363
mənfi təsir göstərir. Əhalinin bu kateqoriyalarının sosial müdafiəsi
aşağıdakı istiqamətlərdə həyata keçirilir:
-pensiya təminatı
-sosial
xidmət
-sosial yardım.
Birbaşa sosial iş praktikasında qarşıya çıxan problemlər, güclü
cəhətlər və mənbələr fərddaxili, fərdlərarası
və mühit sistemlərinin
qarşılıqlı təsirinin nəticəsi kimi meydana çıxır. Hər hansı sistemdə
funksional tarazlığın pozulması bir qayda olaraq, digər sistemlərdə də
eyni halın təkrarlanmasına səbəb olduğundan, onları bu geniş sistemlərə
çox nadir hallarda aid etmək mümkün olur. Fərdi çətinliklər (məs:
dəyərsizlik hissi və depressiya) labüd şəkildə insanın
digərləri ilə
münasibətlərinə təsir edir; fərdlərarası çətinliklər (məs: nikahda yaşanan
gərginliklər) eyni qaydada fərdi funksiyaya təsir göstərir.
Şübhəsiz ki, bu üç sistem arasında olan qarşılıqlı təsirlər funksional
tarazlığın pozulması və sistem çatışmazlıqlarının mənfi təsirləri ilə
məhdudlaşmır. Üstün keyfiyyətlər, güclü cəhətlər və resurslar da
qarşılıqlı müsbət tərislərə malikdirlər.
Güclü mühitin mövcudluğu
fərddaxili çətinlikləri yalnız qismən əvəz edə bilər; eyni qaydada,
uşaqlar və valideynlər arasında olan güclü fərdlərarası münasibətlər
sonuncuları, kasad ətraf mühiti əvəz etməkdən daha üstün müsbət həyat
təcrübəsi ilə təmin edir.
Hər hansı bir fərdin
dəyərləndirilməsi biofiziki, əqli, hissi,
emosional, tərbiyəvi, mədəni və motivasiya amillərini daxil edir.
Kliyentlərin fiziki xüsusiyyətləri və görkəmli ya üstün, yaxud da
qüsurlu cəhət ola bilər. Qərb cəmiyyətində fiziki cəlbedicilik yüksək
qiymətləndirilir, cəlbedici olmayan insanlar
isə sosial arzuolunma
sahəsində, iş imkanlarında və nikahda əlverişsiz mövqeyə malik olurlar.
Bundan əlavə ən azı bir tədqiqatın nəticələri onu göstərir ki, fiziki
cəlbedicilik buraxılmış psixiatrik kliyentlərin yenidən uyğunlaşmasını
asanlaşdırır. Sosial funksiyaya təsir göstərə biləcək müəyyənedici fiziki
xüsusiyyətləri müşahidə etmək bu baxımdan vacibdir.
Dostları ilə paylaş: