Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial iş sahəsində beynəlxalq təcrübə



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə18/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   14   15   16   17   18   19   20   21   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

2.3. Sosial iş sahəsində beynəlxalq təcrübə 
 
İctimai hadisə kimi, sosial iş insan toplumu yarandığı gündən 
mövcuddur və müxtəlif tarixi dönəmlərdə, bu yönümdən hər bir 
cəmiyyət öz üzvlərinə müxtəlif cür kömək etməyə çalışmışdır. 
İctimai həyatın obyektiv gerçəkliyi olan sosial işin müxtəlif 
formalarının geniş yayılması, çağdaş dünyamızda sosial ziddiyyətlərin 
həlli və ictimai tərəqqinin təmin edilməsi istiqamətində ən önəmli 
vasitədir. Bunu qloballaşan dünyamızın aktual problemlərinin həllində 
də müşahidə etmək olar. Bu gün ətraf mühitin çirkləndirilməsi, 
demoqrafik partlayış, inkişaf etməmiş ölkələrdəki kütləəvi aclıq, kütləvi 
qırğın silahlarından istifadə olunması təhlükəsi, mənəvi deqradasiya, 
ailənin dağılması kimi problemlər bəşəriyyəti təlatümə gətirən 
problemlərdir. 
Bugün müasir cəmiyyətin texniki tərəqqi və informasiya, sosial-
iqtisadi inkişaf, əhalisinin elm, təhsil səviyyələrinin yüksəldilməsi bir 
daha onu sübut edir ki, müvafiq tendensiyalara uyğun olaraq sosial iş 
sahəsində də fundamental dəyişikliklər baş verməli, bununla əlaqədar 
əhalinin 
sosial 
müdafiəsi 
tədbirlərinin 
məzmunu 
durmadan 
zənginləşdirilməlidir. Bütün bunlar, sosial işin nəzəri əsaslarının 
möhkəmləndirilməsi, müvafiq sahədə çalışan mütəxəssislərin səriştə və 
qabiliyyətlərinin artırılması, insanlara veriləcək sosial dəstək və 
köməyin optimallaşdırılması fonunda baş verməlidir. Sosial işin 
qruplaşdırılması universal deyil və müxtəlif ölkələrdə onun özünün 


42 
xüsusiyyətləri var. Məsələn, Almaniyada sosial işin əsas növləri son 
illərdə ənənəvi olaraq aşağıdakı istiqamətlərdə qruplaşdırılır: 
1)
Sosial sığorta; 
2)
Sosial təminat; 
3)
Sosial yardım. 
ABŞ-da sosial işin növləri: 
1)
Fərdlərlə sosial iş; 
2)
Oxşar vəziyyətdə olan insan qrupları ilə sosial iş; 
3)
İcma ilə sosial iş ayırd edilir. 
Avropanın bir çox ölkələrində sosial siyasıtin və sosial təminat 
proqramlarının həyata keçirilməsində rəsmi strukturların yaradılması 
dövlət tərəfindən dəstəklənirdi. Amerikalılarda isə şəxsi təşəbbüsə 
arxalanmaq və dövlət strukturlarının təsirinin maksimal dərəcədə 
azaldılmasına cəhd özünü göstərir. ABŞ-da bu günə kimi dövlətin 
əhalinn sosial müdafiəsində rolu çox cüzidir. 
ABŞ-ın sosial sığorta haqda qanuna əsasən sosial sığortanın iki 
növü təsdiqlənib: qocalığa görə pensiya və işsizliyə görə müavinət. 
Sosial sığortanın bütün növlərini Ümumi Federal Proqram adlandırırlar. 
ABŞ-da sığorta proqramları mövcuddur. İş qabiliyyətinin 
müvəqqəti itirilməsinə görə ödəmələrin, kompensasiyaların səviyyəsi 
müəyyən olunub. Sosial müdafiənin dövlət sisteminin digər tərkib 
hissəsi-yoxsullara köməkdir. Bu sistem XX əsrin 60-cı illərində inkişaf 
etməyə başladı. Ehtiyacı olan uşaqlı ailələrin dəstəklənməsi, ərzaq, 
mənzil və tibbi yardımdır. Zəmanətli gəlirin təminatı proqramı ahıllara 
və əlillərə aiddir. Əhalinin bu kateqoriyalarına hökumət pullu yardım 
göstərir. Uşaqlı ailələrin dəstəklənməsi proqramı ailə başçısı dul, 
boşanmış və ya tənha ana olan, aşağı gəlirli çoxuşaqlı ailələrə yardımın 
göstərilməsini nəzərdə tutur. 
Mənzil yardımını aşağı gəlirli ailələr alır. ABŞ-da xüsusi 
sığortanın iki forması mövcuddur-kollektiv forma və fərdi forma. 
Avropa ölkələrində yerli özünüidarəetmə orqanlarının sosial 
xidmətlər təklif etməsində dövlət mühüm rol oynayır. Məsələn; 
Finlandiyada sosial siyasəti dövlət və icma işləyib həyata keçirir. Burda 


43 
işin əksər hissəsini bələdiyyələr yerinə yetirir. Əhaliyə ilkin sosial və 
tibbi xidmət Finlandiyada bələdiyyə xəstəxanaları və poliklinikaları, 
uşaq bağçaları, internatlar, ahıllar üçün evlər, narkoloji xidmətlərin 
hesabına tam təmin olunur. 
İsveçdə əhalinin sosial xidmət modelində Avropa ənənəsi özünü 
parlaq şəkildə büruzə verir. Hər il bu ölkədə təxminən 1000 nəfər 
sosionomlar (sosial sferanın ali təhsilli mütəxəssisləri) hazırlanır. 
İsveçdə munisipal və rayon komitələrinin işi aşağıdakı istiqamətlərdə 
gedir: 
-kommunal xidmət; 
-əhalinin konkret qruplarının sosial şəraitlərinin yaxşılaşdırılması; 
-ayrı-ayrı şəxslərlə və ailələrlə konkret problemlər üzrə fərdi iş. 
Sosial işin bir peşə fəaliyyəti kimi müxtəlif növlərinin yaranması 
müxtəlif sosial institutların qarşılıqlı əlaqələrinin xarakteri, ölkələrin 
inkişafının mədəni və milli xüsusiyyətləri, ictimai şüurun, mədəniyyətin, 
elmin, təhsilin inkişafının səviyyəsi ilə şərtlənir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə