Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə2/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   2   3   4   5   6   7   8   9   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
1.2.
 
Fənnin məqsədi və vəzifələri 
 



Fənnin məqsədi.
Müasir dövrdə baş verən sürətli inkişaf, informasiya-
kommunikasiya texnologiyalarının tərəqqisi, ayrı-ayrı sahələrdə həyata 
keçirilən innovasiyalı proseslər tədris prosesində də müasir dövrün 
tələblərinə cavab verən yeni yanaşmaların mövcudluğunu tələb edir. 
Hazırda sosial sahədə müxtəlif problemlərin həllinin elmi əsaslarla 
həyata keçirilməsi, sosial işin institutlaşması və bu sahədə mütəxəssis 
hazırlığı vacib məsələlərdən sayılır. Bu baxımdan ―Sosial iş nəzəriyyəsi 
və təcrübəsi-1‖ fənni üzrə tədris proqramı və digər tədris-metodik 
vəsaitlər əsasında tədrisin interaktiv metodlardan istifadə yolu ilə həyata 
keçirilməsi mühümdür.
Fənnin tədrisi məqsədilə tərtib edilən, hazırlanan tədris proqramı və 
digər tədris-metodik vəsaitlər vasitəsilə kursun predmeti, məqsədi, 
vəzifələri, sosial iş nəzəriyyəsi və təcrübəsində tarixilik və beynəlxalq 
təcrübə, sosial işin ictimai xarakteri, sosial iş nəzəriyyəsinin metodoloji 
əsasları, sosial işə əsas elmi yanaşmalar, sosial işin metodları, sosial işdə 
modellər, nəzəriyyələr, rol və kommunikativ proseslər, sosial iş 
nəzəriyyəsi və təcrübəsi ictimai elmlər strukturunda, sosial iş və insan 
amili, sosial iş və şəxsiyyət, qarşılıqlı sosial təsir sistemində insan 
resursları, sosial işdə sosial-etnik münasibətlərin əhəmiyyəti, qrup və 
kollektivlərin qarşılıqlı fəaliyyətlərinin rolu, bioloji və sosial cəhətlər, 
tələbatlar, əqidələr, cəhtlər, iddia səviyyələri arasında fərqlilik, sosial 
işin texnoloji mahiyyəti, sosial işdə diaqnostika və onun tətbiqi 
metodlar, sosial işdə profilaktika, adaptasiya, reabilitasiya və terapiya 
vasitələrinin tətbiqi, sosial ekspertiza texnologiyaları, 
əhalinin 
məşğulluq sferasında sosial işin texnologiyaları tədris edilir. Eyni 
zamanda valideynlərini itirmiş uşaqlarla və gənclərlə sosial işin 
texnologiyaları, deviant davranışlı şəxslərlə sosial iş, ictimaiyyət 
tərəfindən qanun pozuntularının deviant kimi müəyyənləşdirmə 
imkanları kimi mövzular da tədris olunur. 
Əsas məqsəd isə sosial iş nəzəriyyəsi və təcrübəsi sahəsində bütün bu 
proseslərin yüksək səmərəlilikdə həyata keçirilməsindən ibarətdir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə