Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sistemlər və ekoloji perspektivlər



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə8/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   4   5   6   7   8   9   10   11   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Sistemlər və ekoloji perspektivlər 
Sistemlər perspektivi sosial işdə əhəmiyyətli bir yanaşmadır, belə ki, 
ona əsaslanıb insanlara kömək edəndə diqqət təkcə insanın və ya fərdin 
tək özünə yox həm də onun ətrafına yönəlməlidir. Yəni onun yaşadığı 
ailə, icma, cəmiyyət və ölkə də sosial iş prosesinin bütün mərhələlərinə 
cəlb olunmalıdır. Bu sosial işdə və ya digər insanlara kömək göstərən 
peşələrdə kaunseling, psixoterapiya və digər yanaşmalara müxalif olan 


16 
bir perspektivdir, belə ki yuxarıda qeyd olunan yanaşmaların hamısı 
kömək prosesində diqqəti yalnız fərdə yönəldir və onun ətraf mühiti 
nəzərə alınmır. Sistemlər perspektiv sosial işin əsas fokusu olan 
münasibətlər, əlaqələr, sosial ədalət və ya sosial dəyişikliklər 
ünsürlərinin özündə cəmləyir. 
Sistemlər nəzəriyyəsi haqqında əsas məqamlar
•Sistemlər nəzəriyyəsi digər sistemlərin bir hissəsi kimi görür və 
digərləri ilə daima təmasda olması kimi qəbul edir; 
• Sistemlər bir-biriləri ilə mürəkkəb şəkildə əlaqədə olurlar və bunları 
araşdırmaq fərdlərin ailələri, icmaları və cəmiyyətdəki digər sistemlər ilə 
necə təmasda olmasını üzə çıxarmaqda bizə kömək edir
• Sistemlər perspektivi xüsusi ilə ailələrlə işləyərkən bizə kömək edir və 
daha çox bu sahədə tətbiq olunur; 
• ABŞ-da sistemlər perspektivinin bir nəzəriyyəsi olan ekoloji (eko-
sistem) nəzəriyyəsindən daha çox istifadə olunur, hansı ki, ənənəvi 
psixo-dinamik nəzəriyyənin bəzi əlamətlərini ekoloji nəzəriyyəyə 
birləşdirərək onunla işləməyə başladılar. 
Sistemlər nəzəriyyəsi sosial işdə 1970-ci illərdən mövcuddur. Sosial işdə 
sistemlərin iki böyük nəzəriyyəsi vardır: 
• Ümumi sistemlər nəzəriyyəsi 
• Ekoloji sistemlər nəzəriyyəsi 
Sistemlər nəzəriyyəsi və onların sosial işdə tətbiqi: 
Sistemlər bir-birləri ilə həddlər vasitəsilə birləşən fiziki və ya mənəvi 
varlıqlardır. 
Qapalı və açıq sistemlər vardır. Qapalı sistemlərin həddin o tərəfində 
olan sistemlər ilə heçbir əlaqəsi olmur və vaakumda olurlar. Açıq 
sistemlərin isə həddlərin o tərəfindəki sistemlər ilə əlaqəsi var, amma 
eyni zamanda sistemin özünü qoruyub saxlaya bilir. 
Sistemlər necə işləyir və biz onları necə dəyişə bilərik: 
Girən(idxal)-həddlərindən kənarda olan enerjinin sistemə daxil olması 
və sistemdə necə istifadə olunması 


17 
Çıxan(ixrac)-Sistemdən həddin digər tərəfinə çıxanlar və onların oradakı 
mühitə necə təsir etməsi 
Entropi-Sistemlərin xaotik inkişaf etməsi, sona çatması və ya ölməsi 
Neqativ-entropi-Sistemlərin təşkilatlanmış şəkildə inkişaf etdirilməsi
qorunması və başa sona çatması imkan verilməməsi 
Sistemlərin vəziyyəti beş xarakteristika ilə müəyyən olunur: 
Sabit vəziyyət-Sistemin girənləri qəbul edib istifadə etməklə özünü necə 
qoruyub saxlayır. Bu isə sistemlərin öz təməl şəxsiyyətlərini dəyişmədən 
özlərində özlərində necə dəyişiklik edə bilmələrini göstərir. 
Homeostasis və ya ekulibrium vəziyyəti-Bu bizim girənlərin bizi 
dəyişməsinə baxmayaraq təməl xasiyyətimizin və ya vəziyyətimizin 
dəyişməmək bacarığıdır. Məsələn, mən kələm yeyirəm, amma kələmə 
çevrilmirəm. 
Differensassiya-Sistemlərin müxtəlif vaxtlar və müxtəlif vasitələr ilə 
inkişaf etməsi tendensiyası 
Qeyri-toplumluluq-Sistemin bütövlüyünün onun hissələrinin bəzilərinin 
bir yerdə olmasından daha çox olmasından daha yaxşı olması ideyasıdır. 
Qarşılılıq(reiprocity)-Əgər sistemin biri dəyişərsə bu digər sistemlərə də 
təsir edir, və bütün sistemlər dəyişir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə