Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Alkoqol və narkotik alüdəçiliyi problemləri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə152/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   144   145   146   147   148   149   150   151   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

23.5. Alkoqol və narkotik alüdəçiliyi problemləri 
Alkoqoldan istifadə sağlamlığa ciddi ziyan vuran, ailə həyatını 
pozan və ya dağıdan, həmçinin icma problemləri yaradan bir 
problemdir. Alkoqolizm, həm də özünəqəsd, qətl, həyat yoldaşı və 
uşaqlara qarşı zorakılıqla bağlı ola bilər. 
İçkiyə qurşanmış qadınlar kişilərdən daha çox içkiyə qurşanmamış 
qadın tiplərinə malikdirlər. Onlar əsasən resept dərmanlarından təklikdə 
qəbul etməyə, irqi və ya ailədaxili zorakılıq kimi travmatik hadisələrdən 
sonra alüdəçiliyə daha çox meylli olurlar. İçən qadınların narkotik və 
içkidən istifadə olunan ailələrə mənsub olması ehtimalı böyükdür. 
Qadınlar müalicə proqramlarına daxil olmağa və onu başa çatdırmağa 
kişilərdənn daha az meyl edirlər və müalicə ərzində uşaq qayğısı onlar 
üçün əsas maneəyə çevrilir. Alkoqola qurşanmış qadınlar arasında təqsir 
və eyib hissinin yüksək olmasına görə, onların içdiklərini inkar 
etmələrinə son qoymaq məqsədi ilə onlarla aqressiv qarşıdurma bir 


367 
qayda olaraq əks nəticə göstərir. Dərman preparatlarından istifadəyə 
təhrikedən qeyri-sağlam mühitin xüsusiyyətlərini müəyyənləşdirmək və 
qadınları təzyiq mühitləri ilə tanış etmək kimi mübarizə üsulları da daxil 
olmaqla, güclü cəhətlərə diqqət yetirən yanaşmalar bu insanların 
ehtiyaclarına daha üstün şəkildə xidmət etmək üçün tövsiyyə edilir.
Alkoqolizmlə bağlı olan fərd, psixoloji və psixososial amillər 
sosial xidmət işlərinin işinə xüsusilə uyğundur. Alkoqol düşkünləri nadir 
hallarda alkoqoldan istifadənin problem olduğunu qəbul edir, qaba 
davranışlara haqq qazandırır, çətinliklərə görə başqalarını və öz 
vəziyyətlərini günahlandırır, öz bacarıq və əhəmiyyətlər barədə 
ağlasığmaz ideyalar inkişaf etdirir və məqsədyönlü şəkildə narahatlığı 
azaldan və özünəhörməti təmin edən vəziyyətlərə və ünsiyyət növlərinə 
diqqət yetirirlər.
Alkoqol düşkünlərini əhatə edən sosiomədəni mühitlər də 
qiymətləndirilməlidir, çünki mühit amilləri müalicə nəticələrində, içki 
qəbulu xüsusiyyətləri və müalicə tədbirlərinin birlikdə olan nəticələri 
qədər fərqlilik təşkil edir. Digər alkoqol düşüncələri ilə yaxınlıq, barlara 
baş çəkmə və ya onları içkiyə ruhlandıran şəxslərlə birgə olmaq davamlı 
içkini möhkəmləndirir. Bunun əksinə olaraq, qayğıkeş olan, içkidən 
çəkindirən, alkoqol düşkününün ondan asılı olaraq, qayğıkeş olan, 
içkidən çəkindirən, alkoqol düşkününün ondan asılı olması və ya 
istismar etməsinə imkan verməyən və içki alüdəsinin içkinin 
nəticələrindən qoruyan ayıq insanlarla yaxın əlaqədə olmaq, içkidən 
imtina edilməsini gücləndirir. 
Sosial işçilər adətən, problemli içki düşkünləri ilə, ―precon-
templation‖-əvvəllər araşdırma adlandırılan mərhələdə məşğul olurlar. 
Bu mərhələ, problemli içki düşkününün problemi qəbul etmədiyi və 
kömək istəmədiyi mərhələdən qabaq gəlir.
Alkoqolizmə irsi amillər vacib olduqlarından ailə keçmişinin 
araşdırılmasının tərkib hissəsi kimi, içkinin valideynlər, baba-nənələr, 
əmi-dayılar və xala-bibilər tərəfindən qəbul edilib-edilmədiyini daxil 
etmək vacibdir. Ailə həyatını araşdırarkən digər ailə üzvləri ilə qarşılıqlı 
münasibətlərin keyfiyyətini, həm də tezliyini müəyyən etmək mütləqdir. 
Mübahisələrin tezliyini və təbiətin, içki məqamlarında onların artıb-
artmadığını araşdırmaq da mühüm əhəmiyyət kəsb edir. Digər ailə 


368 
üzvlərinə qarşı zorakılığın mümkünlüyü tək kliyent ilə yox, həm də 
ailənin digər üzvləri ilə araşdırılmalıdır. 
İş yeri dəyişmələri, iş şəraitindən razılıq, iş yoldaşları və 
rəhbərlərlə yaşanan problemlər, işdən yayınma, kliyentin malik olduğu 
təhsil və ya bacarıq səviyyəsindən aşağı işdə çalışması alkoqolizmlə 
bağlı iş çətinliklərinin göstəricisi ola bilər. Vaxtaşırı iş dəyişmələri və ya 
işdən azadolunmalar kliyentin sərxoş olduğuna görə işə gəlmədiyini, 
yaxud iş yerində içdiyini ehtimal etməyə imkan verir.
Narkotikləri qəbul etmənin ümumi ələamətləri aşağıdakı 
xüsusiyyətləri əhatə edir: 

İş və ya məktəb davamiyyətində dəyişikliklər 

Normal qabiliyyətlərin (iş icrası, iş keyfiyyəti, vərdişlər və s.) 
zəifləməsi 

Pis xarici görkəm, geyim və şəxsi gigiyenaya laqeydlik 

Sulanmış və ya kiçilmiş göz bəbəklərini gizlətmək və gözün geniş 
işığına uyğunlaşması qabiliyyətinin zəifləməsini əvəz etmək üçün 
eynəkdən istifadə olunması 

Qolu örtmək və iynə yerlərini gizlətmək üçün göstərilən qeyri-adi 
cəhətlər 

Məlum narkotik alüdəçiləri ilə yaxınlıq əlaqəsi 

Narkotik alüdəçiliyi vərdişini davam etdirmək və pul qazanmaq 
üçün oğurluq, yaxud əxlaqsızlıq etmək. 
Narkotikdən istifadənin mümkünlüyünü qiymətləndirərkən tək 
şübhəli istifadəçidən (adətən, o narkotikdən istifadəni gizlətməyə çalışır) 
yox, həm də bu fərdin vərdiş və həyat tərzi ilə tanış olan şəxslərdən 
məlumat toplamaq lazımdır.
Tədqiqat, kliyentin narkotik alüdəçisi (və ya alkoqol alüdəçisi) 
olduğunu aşkar edəndə adətən, narkotikdən müalicə mərkəzinə (bəzi 
ruhi sağlamlıq mərkəzlərində və xəstəxanalarda bu cür şöbələr var) 
göndəriş qeyd olunur. Həmin mərkəzlərin işçi heyətinin çox vaxt bu cür 
çətin olan kliyentlərlə effektiv işləmək bacarığı var. Bundan əlavə
narkotik alüdəçiliyi mərkəzləri bu cür alüdəçilər üçün xüsusilə uyğun 
olan qrup metodlarına üstünlük verirlər. Narkotikdən istifadəni sistemlər 
baxımından qiymətləndirmək də vacibdir. Ailə münasibətlərinin 


369 
araşdırılması bir qayda olaraq, onu göstərir ki, narkotik istifadəçiləri 
başqa ailə üzvləri ilə öz aralarında soyuqluğun yarandığını hiss edirlər. 
Bundan əlavə, ailə üzvləri bir çox hallarda həm içki, həm də narkotik 
alüdəçilərinin problemini bilmədən artırırlar. Məntiqi olaraq, bir çox 
mütəxəssislər narkotikdən istifadəni ailə sistemi daxilində mövcud olan 
yarıtmaz münasibətlərin ifadəsi kimi nəzərdən keçirirlər. Unutmaq 
olmaz ki, narkotik alüdəçiləri ailə sisteminə təsir göstərir və onun 
təsirinə məruz qalırlar. 
Eynilə alkoqolizm kimi, narkotikdən istifadə və alüdəçilik də 
kliyentin əsas sosial sistemlərində üstünlüyünə malik olur.

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə