Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial iş nəzəriyyələrinin sosial quruluşu



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə4/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   2   3   4   5   6   7   8   9   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Sosial iş nəzəriyyələrinin sosial quruluşu 
Sosial işdə nəzəriyyələr eyni zamanda tiplərinə görə bir neçə qrupa 
bölmək olar. Payne (2005) sosial işdə olan nəzəriyyələri refleksiv-
terapetik, sosialist-kollektivist və individualist-reformist kimi tiplərə 
bölmüşdür. 
•Refleksiv-terapetik baxışlar: Dominelli(2002) bu yanaşmaları və ya bu 
tipə daxil olan nəzəriyyələri terapetik kömək etmək yanaşması kimi 
adlandırır. Bu yanaşmaya əsaslanıb işləyən sosial işçilər fərdlərin, 
qrupların və icmaların rifahını onların şəxsi inkişafında və özünü 
tamamlamaqlarında görürlər və bu istiqamətdə iş aparırlar. Sosial işçi ilə 
çətin həyat şəraitində olan insanın arasında münasibətlər, çətin həyat 
şəraitində olan insanın ideyalarını dəyişə bilər və bu da sosial işçiyə 
imkan verir ki, çətin həyat şəraitində olan insanın arasında təsir etsin; 
eyni yolla da müraciətçilər sosial işçilərə yardım edirlər ki, onların 
dünyasını anlasınlar. Bu bir-birilərinə qarşılıqlı təsir prosesi məhz sosial 
işi bu yanaşmadan görənlər üçün refleksiv edir, belə ki, bu sosial işçinin 
üzə çıxardığı sosial narahatçılıqlara cavab verir və bu narahatçılıqlarla 
işlədikcə təcrübə əldə edir. Bu yollar vasitəsilə çətin həyat şəraitində 
olan insan öz hisləri və həyatları üzərində hakim olmaq bacarıqlarını 
əldə edirlər. Müraciətçilərə verilən bu dəstək onlara həyatlarında olan 
problemlərin və iztirabların öhdəsindən gəlməyə onlara imkan verir. 
• Sosialist-kollektivist baxışlar: Bu yanaşmaya əsaslanıb işləyən sosial 
işçilər cəmiyyətdə əməkdaşlıq və qarşılıqlı dəstək axtarırlar ki, 
cəmiyyətdə əzilmiş və imkansız insanların öz həyatlarına hakim 
olmalarına şərait yaratmağa çalışırlar. Sosial işçilər insanları 
səlahiyyətləndirərək öyrənmə və əməkdaşlıq prosesi vasitəsilə elə şərait 
yaradırlar ki, cəmiyyətin bütün üzvləri bərabər hüquqlu bəhrələnə 
bilsinlər. Onların baxışlarına görə elit təbəqə cəmiyyətdəki bütün 
resursları toplayıb onları öz mənfəətləri üçün istifadə edirlər. Belə 


11 
etməklə onlar cəmiyyətdə digərlərini zülm altında saxlamaq və 
digərlərinə imkanlar yaratmamağa çalışırlar. Sosial işçilər də cəmiyyətdə 
bərabərlik yaratmağa çalışmaqla bu ədalətsizliyə aradan qaldırmağa 
çalışırlar. Dominelli (2002) bu yanaşmanı azad edən yanaşmalar 
adlandırır, çünki sosial işçilər insanları zülmdən və ədalətsizlikdən xilas 
edirlər. Digər alimlər isə bu sosial işçiləri transformasiya edən yəni 
dönüş yaradanlar adlandırırlar, çünki onlar cəmiyyəti kasıbların və 
əzilmişlərin haqqını təmin edən bir cəmiyyətə çevirmək istəyirlər. 
Bundan başqa onlar belə yanaşmaları var ki, əgər cəmiyyətlərdə 
transformasiya olmasa o zaman güclülər tərəfindən əzilənlər heç bir 
zmaan fərdi və ya sosial səlahiyyət əldə edə bilməyəcəklər. 
• İndividualist-reformist baxışlar: Bu yanaşmadan çıxış edən sosial 
işçilər sosial xidmətlərin və proqramların fərdlərə cəmiyyət tərəfindən 
verilən bir xidmət kimi görürlər. Bu fərdlərin ehtiyaclarını ödəyir və 
onların bir hissəsi gördükləri xidmətlərin keyfiyyətini yüksəldir, bu da 
sosial işçilərin və xidmətlərin daha da səmərəli fəaliyyət göstərməsinə 
şərait yaradır. Dominelli(2002) bu yanaşmanı saxlama yanaşması 
adlandırır. Onlar sosial işi cəmiyyətin sosial düzəninin və sosial bazasını 
qorumağa çalışan bir peşə kimi görürlər və insanları çətinliklər zamanı 
hər hansı bir dəstəkləməyə çalışırlar ki, onlar sabitliyi yenidən qazana 
bilsinlər. Sosial işdə olan nəzəriyyələr aşağıdakı cədvəldə bu tiplər üzrə 
bölünmüşdülər. 
Nəzəriyyənin tipi: 
Refleksiv-terapetik 
Sosialist-kollektivist 
İndividalist-reformist 
Perspektiv: 
Ətraflı 
İnklusiv 
Nəzəriyyə 
Model 
Psixodinamik 


12 
Humanist, mövcudluq 
Konstruktiv 
Krisis 
Kritik 
Zülmün əleyhinə 
Feminist 
Səlahiyyətləndirmə 
Sosial inkişaf 
Sistemlər 
Koqnitiv-davranış 
Tapşırıq-əsaslı 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə