Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Nəzəriyyənin sisyası fonu/praktika ilə əlaqəsi



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə5/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   2   3   4   5   6   7   8   9   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Nəzəriyyənin sisyası fonu/praktika ilə əlaqəsi 
Yuxarıda sosial iş nəzəriyyələrinin quruluşundan və tərkib hissələrindən 
danışır. İndi isə sosial işin nəzəriyyələrinin real dünya ilə yəni praktika 
ilə əlaqəsindən danışacağıq. Nəzəriyyənin siyasətinin və praktika ilə 
əlaqəsi dörd məsələ ətrafında formalaşır: 
•Tətbiqi-biz nəzəriyyənin praktika ilə tətbiq edə bilirikmi? 
• Uzlaşması-nə qədər nəzəriyyə praktika ilə uzlaşır? 
•Məsuliyyət-qurumların və ya sosial işçilərin fəaliyyətindəki 
müstəqillikdə nəzəriyyə nə qədər məsuliyyət tələb edir? 
• Legitimliyi-sosial işin sosial dəyəri varmı və bu nə qədərdir? 
Sosial iş nəzəriyyələrinin çeşidləri: seçim edilməsi və ya seçimçilik 
etmə 
Baxmayaraq ki, sosial işdə nəzəriyyələr çoxdr, amma tədqiqatlar göstərir 
ki, sosial işçilər yalnız iki və ya üç nəzəriyyə ilə işləyirlər. Payne qeyd 
edir ki, nəzəriyyələr xüsusiyyət baxımından çox ümumidirlər və onlar 


13 
müxtəlif situasiyalarda işlənə bilirlər. Onlardan istifadə o demək deyil 
ki, müəyyən qrup ilə müəyyən nəzəriyyəni işlətmək lazımdır.
UŞAQ VƏ AİLƏLƏR İLƏ SOSİAL İŞDƏ İSTİFADƏ OLUNAN BƏZİ 
NƏZƏRİYYƏLƏR 
Uşaq inkişafı nəzəriyyəsi 
―Uşaq inkişafı‖ anlayışından yaşın müxtəlif mərhələlərində uşaqlarda 
yaranan ehtiyacların müəyyənləşdirilməsi məqsədilə maraqlı bir 
yanaşma kimi istifadə edilir. Uşaq inkişafı, doğulduğu gündən 
yeniyetməlik dövrünə qədər insan həyatının müəyyən bir hisəsini əhatə 
edən mürəkkəb prosesdir. Bu proses üç mərhələdən keçir: 1) erkən 
uşaqlıq dövrü; 2) orta uşaqlıq dövrü; 3) yeniyetməlik dövrü. Uşaq 
inkişafı yanaşmasına görə uşaqlar 5 sahə üzrə inkişaf edirlər. Bunlar 1) 
fiziki 2) idraki 3) emosional 4) sosial və 5) mənəvi. Uşaqların 
inkişafında bu 5 sahənin hamısı çox vacibdir. Ona görə mütəxəssislər və 
valideynlər bu 5 sahənin hamısının inkişafına nəzər yetirməlidirlər. 
Valideyn və mütəxəssislər üçün ―Uşaq inkişafı üzrə vəsait‖ bu məlumata 
lavə olunmuşdur və 122 səhifədən ibarətdir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə