Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə10/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   6   7   8   9   10   11   12   13   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

1.4.
 
Sosial işlə bağlı qanunların mahiyyəti və təsnifatı 
 
Məşğulluq haqqında 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə 
və 94-cü maddəsinin 
I hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa 
kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati 
əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi 
sahəsində dövlət təminatlarını müəyyən edir. 
Maddə 1. Əsas anlayışlar 


19 
1.1.
Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənalarrı 
ifadə edir: 
1.1.1. Aktiv məşğulluq tədbirləri – işaxtaran və işsiz şəxslərin məşğulluq 
imkanlarının genişləndirilməsi, peşəyönümünün, peşə hazırlığının 
təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının 
tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə 
onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlər;
1.1.2. Əmək bazarı – işçi qüvvəsinə olan tələb və təklifin məcmusu; 
1.1.3. Fərdi məşğulluq proqramı – işsiz şəxsin işə düzəlməsinə və əmək 
bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv 
məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini 
müəyyən edən sənəd; 
1.1.4. Fərdi məşğulluq vərəqi – işaxtaran və işsiz şəxsə dair fərdi 
məlumatlardan, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə 
məlumatlardan, məşğulluq tarixçəsi, habelə təklif olunan münasib 
və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyətinə dair 
məlumatlardan ibarət sənəd; 
1.1.5. Haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti 
məşğulluğunu təmin etmək məqsədi ilə bu Qanuna uyğun olaraq 
təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai 
faydalı xarakter daşıyan iş yerləri; 
1.1.6. İşsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda 
(qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda 
olan əmək qabiliyyətli şəxs; 
1.1.7. İşaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
orqana (quruma) münasib iş üçün müraciət edən və işaxtaran kimi 
qeydiyyata alınan şəxs; 
1.1.8. Kvota – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə 
çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 
tərəfindən işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin 
(işçilərin) minimum sayı; 
1.1.9. Qeyri-formal məşğulluq – Azərbaycan Respublikasının Əmək 
Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya 
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq 


20 
mülki-hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə 
yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun 
olaraq sahibkarlıq fəəaliyyətinin və mülkiyyətində olan kənd 
təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən 
həyata keçirilməsi, eləcə də ―Ailə-kəndli təsərrüfatı haqqında‖ 
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli 
özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli 
təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi; 
1.1.10.
Məşğulluq 
– 
Azərbaycan 
Respublikasının 
vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan 
sonra – şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə 
zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti; 
1.1.11.
Məşğul şəxslərin reyestri – bu Qanunun 4.1.-ci 
maddəsində nəzərdə tutulan məşğul şəxslər barəsində fərdi 
məlumatların, onların təhsili, iş yeri, vəzifəsi (peşəsi) və ya yerinə 
yetirdiyi iş (xidmət) barədə məlumatların məcmusu; 
1.1.12.
Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində 
nəzarəti həyata keçirən orqanlar – qeyri-formal məşğulluğun aşkar 
edilməsi və qarşısının alınması sahəsində nəzarət tədbirlərini 
həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
orqanlar (qurumlar); 
1.1.13.
Nəzarət tədbirləri – ―Sahibkarlıq sahəsində aparılan 
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının 
müdafiəsi haqqında‖ Azərbaycan Respublikası Qanununun 2ş1ş-ci 
maddəsində nəzərdə tutulan tədbirlər; 
1.1.14.
Müvəqqəti 
məşğulluq 
– 
şəxsin 
Azərbaycan 
Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mövsümi işlərə, 
bu Qanunla müəyyən edilmiş qaydada haqqı ödənilən ictimai işlərə 
cəlb edilməsi və ya əmək birjaları vasitəsilə müəyyən müddət 
ərzində ictimai faydalı fəaliyyəti; 
1.1.15.
Özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud 
dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi; 
1.1.16.
Peşə standartları – konkret peşə sahəsi üzrə işçinin 
yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə 
qoyulan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan 
(qurum) tərəfindən müəyyən edilən minimum tələblərin məcmusu;


21 
1.1.17.
Peşə hazırlığı – işaxtaran və işsiz şəxslərin əmək 
bazarının təələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa 
(peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün 
yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil alması; 
1.1.18.
Sığorta ödənişi – ―İşsizlikdən sığorta haqqında‖ 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta 
hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən 
aylıq pul vəsaiti; 
1.1.19.
Sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya 
hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin 
sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək 
münasibətlərinə xitam verilmiş şəxslər;
1.1.20.
Sosial müəssisə - sosial müdafiəyə xüsusi ehtiiyacı 
olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun 
təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxs
1.1.21.
Sosial iş yeri – işaxtaranlar və işsiz şəxslərin 
məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək 
məqsədi ilə işəgötürənin ən azı 3 (üç) ay əvvəl vakansiya bankına 
təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir 
hissəsinin bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 
maliyyələşdirilən iş yeri; 
1.1.22.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə 
düzəlməkdə çətinlik çəkən şəxslər - əlillər və sağlamlıq imkanları 
məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına 
çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən 
valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə 
yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər; 
1.1.23.
Ştat vahidlərinə dair cədvəl – müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 
mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – 
elektron informasiya sistemi) tərəfindən işəgötürənlərin bu 
Qanunun 7.2.-ci maddəsinə uyğun olaraq daxil etdikləri 
məlumatlar əsasında yaradılan cədvəl; 


22 
1.1.24.
Vakansiya – işəgötürənin boş olan və işçi tələb edilən 
iş yeri; 
1.1.25.
Vakansiyia bankı – işəgötürənin boş olan və işçi tələb 
edilən iş yerlərinin, habelə yeni yaradılan iş yerlərinin elektron 
informasiya ehtiyatı; 
1.1.26.
Yeni iş yeri – işəgötürən tərəfindən mövcud ştat 
vahidlərinə əlavə olaraq yaradılmış iş yeri. 
1.2.
Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan 
Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının 
Miqraisya Məcəlləsi, ―İşsizlikdən sığorta haqqında‖ Azərbaycan 
Respublikasının Qanunu və başqa normativ hüquqi aktlar ilə 
müəyyən edilmiş mənaları verir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə