmzləşdirilə, qavranıla və təşkil oluna
bilərlər, yaxud b)‖Öz‖ün strukturu ilə qavranılanla əlaqə
61
olmadığı üçün nəzərə alınmaya bilərlər; yaxud da c) təcrübə
―Öz‖ün strukturuna uyğun gəlmədiyi halda, inkar olunan və ya
təhrifli şəkildə rəmzləşdirilə bilərlər.
12.
Orqanizmin qəbul etdiyi davranış üsullarının əksəriyyəti
―Mən‖ konsepsiyasına uyğun gələnlərdir.
13.
Bəzi hallarda davranışı simvollaşdırılmamış orqanik təcrübə
və ehtiyaclar doğurur. Belə davranış ―Öz‖ün strukturuna
münasibətdə ardıcıl olmur. Bu halda davranış, sanki həmin fərdə
aid olmur.
14.
Ətraf aləmə uyğunlaşmaqda psixoloji bacarıqsızlıq insanın
müəyyən mühüm xarici və daxili təcrübəni qəbul və dərk
etməməsi
zamanı yaranır. Dərk olunmayan təcrübə
simvollaşdırılmır və tam ―Öz‖ün bir hissəsinə çevrilə bilmir.
Belə bir hal baş verdiyi təqdirdə psixoloji gərginlik üçün şərait
yaranır.
15.
Psixoloji uyğunlaşma (adaptasiya) ―Mən‖ konsepsiyasının
orqanizmin bütün xarici və daxili təcrübəsinin assimilyasiyasına
uğradığı quruluş zamanı baş verir.
16.
―Öz‖ün strukturu ilə uzlaşmayan istənilən təcrübə təhlükə
kimi qavranıla bilər. Belə uyğunsuzluqların sayı çox olduqca,
―Öz‖ daha rigid quruluşa malik olur və özünə kömək funksiyası
daha zəif yerinə yetirilir.
17.
Müəyyən şəraitdə, əsasən ―Öz‖ üçün heç bir təhlükənin
olmadığı bir vəziyyətdə, ―Öz‖ə uyğun olmayan təcrübə elə
qavranıla bilər ki, ―Öz‖ quruluşunu dəyişər (yenidən qurular) və
bu təcrübəni assimilyasiya edər.
18.
Fərd bütün xarici və daxili təcrübəni vahid ardıcıl və
birləşmiş sistem kimi qavrayır və qəbul edirsə, bu halda o,
başqalarını daha yaxşı anlayır və başqalarına qarşı ayrı-ayrı
fərdlər kimi daha açıq olur.
19.
Fərd ―Öz‖ün strukturunda daha çox öz təbii təcrübəsini
qavradığı və qəbul etdiyi bir zamanda öz dəyərlər sistemini (bu
sistem, əsasən xarici təsirlərə əsaslanıb subyektiv şəkildə
rəmzləşdirilmişdi) dəyişdirdiyini aşkar edir və dəyərlərin
yenidən qiymətləndirilməsinin təbii prosesi davam edir.
62
Rocersin şəxsyyət haqqında başqa fərziyyəsi (8-ci müddəa)
belədir: inkişaf edən uşağın daxili aləminin bir hissəsi ―mən özüm‖
ifadəsində təzahür edir. O, uşaq davranışını mühitlə qarşılıqlı təsirin
gedişində uşaqda özü, mühit, mühitlə qarşılıqlı təsirdə olan özü
haqqında anlayışın yaranması kimi təsvir edirdi.
Böyüdükcə situasiya dəyişir, uşağa başqaları qiymət verməyə
başlayır. Uşaqlara başqalarının məhəbbəti və özü haqda ―sevilən uşaq‖
təsəvvürü artıq davranışdan asılı olur. Məsələn, qardaşa nifrət uşağa
deyilən ―sən pissən‖ , ―səni sevmirik‖ sözlərindən doğa bilər. Uşaq
müsbət ―mən‖ – konsepsiyasını qoruyub saxlamaq naminə təcrübəni
təhrif etmək zərurəti ilə də üzləşə bilər.
Analoji olaraq, psixoterapiya prosesində bütün iştirakçıların hiss və
qavrayışlarında dəyişikliklər baş verə bilər. Kliyent öncə düşünə bilər ki,
köməkçi pul məsələsində maraqlıdır. Bu gerçəklik kliyentin terapevti
qavramasını təhrif edə bilər və reallıqda qayğı terapevtin davranışının
başlıca motivi olduğu halda, kliyent özünə yönələn bu qayğını görməz.
İnsanın daxili hesablama sistemini onun persepsiya sahəsi (hiss və
yaşantı dünyasının qavrayışı) təşkil edir. Şəxsiyyət üzərində
mərkəzləşmiş terapiya nöqteyi-nəzərincə, bu daxili hesab sistemi
insanları, özlərini nə üçün məhz belə aparmalarını tam şəkildə anlamağa
imkan yaradır. Bu davranış, münasibətlər və bütövlükdə şəxsiyyət haqda
xarici düşüncələrdən fərqlidir.
Psixoterapevtik təcrübə və tədqiqatlar göstərdi ki, bu keyfiyyətlər
yaradıla və münasibətlərdə mövcud ola bilərlər. Bundan əlavə,
şəxsiyyətə, mərkəzləşmiş yönümlü terapevtlərə aydın oldu ki,
özünüdəyişmə, özünüqəbul kimi hadisələr, bilavasitə əlaqədə olan, tələb
olarsa, maneələri dəf etməyə qabilliyin inkişafı, münasibətlərdə açıqlıq,
―xarici qiymətləndirmə lokusu‖ndan ―daxili qiymətləndirmə lokusu‖na
keçid – bütün bunlar qısamüddətli intensiv qrup psixoterapiyası
kurslarında və hətta bir intervyunun gedişində baş verə bilər.
Şərtsiz müsbət münasibət və onun təzahürləri – mülayimlik,
qəbuletmə, qayğı vacibdir. Çünki terapevtin kliyenti müsbət qiymət
vermədən qəbul etməsi, terapevtik dəyişikliklər ehtimalını artırır.
Kliyent görüş anında fərqli hisslər-coşqunluq, narazılıq, təhlükə, qəzəb,
63
cəsurluq, məhəbbət və ya qürur hissi keçirə bilər. Bunlardan asılı
olmayaraq terapevt onu qəbul etməyə hazır olmalıdır.
Rocers rəqabətliyi terapevtik böyümədə vacib şərt kimi
dəyərləndirirdi. ―Bu, onu nəzəri tutmur ki, həkim impulsiv olaraq ağlına
gələni söyləyir. Bu o deməkdir ki, terapevt kliyentin hisslərini rədd etmir
və münasibətlərdə mövcud olan istənilən davamlı hissə qarşı açıqdır və
bu açıqlığa həmişə hazırdır. Bu peşəkarlıq maskası arxasında gizlənmək
həvəsindən uzaqlaşmaq deməkdir‖. ―Terapevtin təqdim etdiyi‖
empatiya, konqruentlik və şərtsiz müsbət münasibətdən əlavə üç başqa
şərt də mövcuddur.
Kliyent və həkim psixoloji təmasda olmalıdırlar.
Kliyent müəyyən adamla və ya müəyyən səbəbdən narahatlıq,
zəiflik və ya uyuşmazlıq hiss etməlidir.
Kliyent terapevtin təqdim etdiyini qəbul və ya hiss etməyə qadir
olmalıdır.
Terapevt kliyentə hörmət nümayiş etdirərək ona rahat olanı
seçməyə icazə verir.
Terapevt kliyentin həm müsbət, həm də mənfi hisslərinə, həm onun
nitqinə, həm də susmasına, sakitliyinə diqqət yetirir. Bu ilk saat, növbəti
yüzlərlə saatın birincisi və ya yeganə saat ola bilər; bu, kliyentin özünün
müəyyənləşməsi üçün həm zaman, həm də imkandır. Əgər kliyentin
sualları varsa, terapevt onların arxasındakı hissləri tanımağa və onlara
cavab verməyə çalışacaq. ―Bütün bunların öhdəsindən necə gəlim?‖
kimi sakramental sual müxtəlif hiss və niyyətləri ifadə edə bilər.
Sosial iş yalnız fokusuna universal istiqamətlənmiş deyil, daha çox
seçici istiqamətli olmalıdır: öz yanaşmasında prezentiv olmaqdan çox,
reaktiv və məqsədlərində daha təvazökar olmalıdır. O, öz görüş sahəsinə
aid tələbatlara münasibətdə preventiv olmalıdır. Lakin bütövlükdə
cəmiyyətin tələbatları ilə məşğul olmaq üçün o, nə qabiliyyətə, nə
resurslara, nə də mandata malikdir. Göründüyü kimi, sosial işdə
humanist yanaşma, humanist psixologiyanın banilərinin nümayiş
etdirdikləri sosial, ictimai təfəkkür tendensiyasını əks etdirir. Belə ki,
Böyük Britaniya Milli Sosial İş İnstitutunun Barklay komitəsinin 1982-
ci ildə dərc olunmuş məşhur hesabatında sosial işin rolunun
64
konsepsiyasının genişləndirilməsinə aid təkliflər vardər. Buraya həm
ənənəvi konsultativ iş, həm də sosial qayğının planlaşdırılması (social
care planning) daxil olmalıdır.
Beləliklə, humanist yanaşmanın sosial işin formalaşmasına təsir
edən başlıca ideya və dəyərləri aşağıdakılardır:
Empatiya
Hörmət
Diqqət
Rəqabətlik
Konkretlilik
Həyat vərdişləri
Çətinliklərin öhdəsindən gəlmək vərdişləri
Qəbuletmə
Özünüdərketmə
Başqalarına şərtsiz/şərtli müsbət münasibət
Özünə şərtsiz/şərtli münasibət
Özünüqüvvətləndirmə
Başqalarını qüvvətləndirmə
Sağlam mikro və makro sistemlərin yaradılması.
Dostları ilə paylaş: |