Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 8. Sosial işdə rol və kommunikativ nəzəriyyələr



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə55/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   51   52   53   54   55   56   57   58   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Mövzu 8. Sosial işdə rol və kommunikativ nəzəriyyələr 
8.1. Sosial işdə rol münaqişələri və problemlərin yaranması 
8.2. Sosial iş nəzəriyyəsində radikal və marksist modellər 
8.3. Sosial işin kompleks modelləri. Sosial-pedaqoji model. 
8.4. Vitalist model 
8.5. Sosial işdə psixodinamik yanaşma və psixoanalizm 
8.1. Sosial işdə rol münaqişələri və problemlərin yaranması 
Sadaladığımız modellərlə yanaşı, sosial iş nəzəriyyəsində rol və 
kommunikativ nəzəriyyələr də xüsusi əhəmiyyət kəsb edir. Sosial işin 
nəzəri əsaslarını təşkil edən bu üsulun əsas komponentini sosioloji 
biliklər təşkil edir. Lakin sosial işçilərin məqsədyönlü fəaliyyətlərinin 
məzmununu zənginləşdirmək nöqteyi-nəzərindən, psixoloji bilikləri də 
oraya əlavə etmək labüddür. Bu modellər çərçivəsində, ilk növbədə, 
şəxsiyyətin rolunun məzmunu (həm psixoloji, həm də sosial-psixoloji 
planda) araşdırılır. Sosial iş nəzəriyyəsində, şəxsiyyətin rolları ilə 
əlaqədar mövcud baxışlara əsasən insanlar öz davranışlarını fərdi-şəxsi 
şüurlarındakı sxem və modellərə uyğun olaraq qururlar. Bu sxemlər, 
adətən, keçmiş təcrübə nəzərə alınmaqla, özünü necə aparmaq, baş verən 
aktual hadisələrin önəminin anlaşılması, hər kəsin həyatda öz rolunu 
necə görməsi məsələlərinə toxunurlar. Bundan başqa, insanların 
həyatdakı müəyyən rollarına uyğun olaraq, kommunikasiya üslublarının 
olması da çox mühümdür. Texnoloji baxımdan da, müxtəlif və identik 
rollar oynayan insanların, mövcud davranış və təmas modellərinin 
mənimsənilməsi metodları çox əhəmiyyətlidir. Bununla əlaqədar, heç 
təsadüfi deyildir ki, rol və kommunikasiya metodları, bir qayda olaraq 
birlikdə nəzərdən keçirilir. 
Baxmayaraq ki, rol nəzəriyyəsi texnoloji olaraq, psixoloji və 
sosial-psixoloji inkişaf kontekstində gerçəkləşdirilir, lakin bir məqamı 
da unutmaq olmaz ki, ilkin olaraq o, sosiologiyanın struktur-funksional 
üsulu çərçivəsində meydana gəlmişdir. Bu nəzəriyyəyə görə, insanlar 
cəmiyyətin sosial strukturunda müəyyən yer və mövqelər tutur və 
müvafiq statuslarına rəğmən xarakterik rollar oynayırlar. Bu mənada rol, 


153 
həyat fəaliyyəti subyektinin müəyyən gözləmələrin, yaxud davranış 
növlərinin məcmusu deməkdir. Cari müddəa, həm də onu vurğulayır ki, 
rolları, müxtəlif kommunikasiya növlərində gerçəkləşən münasibətlərin 
kontekstində də nəzərdən keçirmək lazımdır. Rollar, bizim özümüzün, 
ya da başqalarının mövcud olan və arzu etdikləri gözləmələri ilə 
əlaqədar yarana bilər. Onlar müxtəlif səbəblər üzündən insan tərəfindən 
qazanıla (xəstə, əlil, məsləhətçi) və nail oluna bilər. həmçinin mövcud 
hüquq, sosial-mədəni və mənəvi normalar sistemi ilə də nəzərdə tutula 
bilərlər.
Rol münaqişələri və problemlər o zaman yaranır ki, bir rol o biri 
rolla uzlaşmır, yaxud onunla ziddiyyət təşkil edir. Bəzən roldaxili 
münaqişələr də mövcud olur və bir şəxs tərəfindən yerinə yetirilən 
rollar, o biriləri ilə ya ümumiyyətlər uzlaşmır, ya da qismən uzlaşır. 
Roldaxili münaqişə o zaman baş verir ki, müxtəlif insanların eyni rolla 
bağlı gözləntiləri uyğunlaşmır, uzlaşmır. Rol müxtəlifliyi o zaman 
yaranır ki, konkret rolla əlaqədar qeyri-müəyyənlik mövcud olur. Bu 
qəbildən 
olan 
sosial-psixoloji 
anomaliyalar kommunikasiyaları 
çətinləşdirir, sosial işin rol və kommunikasiya modellərinin həll edəcəyi 
problemlərin 
xarakterini 
müəyyənləşdirir. 
Bununla 
əlaqədar, 
kommunikasiyanın hansı şəraitdə gerçəkləşdiyi, bu və ya digər rolları 
yerinə yetirən insanların qarşılıqlı əlaqələrinin necə olması məsələləri də 
çox önəmlidir. Bundan başqa, eyni və müxtəlif sosial-ösixoloji 
vəziyyətlərdə, müvafiq rollara riayət olunması və olunmaması məsələləri 
də problem olaraq qalmaqdadır. Onların həlli məqsədilə sosial işdə 
optimal texnologiyalar işlənib hazırlanır.
Sosial işin yönüm və böhran-müdaxilə nəzəri modelləri sosial işin 
nəzəriyyəsində özünün səciyyəvi xüsusiyyətləri ilə fərqlənən konseptual 
modellərdir. Sosial işdə bu modellərin tətbiqinin əsas məzmunu ondan 
ibarətdir ki, onlar, kliyentin problemlərinin həlli ilə əlaqədar, sosionomu 
qısamüddətli, fraqmentar müdaxiləyə yönəldirlər. Qərb praktikasında 
belə müdaxilə, təşkilati nöqteyi-nəzərdən sosial işçi ilə kliyent arasında 
bağlanmış müqavilə və razılaşmalara əsaslanır. Böhran-müdaxilə 
modeli, əsasən psixodinamik konsepsiyaya və eqopsixologiyaya 
əsaslanır. Fərdi yönümlü iş, özünün gerçəkləşdirilməsində heç bir 
səciyyəvi və sosioloji texnoloji əsasları və metodları qəbul etmir. O, 
bütövlükdə, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, uzunmüddətli 


154 
stasionar psixodinamik köməyi inkar etməklə, şəxsiyyətin fərdi-psixoloji 
dəstəyinə, yəni operativ praqmatik üsula istinad edir. Sosial işçinin 
bphran müdaxiləsi, kliyentin həyatında böhrana yol açan, onun normal 
həyatını poza biləcək hadisələr ardıcıllığının pozulması yönümündə 
məqsədyönlü hərəkətlər kimi izah edilir. Məqsədyönlü iş, müəyyən 
problemlərə əlaqəli fəaliyyət kimi dəyərləndirilir. Hər iki model, 
insanlara öz problemlərini optimal surətdə həll etmək qabiliyyətini 
aşılayır. Böhran müdaxiləsi, müxtəlif həyati situasiyalarda, çətinliklərin 
yaranması nəzəriyyəsinə istinad edir. Məqsədyönlü model isə 
problemləri aktual planda praqmatik olaraq həll etmək üçün olduqları 
kimi götürür. 
Böhran 
müdaxiləsi, insanların 
yenidən həyata 
uyğunlaşmaları məqsədi ilə praktiki məsələlərdən istifadə edir. Bu 
modelin digər mühüm aspektlərindən biri də, insanların böhrana rəğmən 
emosional reaksiyalarının, gündəlik problemlərinin öhdəsindən 
gəlmələri 
üçün, 
qabiliyyət 
və 
bacarıqlarındakı uzunmüddətli 
dəyişikliklərin nəzərə alınmasıdır. Bu model diqqəti kliyentin özünü, 
özəl, emoisonal problemlərinin – yəni praktiki məsələlərin həllində necə 
aparmasında da cəmləşdirir.

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə