142
Biheviorist sosial iş, psixodinamik üsuladan fərqli olaraq, öz
diqqətini
öyrənmə nəzəriyyəsində, yaxud müşahidə olunan davranış
üzərində cəmləşdirir. Davranışın mümkün növü müəyyənləşdirildikdən
sonra, onun qiymətləndirilməsi başlayır. Bunun ardından isə müdaxilə
gəlir.
Sosial işin bu modelinin tətbiqi ilə əlaqədar bir sıra ciddi
problemlər də mövcuddur. Məsələn, elə hallar olur ki, sosionom heç bir
motivi, əsasladıra biləcək davranışı olmayan kliyent ilə qarşılaşmalı
olur. Bu halda biheviorist üsulu çərçivəsində onların probleminin həllini
tapmaq çox çətin olur.
İnsanın öz fərdi və sosial maraqlarının
müdafiəsi üçün rasional
düşüncə tərzini optimallaşdırmaq vasitəsi ilə koqnitiv model, müştəri və
sosionomu təkcə özlərinin dəyişməsinə, mühitə uyğunlaşmasına deyil,
onların sosial ətrafının da təkmilləşdirilməsinə doğru yönəldir. Koqnitiv
model çərçivəsində bir neçə mühüm məqam ortaya çıxır və onları da
cari modelin səciyyəvi xüsusiyyətləri kimi xarakterizə etmək olar.
Bunlar aşağıdakılardan ibarətdir: insanları o zaman yaxşı başa düşmək
olur ki, onlar daima axtarışda olur, şəxsi və ictimai həyatlarındakı
maneələri dəf etməklə, müəyyən məqsədə can atırlar.
1.
İnsanlar gördüklərinə və anladıqlarına rəğmən öz gerçəklik
modellərini yaradırlar.
2.
İnsan sosial gerçəkliyə uyğunlaşmaqla, həm özü dəyişir, həm də
reallığı dəyişdirməyə cəhd göstərir və nəticədə özünə arxayınlıq
hissi qazanır.
3.
İnsanın və mühitin adaptasiyası prosesinə ―mən – biz‖ anlayışı
təsir göstərir.
Müvafiq modelin əsasını simvolik interaksionizm tezislərindən biri
olan ―yalnız subyektin özü tərəfindən yaradılmış
bir gerçəklik
mövcuddur‖ – mülahizəsi təşkil edir.
Şəxsiyyətin xarici mühitlə qarşılıqlı əlaqəsi, fəal transaksional bir
prosesdir və aşağıdakı fəaliyyət növləri onun əas aspektlərini təşkil edir:
Adaptasiya (uyğunlaşma) – öz məqsədlərini gerçəkləşdirmək
üçün xarici mühitə uyğunlaşma;
143
Sabitləşdirmə
-
daima
dəyişməkdə
olan
səbəblərə
baxmayaraq, daxili və xarici sistemlər arasındakı tarazlığın
qorunub saxlanması;
İntensional fəaliyyət – daxili məqsədlərə uyğun olaraq, xarici
mühitdə müəyyən dəyişikliklərin edilməsinə nail olmaq.
Sosial işin koqnitiv modeli, eləcə də sosial işçinin fəaliyyəti, ilk
növbədə sosial təlimi, biliklərə yiyələnməyi nəzərdə tutur. Bununla
əlaqədar Qoldşteyn praktikada tətbiq edilən 3
əsas tədris tipini
ayırır:
Strateji-informasiyanınn əldə edilməsi, müəyyən məqsədə
nail olmaq üçün təcrübənin toplanılması;
Taktiki-gündəlik həhyata uyğunlaşmaq məqsədilə;
Adaptiv-öz ―mən‖nin yaradılmış gerçəkliyin dəyişdirilməsinə
doğru yönəldilmiş tədris.
Tədris prosesi özünə 4 ardıcıl mərhələni daxil edir:
Diskriminasiya-xarici mühit
probleminin dərk edilməsi
mərhələsi;
Konseptual-informasiyanın emal edilməsi prosesində müştəri
tərəfindən istifadə olunan ideya və simvolların öyrənilməsi
mərhələsi;
Prinsipial-dəyərlər sisteminin və daxili ―mən‖in öyrənilməsi
mərhələsi;
Problemin həlli mərhələsi-əvvəlkilərin özünəməxsus sintezi
olmaqla,
həm proses, həm də situasiyanın məntiqi
qiymətləndirilməsinin ikinci üsuludur. Bu mərhələ özü də 3
əsas alt mərhələdən ibarətdir:
1.
Birinci alt mərhələdə mövcud problem müştəri üçün
anlaqlı və hiss edilən olur;
2.
İkincidə
problem təhlil edilir, onun təhlilinin müxtəlif
üsulları araşdırılır, fəaliyyət strategiyası müəyyənləşdirilir;
3.
Yekun mərhələdə, seçilmiş strategiya gerçəkləşdirilir və
insan tərəfindən gələcəkdə
oxşar problemlərin həlli
istiqamətində texnologiyalar hazırlanır.
144
Əvvəllər bu modelin heç də bütün sosial işçilər tərəfindən qəbul
edilmədiyinə baxmayaraq, 80-ci illərdən başlayaraq bu model sosial işdə
geniş tətbiq edilir.
Dostları ilə paylaş: