153
həyat fəaliyyəti subyektinin müəyyən gözləmələrin, yaxud davranış
növlərinin məcmusu deməkdir. Cari müddəa, həm də onu vurğulayır ki,
rolları, müxtəlif kommunikasiya növlərində gerçəkləşən münasibətlərin
kontekstində də nəzərdən keçirmək lazımdır. Rollar, bizim özümüzün,
ya da başqalarının mövcud olan və arzu etdikləri gözləmələri ilə
əlaqədar yarana bilər. Onlar müxtəlif səbəblər üzündən insan tərəfindən
qazanıla (xəstə, əlil, məsləhətçi) və nail oluna bilər. həmçinin mövcud
hüquq, sosial-mədəni və mənəvi normalar sistemi ilə də nəzərdə tutula
bilərlər.
Rol münaqişələri və problemlər o zaman yaranır ki,
bir rol o biri
rolla uzlaşmır, yaxud onunla ziddiyyət təşkil edir. Bəzən roldaxili
münaqişələr də mövcud olur və bir şəxs tərəfindən yerinə yetirilən
rollar, o biriləri ilə ya ümumiyyətlər uzlaşmır, ya da qismən uzlaşır.
Roldaxili münaqişə o zaman baş verir ki, müxtəlif insanların eyni rolla
bağlı gözləntiləri uyğunlaşmır, uzlaşmır. Rol müxtəlifliyi o zaman
yaranır ki, konkret rolla əlaqədar qeyri-müəyyənlik mövcud olur. Bu
qəbildən
olan
sosial-psixoloji
anomaliyalar kommunikasiyaları
çətinləşdirir, sosial işin rol və kommunikasiya modellərinin həll edəcəyi
problemlərin
xarakterini
müəyyənləşdirir.
Bununla
əlaqədar,
kommunikasiyanın hansı şəraitdə gerçəkləşdiyi, bu və ya digər rolları
yerinə yetirən insanların qarşılıqlı əlaqələrinin necə olması məsələləri də
çox önəmlidir. Bundan başqa, eyni və müxtəlif sosial-ösixoloji
vəziyyətlərdə, müvafiq rollara riayət olunması və olunmaması məsələləri
də problem olaraq qalmaqdadır. Onların
həlli məqsədilə sosial işdə
optimal texnologiyalar işlənib hazırlanır.
Sosial işin yönüm və böhran-müdaxilə nəzəri modelləri sosial işin
nəzəriyyəsində özünün səciyyəvi xüsusiyyətləri ilə fərqlənən konseptual
modellərdir. Sosial işdə bu modellərin tətbiqinin əsas məzmunu ondan
ibarətdir ki, onlar, kliyentin problemlərinin həlli ilə əlaqədar, sosionomu
qısamüddətli, fraqmentar müdaxiləyə yönəldirlər. Qərb praktikasında
belə müdaxilə, təşkilati nöqteyi-nəzərdən sosial işçi ilə kliyent arasında
bağlanmış müqavilə və razılaşmalara əsaslanır. Böhran-müdaxilə
modeli, əsasən psixodinamik konsepsiyaya və eqopsixologiyaya
əsaslanır. Fərdi yönümlü iş, özünün gerçəkləşdirilməsində heç bir
səciyyəvi və sosioloji texnoloji əsasları və metodları qəbul etmir. O,
bütövlükdə, əksər inkişaf
etmiş ölkələrdə olduğu kimi,
uzunmüddətli
154
stasionar psixodinamik köməyi inkar etməklə, şəxsiyyətin fərdi-psixoloji
dəstəyinə, yəni operativ praqmatik üsula istinad edir. Sosial işçinin
bphran müdaxiləsi, kliyentin həyatında böhrana yol açan, onun normal
həyatını poza biləcək hadisələr ardıcıllığının pozulması yönümündə
məqsədyönlü hərəkətlər kimi izah edilir.
Məqsədyönlü iş, müəyyən
problemlərə əlaqəli fəaliyyət kimi dəyərləndirilir. Hər iki model,
insanlara öz problemlərini optimal surətdə həll etmək qabiliyyətini
aşılayır. Böhran müdaxiləsi, müxtəlif həyati situasiyalarda, çətinliklərin
yaranması nəzəriyyəsinə istinad edir. Məqsədyönlü model isə
problemləri aktual planda praqmatik olaraq həll etmək üçün olduqları
kimi götürür.
Böhran
müdaxiləsi, insanların
yenidən həyata
uyğunlaşmaları məqsədi ilə praktiki məsələlərdən istifadə edir. Bu
modelin digər mühüm aspektlərindən biri də, insanların böhrana rəğmən
emosional reaksiyalarının, gündəlik problemlərinin öhdəsindən
gəlmələri
üçün,
qabiliyyət
və
bacarıqlarındakı uzunmüddətli
dəyişikliklərin nəzərə alınmasıdır. Bu model diqqəti kliyentin özünü,
özəl, emoisonal problemlərinin – yəni praktiki məsələlərin həllində necə
aparmasında da cəmləşdirir.
Dostları ilə paylaş: