Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Bu məqsədə nail olmaq üçün qarşımızda aşağıdakı vəzifələr durur



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə3/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   2   3   4   5   6   7   8   9   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Bu məqsədə nail olmaq üçün qarşımızda aşağıdakı vəzifələr durur: 

kursun predmeti, əhəmiyyətini və mahiyyətini tələbələrə izah etmək




sosial iş nəzəriyyəsi və təcrübəsində tarixilik və beynəlxalq təcrübənin 
tədrisi; 

sosial işin ictimai xarakterini və nəzəri-metodoloji əsaslarını tədris 
etmək; 

sosial iş nəzəriyyəsi və təcrübəsilə bağlı elmi yanaşmalar, modellər və 
nəzəriyyələri elmi ardıcıllıqla izah etmək; 

qarşılıqlı sosial təsir sistemində insan resurslarının mühüm 
əhəmiyyətini aydınlaşdırmaq; 

məşğulluq sferası, davranış normaları və ekspertiza texnologiyaları ilə 
bağlı tələbələrə elmi məluumatları çatdırmaq və hərtərəfli şəkildə 
mənbələrə istinadən tələbələri bilik, bacarıq və vərdişlərə yiyələndirmək. 
1.3.
 
Sosial işdə nəzəriyyələr və təcrübələr 
Sosial işin praktikası və praktika nəzəriyyələri 
Sosial işdə nəzəriyyələrin əhəmiyyəti, onların sosial quruluşları və 
seçilib sosial iş praktikasına uzlaşdırılması 
Sosial iş peşəsinin praktiki baxımdan fikirləşmək olar. Belə ki, sosial iş 
prosesi qiymətləndirmə mərhələsindən başlayaraq müdaxilə mərhələsi 
də daxil olmaqla və başlanılan peşəkar kömək prosesinin sona 
çatdırılması mərhələlərindən ibrarətdir. Bu istiqamətdə səmərəli işləmək 
üçün praktiki təlimatlar tələb olunur ki, onlar da elmi sübuta və tədqiqata 
əsaslanmış olmalıdır. Məsələn, səmərəli ünsiyyət qurmaq üçün sizə nələr 
lazım olduğunu elmi sübutu olan mənbələrdən öyrənməlisiniz. Sosial işə 
belə bir prizmadan baxmaq mexaniki bir proses olardı. Lakin sosial işdə 
nəzəriyyələrin olması sosial işi icra edərkən qiymətləndirmə 
mərhələsində nəyin əhəmiyyətli olmasını nəzərə almaq, insanlara kömək 
etmək üçün hansı vasitə ilə və necə müdaxilə etmək lazım olduğunu və 
prosesi nə zaman və necə başa vurmaq lazım olduğunu bizə deyir. Əgər 
sosial iş üzrə təlimatlar sizə kimin necə daha yaxşı qiymətləndirməyi 
belə göstərsə siz nəyin necə qiymətləndirmək lazım olduğunu və necə 
müdaxilə etmək lazım olduğunu necə bilə bilərsiniz? Əgər sizə kimsə 
desə ki, ―İntervyu eləməyin ən səmərəli yolu budur‖, o zaman növbəti 
məntiqi sual belə olacaqdır: ―Hansı məqsəd üçün səmərəlidir?‖. Sadəcə 



olaraq ―bunu belə elə, onu belə elə‖ kimi sadəcə mexaniki qaydalar 
onların nəzəriyyə və biliklərini ört-basdır edir. Berqlində görə (1992) 
sosial iş prosesi elə bir prosesdir ki, müxtəlif alternativlərdən və ya 
mövqelərdən çıxış edərək qərara gəlmək olur. Əldə etdiyimiz 
nəzəriyyələr həmişə bizə hansı alternativi seçməyimizi və nəyə görə bu 
alternativi seçməyimizi sübut etməkdə bizə kömək edir (Hove, 1987). 
Buna görə də ailə və uşaqlar ilə işləyərkən sosial işçilər kimi nəzəri 
biliklərimiz olmalıdır ki, iş zamanı verilən qərarların nəyə görə belə 
verildiyini və necə verildiyini izah edə bilək. Bir sözlə, nəzəriyyələri 
bilmək sosial işçilərə gördükləri işin elmi əsası olmasını sübut etməyə 
imkan verir. Bu da yuxarıda sosial işçilərin etik qaydalarında qeyd 
olunduğu kimi sosial işçilərin əsas etik prinsiplərinə xidmət edir. 
Nəzəriyyə dünya haqqında ideyaların təşkil olunmuş bəyanatdır. Fook 
(2002) qeyd edir ki, hətta əşyalara belə adların verilməsi işdə aydınlıq 
yaradır. Sosial işdə ―nəzəriyyə‖ sözü üç müxtəlif imkanları açıqlayır, 
yəni sosial işdə nəzəriyyələr üç müxtəlif terminlər ilə işlənir: modellər, 
nəzəriyyələr və perspektivlər. Bəzən bunların üçü də eyni mənanı 
vermək üçün işlənilir və ya bəzən müxtəlif mənaları ifadə etmək üçün 
işlənilir. Aşağıdakı izahatlar bu üç terminə açıqlıq gətirir. 
• Modellər praktika zamanı nəyin baş verməsini ümumi olaraq izah 
edir: 
belə 
ki, bizim düşüncələrimizi müxtəlif situasiyalarda 
strukturlaşmış şəkildə ifadə edir ki, bu da praktikaya stabillik və 
tutarlılıq vermək üçün bəzi prinsipləri və nümunələri seçib saxlayır. 
Modellər bizim fikirlərimizi mürəkkəb situasiyalarda necə davranmağı 
və necə hərəkət etməyimizi strukturlaşdırır və təşkil edir. Buna yaxşı 
misal olaraq tapşırığa əsaslanmış praktika modelini gətirmək olar. 
• Perspektivlər dünya haqqında dəyərlər və baxışlardır ki, onlar da 
praktika zamanı beyinləri məcbur edir ki, özlərini idarə edə bilsinlər və 
düzgün istiqamətə yönəldə bilsinlər. Perspektivlər bizə nəyin nə üçün 
baş verməsini təşkil olunmuş şəkildə fikirləşməyə imkan verir. Müxtəlif 
perspektivlərin situasiyaya tətbiq edilməsi bizə situasiyanı müxtəlif 
prizmalardan görmək imkanı verir. Buna misal olaraq Feminist 
perspektivini və sistemlər nəzəriyyəsini göstərmək olar. 
• İzahedici nəzəriyyələr bəzi hərəkətlər nə üçün bəzi nəticələrə səbəb 
olduğunu izah edir. Bu nəticələrin baş verdiyi şəraiti müəyyən edir. Bəzi 



yazıçılar ―nəzəriyyə‖ sözünü belə səbəb ilə nəticələnən hərəkətləri izah 
etmək üçün istifadə edirlər. Onlar üçün ―nəzəriyyə‖ deməlidir ki, nə 
işləyir, nə işləmir. Məsələn, koqnitiv davranış nəzəriyyəsi buna bir 
misaldır. Perspektivlər, modellər və nəzəriyyələr praktika zamanı lazım 
olan əhəmiyyətli ünsürlərdir. Çünki sosial iş mürəkkəb dünyamızda 
praktiki fəaliyyətdir, amma nəzəriyyə və ya perspektivlər sosial işçilərə 
fəaliyyət üçün konkret yol göstərirlər. 
Ümumiyyətlə, nəzəriyyələr iki hissəyə bölünə bilər: bunlar formal və 
qeyri-formal şəkildə yaranan nəzəriyyələrdir. Formal nəzəriyyələr 
adətən alimlər və elmi işçilər tərəfindən elmi ocaqlarda müzakirələr, 
debatlar 
və 
ya elmi araşdırmalar nəticəsində ərsəyə gələn 
nəzəriyyələrdir. Qeyri-formal nəzəriyyələri isə praktika şəraitində və ya 
iş ərzində meydana çıxan fikirlərin və rəylərin toplusu kimi izah etmək 
olar və ya onlar belə formada meydana gəlir. Yəni bunlar gündəlik 
təcrübə əsasında meydana çıxır. 
Nəzəriyyələri eyni zamanda həm də induktiv və deduktiv adlandırmaq 
olar. İnduktiv nəzəriyyə praktiki təcrübədən ümumiləşdirilərək yaradılır. 
Deduktiv nəzəriyyələr isə ümumi nəzəriyyədən hər hansı bir hadisə 
haqqında qənaətə gəlmək deməkdir. Məsələn, yəqin ki, siz ağır xəstə 
olan və ölmək ehtimalı yüksək olan insanlar ilə təmasda olmusunuz və 
ya işləmisiniz. Onlar adətən qəzəbli olurlar, sonra depresiyaya düşürlər 
və sonunda isə tezliklə öləcəklərini qəbul edirlər. Əgər siz bu təcrübədən 
hər hansı bir nəzəriyyə irəli sürmüş olsanız, məsələn ölən insanların 
davranış nəzəriyyəsini irəli sürmüş olsanız zaman bu induktiv tipli 
nəzəriyyə olacaqdır. Sonra isə ölməkdə olan və depresiya vəziyyətində 
olan insana rast gəlsəniz və öz ümumi nəzəriyyənizdən onun hərəkətləri 
haqqında hər hansı bir şərh versəniz və desəniz ki, o qısa bir zamanda öz 
ölümünü qəbul edəcəkdir. O zaman bu deduktiv nəzəriyyə olacaqdır. 
Yəni siz insan ölümü haqqında olan nəzəriyyə ilə tanışsınız və bu biliyə 
əsaslanaraq həmin adamın növbəti addımının nədən ibarət olacağını 
proqnoz edə bilərsiniz. 
Sosial işdəki nəzəriyyələrə gəldikdə isə Sibeon (1990), bu nəzəriyyələri 
üç hissəyə bölmüşdür. Birinci tipə sosial işin nə barədə olmasını izah 
edən yəni ―sosial iş nədir?‖i izah edən nəzəriyyələrdir. İkinci tipə aid 
olan nəzəriyyələr ―sosial iş necə işləyir?‖i izah edən nəzəriyyələrdir. 


10 
Üçüncü tipə isə ailə və uşaqların dünyasını araşdıran və ya izah edən 
nəzəriyyələr daxildir. Çətin həyat şəraitində olan insanın (ailənin) 
dünyası haqqında olan nəzəriyyələrə bəzən sosial işin elmi bazası kimi 
istinad edirlər. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə