133
6.
Psixoloji kömək metodu-insanın psixoloji bacarığını yüksəltmək
metodu olub, psixoloji qayğıya ehtiyacı olan insana qarşıda
duran problem və çətinlikləri aradan qaldırmaqda kömək edir.
Bu metod özündə aşağıdakıları birləşdirir:
a)
Psixoloji korreksiya və reabilitasiya metodu –
bu metodun
məqsədi insana kəskin və ya xroniki psixi travma zamanı,
psixosomatik, psixonevrotik xəstəlik hallarında kömək
etməkdir;
b)
Psixogen və psixoprofilaktik metodlar – bu metod isə praktik
olaraq sağlam insana psixosomatik xəstəliklərin qarşısını
öncədən almaq üçün psixoloji yardım məqsədi ilə aparılır.
7.
Polifunksional metodlar-bu qismə daxil olan metodlar sosial işin
məqsəd və vəzifələrindən asılı olaraq, işin forma və məzmununu
dəyişdirməyi zəruri edir. Bunlara şərti olaraq aşağıdakıları daxil
etmək olar:
a)
Söhbətlər (müsahibə)-şəxsiyyət, onun əlaqələri haqqında
informasiya almaq metodu, psixoloji diaqnostika, tədqiqat və
həmçinin psixoloji kömək göstərmək (klinik söhbət və
müsahibə)
metodu kimi, kliyentin öz daxili çətinliklərini,
münaqişələri, davranaışının gizli motivlərini dərk etməyə
kömək edir;
b)
Fəaliyyət nəticələrinin
təhlili metodu-şəkillər, müxtəlif tipli
qrafik təsvirlər, çıxışlar, yazılı
və şifahi testlər, incəsənət
əsərləri, əmək fəaliyyəti nəticələri, oyun fəaliyyəti və s.
Modelləşdirmə-riyazi, sosial və
digər modellərin köməyi ilə
psixi proseslər, insanın davranış və vəziyyəti haqqında
informasiya almaq metodudur.
Sosial iqtisadi metodların tətbiqində əsas məqsəd optimal sosial
normativləri formalaşdırmaq, əhalinin
sosial-müdafiə sisteminin
səmərəli təşkili, sosial səfərbərliyi yüksəltmək, dövlətin sosial xidmət
işinin nəticələrini artırmaqdır. Sosial işdə aşağıdakı metodlar da istifadə
edilir:
a)
Statistik; b) riyazi; c) məqsədəuyğun
fəaliyyətin təhlili; d)
balans; e) indeks; f) seçki; g) dinamika sıralarının texnoloji
təhlili.
134
Sosial iş praktikasında qəbul olunmuş koqnitiv-bihevioral metodlar
fərqli öyrənmə modellərinə əsaslanmışlar.
Dostları ilə paylaş: