Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Partnyorlar və ailə üzvləri, həmçinin qayğı prosesi və yoluxmuş insanın



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə151/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   144   145   146   147   148   149   150   151   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)


Partnyorlar və ailə üzvləri, həmçinin qayğı prosesi və yoluxmuş insanın 
gözlənilən ölümündən kəskin təsirlənirlər. 
Xəstəliyin səbəbləri, fiziki pozuntular, qüsurlu cəhətlər və ruhi 
simptomlara dair kliyentlərin fikirlərini öyrənmək qiymətləndirmə işi 
üçün əhəmiyyətli bir işdir. Çünki tibbi müayinə və müalicənin kliyentlər 
tərəfindən qəbulu dərəcəsi, onların kliyentlər baxımından məqsədəuyğun 
olub-olmamasında asılı olacaq. Müasir qərb cəmiyyətində artan sayda 
mütəxəssislərin sistemlər yanaşmasını qəbul etməsinə baxmayaraq, 
əksər insanlar xəstəliyi fiziki səbəblərlə bağlamaqda davam edirlər (məs: 
yoluxmalar, zəhərləyici maddələr, degenerativ proseslər, irsiyyət
düzgün olmayan qidalanma, kimyəvi tarazlığın pozulması, hərəkətsizlik 
və ya dogər məlum olmayan amillər). Bununla insanlar öz gözləntiləri 
ilə üst-üstə düşən müayinə və müalicələri qəbul etməyə meylli olurlar. 
Sağlamlıq problemlərini qiymətləndirərkən əsas ailə üzvlərinin 
münasibətləri də nəzərə alınmalıdır. Əksər mədəniyyətlərdə ailə 
üzvünün xəstə olub-olmadığını, xəstəliklərin mənalarını, ailə üzvlərinin 
xəstəliklə necə davranmalı olduqlarını ailə müəyyən edir. Bundan əlavə, 
ailənin mədəni dəyərləri və həyat tərzi pasiyentin xəstəliyinə və 
sağlamlığının bərpasına təsir edir. Tibbi qayğının göstərilməsi, 
müayinəyə münasibət və müaicə məsləhətlərinə əməl olunub-
olunmaması kimi ilkin addımlardan etibarən ailə, həmin ailə üzvünün 
xəstəliyinin hər bir mərhələsində qərarvermə işinə təsir göstərir. 
Təcrübəçilər, həmçinin ailə üzvünün xəstəliyinin ümumi ailə işinə 
necə təsir göstərdiyini qiymətləndirməlidir. Hər hansı bir üzvün və 
xüsusilə də valideynin xəstələnməsi ailə sistemində tarazlığın 
pozulmasına səbəb olur və adətən, ailə üzvləri tərəfindən rolların 
icrasında uzlaşmanın əldə olunmasını tələb edir.
Başqa sistemlər xəstələrin sağlamlıqlarına təsir göstərdiyi üçün 
təcrübəçilər, xəstələrin bu sistemlərlə qarşılıqlı təsirinin təbiətini də 
araşdırmalıdır. Sosial qayğı xidmətləri, xüsusilə də nikah və ailə 
münasibətləri çox vacibdir. Psixososial qohumluq üzrə tədqiqat da onu 
göstərir ki, yaxşı ruhi sağlamlıq üçün yardım şəbəkələri fövqəladə 
vəziyyətə malikdir.


366 
Tədqiqatçılar xəstələrin müntəzəm qaydada narkotiklərdən istifadə 
edib-etmədiklərini müəyyən etməyin vacibliyini (xüsusən də sağlamlıq 
qayğısı şəraitində) vurğulayırlar. Hətta xeyirli dərmanlar belə, müxtəlif 
biopsixoloji sistemlərin funksiyasına təsir göstərən kənar effektlər 
doğura bilir. Məsələn, yuxulu olmaq – bir çox dərmanların yan təsiridir. 
Seksual funksiyada baş verən dəyişikliklər də yüksək qan təzyiqini 
müalicə etməkdə istifadə olunan tibbi vasitələrin səbəbi ola bilər. Sarılıq 
xəstəliyinə bənzərlik, dəyişməyən yeriş tərzi, zombiyə bənzər sifət, dil 
sallanması və digər qeyri-iradi əzələ gərilmələri psixozun bəzi 
formalarının müalicəsi üçün istifadə edilən əsas sakitləşdirici 
dərmanların artıq dozalarının nəticəsidir və bu zaman dozanın tibbi 
dəyərləndirməsinə zərurət yaranır. Digər problemlər narahatlıq və 
gərginliyi müalicə etmək üçün istifadə edilən kiçik sakitləşdirici 
dərmanların artıq dozası ilə əlaqədar ola bilər. Və bu, ümumən istifadə 
olunan dərmanların çoxsaylı kənar təsirlərinin yalnız bir neçəsidir. Digər 
sağlamlıq problemləri dərmanlara müsbət reaksya verə bilər (məs: 
kəskin depressiya, diqqət çatışmazlığı pozuntuları və uşaqlarda 
hiperaktivlik, epileptik tutmalar) həkimə, yaxud sağlamlıq ocaqlarına 
müraciət edilməsinə dərmanda göstərilir.

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə