135
davranışlarının dəyişdirilməsi barədə yazılı razılığa gəlirlər. Razılıq
müzakirə olunmuş, bağlılıq aydın şəkildə qeyd olunmuş arzuolunan
davranışın möhkəmləndirilməsini nəzərdə tutur. Bəzən bağlılığa
cəzalandırma formalarının tətbiqi üçün sanksiya maddələri də daxil
edilir.
Cəzalandırmada
bir sıra səbəblərə görə məsləhət bilinmir:
Onun qorxu, depressiya, aqressiya, cəzalandıranın davranışını
təqlid etmək, cəzalandıran
insandan qaçmaq kimi əlavə
effektləri ola bilər;
O, cəzalandırılan insana yeni faydalı davranışı öyrənməyə
kömək etmir;
Görünür,
insanlar
cəzaya
alışırlar. Ona görə də,
özeffektivliyini saxlamaq üçün cəzalandırmanın intensivliyi
zaman keçdikcə artmalıdır.
Operant sönmə
. Əgər sosial işçi problemli davranışın indiki andakı
möhkəmləndiricisini müəyyən edə və bu möhkəmləndirməni dərhal və
bütünlüklə aradan qaldıra bilərsə, bu halda zaman keçdikcə arzuolunmaz
davranış zəifləyəcək və kliyent üçün yeni şərait saxlanıldığı təqdirdə
tamamilə itib gedəcəkdir.
Taym-aut
– problemli uşaq davranışı hallarında xüsusi faydası olan
sönmə metodudur. Bu, arzulanan davranışın
müsbət möhkəmləndirmə
metodu ilə birgə tətbiq edilir. Əvvəl uşağa xəbərdarlıq edirlər, əgər bu,
kömək etmirsə, onu ―darıxdırıcı‖ yerə keçirir və ya uşaq orada bir
müddət sakit ayaq üstə durmalı və ya oturmalıdır.
Cavabın şərtlənməsi modelinə əsaslanan aşağıdakı metodlar
mövcuddur:
Desensibilizasiya.
Fərdə yeni, arzulanan cavabı əvvəllər həyəcan
və ya qəzəb doğuram stimulla əlaqələndirmək öyrədilir. Bu, stimulun
hissələrinin ardıcıllıqla insanın boşaldığı və ya əvvəlki nüqativ davranış
reaksiyasına zidd bir vəziyyətdə şən əhvalda olduğu vaxt təqdim
olunması nəticəsində əldə edilir.
Basdırma
. Bu metodda neqativ stimulla qeyri-məqbul davranış
eyni anda baş verir. Bu iki zidd metodlar (desensibilizasia və basdırma)
136
arasında dozalaşdırılmış təqdimin çüxtəlif formaları mövcuddur: dözə
biləcəyi dozadan başlayaraq insana pis
təsir edən stimullar təqdim
edirlər. basdırmada və dozalı təqdimatda insan pozucu situasiyada
arzuolunmaz cavabın aradan qaldırılmasınadək qalmalıdır.
Aşağıdakı metodlar sosial öyrənmə nəzəriyyəsinə əsaslanır:
Modelləşdirmə
. Bu metod ―nəyisə necə etməyi‖ göstərməkdən
ibarətdir. Modelləşdirmə sosial vərdişlər treninqinin başlıca modeli və
prinsipidir. Modelləşdirmə istənilən proqramda, məsələn, anaya öz
övladına
necə göstəriş verməyi, onunla necə oynamağı, onun
arzuolunmaz davranışını necə aradan qaldırmağı öyrədən zaman böyük
əhəmiyyət kəsb edir.
İndi isə özünü doğrultmuş və davranış treninqinin standart
proqramlarına çevrilmiş bir neçə ümumi yanaşma haqqında məlumat
yerinə düşər:
Sosial vərdişlər treninqi
.
Sosial vərdişlər treninqinin başlıca elementləri modelləşdirmə və
formalaşdırmadır. Əvvəlcə davranış haqqında insana izah edirlər, sonra
uyğun davranışı nümayiş etdirirlər, daha sonra davranışı o özü təcrübədə
sınaqdan keçirir və əks əlaqə, dəstək alır.
Kommunikativ treninq
, ünsiyyət problemləri ilə işə istiqamətlənmiş
sosial vərdişlər treninqinin bir variantıdır. Bəzi proqramlar potensial
ünsiyyət səhvləri çoxluğundan olan
müəyyən növ problemlərlə
işləyirlər. Digər proqramlar isə daha geniş sahələrin müsbət və mənfi
hisslərin, tələblərin ifadə olunmasının öyrədilməsini nəzərdə tuturlar.
Problemlərin həlli treninqi
, problemlərin həlli və ya qərarların
qəbulu istiqamətində atılan addımlar seriyasını öyrədir. Bu treninqdən
bir çox kliyentlər faydalanırlar, ailə ilə işdə isə adətən o, ən mühüm
treninq olaraq qəbul olunur.
Buraya modelləşdirmə, spesifik əks əlaqə,
möhkəmləndirmə, formalaşma variantları olan təcrübə daxildir.
Özünənəzarət treninqinə
komponentlərin geniş dəsti daxildir.
Məsələn, qəzəbə nəzarət zamanı insan problem situasiyasını ayrı-ayrı
mərhələlər üzrə təhlil etməyi öyrənir. o, qəzəb hiddətinə aparan
hadisələrin ardıcıllığını dayandırmağı, qəzəbin oyanması və inkişafının
137
psixoloji aspektlərinə, bu prosesi müşayiət edən,
özü üçün qeyri-
müəyyən olan, öz daxili dialoquna xüsusi diqqət yetirərək alternativ
cavabları inkişaf etdirməyi öyrənir.
Unutmaq lazım deyil ki, yalnız bir prosedur çox nadir hallarda
istifadə olunur. Bəzən sosial işçilər metodların bütöv bir dəstini işləyib
hazırlayırlar və onu diqqətlə yoxlayırlar: prosedurun səmərəliliyi barədə
və ya digər yeni informasiyanı əldə etmək üçün konkret prosedurları
əlavə edirlər və ya lazımsızları çıxarırlar.