Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə7/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   2   3   4   5   6   7   8   9   10   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

İkinci mərhələdə
olan ehtiyaclar isə təhlükəsizlik ehtiyaclarıdır. Bura 
daxildir: 
•Fiziki təhlükəsizlik, stabillik, asılılıq, müdafiə və s.
•Xaosdan təminat, xəstəliklər, qorxu, həyəcan, təhlükədən azad olma və 
onları hiss etmədən yaşamaq. 
• Eyni zamanda təhlükəsizlik ehtiyaclarına qanunun aliliyi, nizam-
intizam və cəmiyyətdə ədalətli strukturun olması da belə ehtiyaclara 
daxildir. 
Piramidanın
 3-cü mərhələsində 
sevgi və aidolma hissi və ya ehtiyacları 
durur. Bura dostluğa olan istək, ehtiyac, ailə və ya yoldaşın olması, 
ailəyə, icmaya, məhəlləyə və sonda xalqa mənsub olma ehtiyacı eyni 
zamanda insanlarla münasibətdə olmağa, sevmək və sevilməyə olan 
ehtiyaclar daxildir. 
4-cü mərhələdə
hörmət hissləri və ya ehtiyaclarıdır. Bu, özünə-hörmət, 
başqalarına hörmət və başqalarının bizə göstərdiyi hörmətdən ibarətdir. 


15 
Burda cəmiyyətdə tutulan status da böyük rol oynayır. İnsanlar 
cəmiyyətdə və ya icmada tutduqları statusa görə hörmət qazanırlar. 
5-ci mərhələdə 
özünü-sübutetmə mərhələsi gəlir. Bütün ehtiyaclar 
ödəndikdən sonra insan özünü-sübutetməyə və ya təsdiqə doğru gedir. 
Bu səviyyəyə çatan insanlar demək olar ki, tam insanlığı əks etdirirlər, 
belə ki, onların yüksək mənəvi dəyərləri var, körpə uşaq kimi təbiidirlər 
və yaradıcıdırlar. Lakin bütün özünü-təsdiq hisslərini qarşılayan 
insanların hamısında pzünü-təsdiqetmə baş vermir. Çünki Maslov qeyd 
edir ki, ―B‖ dəyərləri vardır ki, insanlar buna malik olmalıdırlar ki, 
onlarda özünü-təsdiq baş versin. Maslova görə dünya əhalisinin yalnız 2 
%-i özünü-sübut/təsdiq etmə mərhələsinə çatır. Maslov bu mərhələyə 
çatmış insanların bir neçəsinin adını misal olaraq göstərmişdir ki, bunlar: 
Abraham Linkolin, Ceyn Adams, Albert Eynşteyn, Tomas Jeferson, 
Elanura Ruzevelt və s-dir. Bu insanlar digərlərindən ona görə 
fərqlənmişdilər ki, onlar öz dövrlərinin adət-ənənələrinin əsiri deyil və 
onların çərçivəsində yaşamırdılar və müstəqil, heç kəsdən və heç nədən 
asılı olmayan bir həyat sürürdülər. Onlar, öz dövrlərinə görə çox irəli 
getmiş insanlar idilər. Onlar realist idilər və problem yönümlü idilər. Bəs 
―B‖ dəyərlər hansılardır? Maslov aşağıda göstərilən dəyərlərə ―B‖ 
dəyərlərinə daxil etmişdir: 
•Bütövlük, mükəmməllik, tamamlama, həqq/ədalət, canlılıq, zənginlik, 
sadəlik, səmimilik, gözəllik, yaxşılılıq, unikallıq, innovatrlıq, şən, 
müstəqil, özünə-inanan və dürüstlük. 
Maslova görə insan bu dəyərlərə malik olduqda və 5-ci mərhələyə 
çatdıqda artıq onda özünü-təsdiq etmə baş verir.
6-cı mərhələ 
isə alturizm mərhələsidir. Bu səviyyəyə çatan insanlar artıq 
özləri haqqında deyil, başqaları haqqında fikirləşir və yaşayırlar. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə