Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Azərbaycanda sosial xidmət sferası



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə19/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   15   16   17   18   19   20   21   22   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

2.4. Azərbaycanda sosial xidmət sferası 
Azərbaycanda sosial xidmət sferası, sovet sosial xidmət sistemi 
çərçivəsində və onun prinsipləri əsasında fəaliyyət göstərmişdir. Sovet 
İttifaqında sosial xidmət özünəməxsus qaydada həyata keçirilirdi. Belə 
ki, sosial xidmətlər əsasən uşaqlara, o cümlədən valideyn himayəsindən 
məhrum olmuş uşaqlara yönəldilmişdi. Kənd, qəsəbə, rayon, şəhər, 
şəhər mərkəzində rayon xalq deputatları, sovetlərinin qəyyumluq və 
himayə orqanları kimi fəaliyyət göstərməsi, onlara geniş səlahiyyətlərin 
verilməsi, hətta bu qurumların valideynlik hüquqlarının icrasına qədər 
nəzarət etmək səlahiyyətlərinin olması sovet dövründə uşaqlarla bağlı 
işin səmərəli təşkilini təsdiq edir. Eyni zamanda uşaq evləri, internat 
müəssisələrinin geniş şəbəkəsi də mövcud idi ki, burada yalnız valideyn 
himayəsindən məhrum olmuş uşaqlar deyil, maddi cəhətdən zəif təmin 
olunmuş, aztəminatlı ailələrin də uşaqları, eləcə də müxtəlif səbəblərdən 
övladlarının təhsilini təşkil etmək imkanına malik olmayan ailələrin 


44 
uşaqları da yerləşdirilib təhsil ala bilirdi. Avaraçılıq və dilənçilik bir 
hüquq pozuntusu kimi qiymətləndirildiyindn nəinki həmin şəxslərin 
sosial müdafiəsi təşkil edilirdi, əksinə, onlar cəzalandırılır və ya məcburi 
şəkildə əmək fəaəliyyətinə cəlb edilirdilər. Müstəqillik əldə edildikdən 
sonra sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin 
artırılması istiqamətində müəyyən işlər həyata keçirildi. Azərbaycan 
Respublikasının Ailə Məcəlləsi (28 dekabr 2000-ci il), ―Ahıllara sosial 
xidmət haqqında‖ Azərbaycan Respublikasının Qanunu (22 iyun 2001-ci 
il), ―Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq 
pozuntularının profilaktikası haqqında‖ Azərbaycan Respublikasının 
Qanunu (28 iyun 2005-ci il) ölkəmizdə sosial xidmətin formalaşması və 
genişlənməsi üçün təşkilti-hüquqi zəmin yaratdı. 3 dekabr 2011-ci i 
tarixli 275-İQV nömrəəli ―Sosial xidmət haqqında‖ qanunun qəbulu 
sosial xidmətin inkişafı və bu sahədə keyfiyyətcə yeni bir mərhələnin 
başlanğıcı oldu. Qanun ölkədə göstərilən dövlət sosial xidmətlərinə 
vahid bir yanaşmanı, onların forma və növlərini, şəxsin sosial xidmətə 
götürülməsi və ona sosial xidmət göstərilməsi üçün mühüm təsisat olan 
sosial işçinin statusunu, hüquq və vəzifələrini müəyyən edir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə