Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə27/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   23   24   25   26   27   28   29   30   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

3.4.
 
Sosial iş və dövlətin sosial siyasəti 
Sosial xidmətlər bazarının inkişafı sosial tələbatların təmin 
olunması mümkünlüyünün prinsipini həyata keçirməyi imkan verəcək.
Geniş mənada sosial dedikdə cəmiyyətə, insanlara, onların 
həyatına bilavasitə aid ola proseslər və amillər, məsələlər başa düşülür. 
Bununla bərabər, bilavasitə sosial hadisələrlə bağlı olan və sosial sfera 
adlandırılan daha dar iqtisadi sahələr də mövcuddur. Sosial sferaya 
adətən iqtisadi obyektlər və proseslər, insanların həyat tərzi ilə əlaqədar 
və ona aid olan iqtisadi fəaliyyət növləri, maddi və mənəvi nemətlərin 
əhali tərəfindən istifadə edilməsi, insanın, ailənin, kollektivin, qrupun, 
ümumilikdə cəmiyyətin əsas tələbatlarının ödənilməsi aid edilir. 


76 
Artıq sosial sferanın bu ümumi xarakteristikasından görünür ki, 
sosial iqtisadiyyat çoxcəhətlidir, geniş iqtisadi obyektlər və proseslər 
dairəsini əhatə edir, hər şeydən əvvəl iqtisadiyyatın bu hissəsi nemətləri 
və xidmətlərin istifadəsi (istehlakı) ilə bağlıdır. 
Sosial sferanın nəticəsi kimi sosial xidmətlərin mahiyyətinin və 
təzahür formalarının təhlili yoxdur. Maddi hüquqi münasibətlərin 
obyekti olaraq ―sosial xidmət‖ kateqoriyası əsasən hüquqi ədəbiyyatda 
öz əksini tapır. 
Maddi istehsalardan fərqli olaraq sosial sfera istehsal fəaliyyəti ilə 
deyil, istehlakla əlaqədardır. Bu şəraitdə istehlaka, xidmətin qiymətinə 
təsir edən əsas amil əmtəənin yararlığıdır.
F.Engels 1891-ci ildə yazırdı ki, ―Klassik siyasi iqtisa müəyyən 
etdi ki, əmtəənin qiyməti onun istehsalı üçün lazım olan əməklə 
müəyyən edilir. Bu izahla o kifayətlənirdi. Biz də hələlik bu izah 
üzərində dayana bilərik... hazırki dövrdə bu izah tamamilə qeyri-
qənaətbəxş oldu‖. 
Beləliklə, Engels ömrünün axırlarında hesab edirdi ki, dəyər 
abstrakt kateqoriya kimi qiymətin substansiyasını əks etdirmir, ona görə 
ki, o səmərəliliyi istisna edən əməyin kəmiyyət tərəfidir. Əmtəənin və 
qiymətin ikili təbiətni ―dəyər‖ anlayışında birləşdirmək, ―dəyər 
qanununu‖ və ―istehlak dəyəri‖ qanununu ―dəyər qanunu‖ ilə əvəz 
etmək cəhətləri, Y.A.Pavznerin fikrincə doğru deyil. 
Xidmətin göstərilməsi-maddi dəyərlərin istehsalı və satışı kimi 
iqtisadi bir funksiyadır. Sosial xidmətin əsas funksiyası – ayrı-ayrı 
şəxslər və ümumilikdə cəmiyyət üçün təkrar istehsalın təmin 
edilməsidir. O, milli məhsulun təşkilinə yardım edir, çünki istənilən 
iqtisadiyyatın məqsədi maddi, mənəvi və digər nemətlər vasitəsilə 
həyata keçirilən insan tələbatlarının təmin olunmasıdır. Nemət – insan 
tələbatlarının həyata keçirildiyi dəyərlərdir. 
Sosial xidmətin mahiyyətinin təhlili və onun tənzimləmə 
mexanizminin hazırlanması xidmətin mahiyyətinə, onun sosial sferada 
təzahürünə və həm əhalii, həm də subyekt üçün onun dəəyərinin və 
yararlılığının formalaşmasına müraciət etməyi tələb edir. 


77 
Ümumilikdə xidmətlərin onları əmtəədən fərqləndirən dörd 
xarakterik cəhəti vardır: sezilməzliyi, saxlanılmazlığı, xidmətlər 
göstərən və onlardan istifadə edən şəxslərdən ayrılmazlığı və göstərilən 
xidmətlərin keyfiyyətinin qeyri-sabitliyi.
Xidmət əmtəədən fərqli olaraq bilavasitə istehlakçının konkret 
tələbi ilə göstərilir.
Pullu xidmətlər göstərən sahələr iqtisadiyyatı inkişafının və təkrar 
istiqamətlədirilməsinin özünəməxsus sürətləndiricisi kimi çıxış etməyə 
qadirdir. 
Xidmət sferasında tələbatın həcminin formalaşmasının birinci 
xüsusiyyəti ondan ibarətdir ki, maddi nemətlərdən fərqli olaraq 
xidmətlərdən istifadənin həddi yoxdur. Başqa sözlə desək, artıq istifadə 
edilən xidmətlərin həcmindən asılı olmayaraq, ayrııca istehlakçının və 
ümumilikdə bütün əhalinin ona tələbatı davam edir. 
Eyni 
zamanda 
xidmətlərdən 
istifadə, 
lazımi 
qədər 
qiymətləndirilməməsi onların istehsalının real iqtisadi effektini və 
qiymətini aşağı salan daxili effektlərin meydana gəlməsinə və artmasına 
gətirib çıxarır. 
Bir sıra xidmətlərin pullu və pulsuz formalarının uyğunlaşdırılması 
çətinliyi yaranır, o cümlədən ayrı-ayrı sahələrin inkişafının optimal 
maliyyələşdirilmə mənbələrinin seçilməsi problemi meydana gəlir.
Xidmət sferasında gəlirə görə elastiklik əmsalı da yüksəkdir. 
Gəlirin səviyyəsinin tələbatın həcminə təsiri onunla izah edilir ki
ixtisaslaşdırılmış idarələrdə xidmətlərdən istifadədən imtina etmək olar. 
Buna görə də əhalinin real gəlirinin azalması zamanı ilk növbədə xidmət 
sferası ziyan çəkir. 
Xidmətlərin sərbəst qiymətlərinin formalaşdırılması zamanı 
aşağıdakı üsullardan birini istifadə etmək olar: 

Eyni xidmətin istifadə edildiyi və daimi böyük istehlakçı 
qruplarının sabit tələbatı olan sahələrdə rəqiblərin tariflərini nəzərə
almaqla. 

İstehlakçıların tələbatları əsasında. 


78 

Qalan sahələrdə istehlakçıların mümkün tələbatının nəzərə 
alınması ilə xərclər əsasında.
Xidmətin qiymətinin çoxfunksionallığı onun tarif, haqq və abunə 
kimi spesifik formalarının yaranmasına səbəb oldu. 
Xidmət sahəsində tələb və təklifin əlaqəsinin tam nəzərə alınması, 
səmərəli tarif strategiyasının formalaşması və idarələr tərəfindən qiymət 
qoyulmanın əsaslandırılmış üsullarının tətbiqi xidmətlərin təklifini 
genişlədirməyə, əhalinin tələbatını ödəməyə və onların ümumi 
tələbatında xidmət payının artırılmasına imkan yaradacaqdır. 
Xidmət, yararlılığı (faydalılığı) konkret müavinətlər, zəmanətlər, 
pensiyalar şəklində ödəmə formasını alan müdafiə imkanında ibarət 
əmtəədir. 
Sosial müdafiənin təhlili görkəmli alimlərimizin əsərlərində geniş 
işıqlandırılmışdır. Lakin əsasən tədqiqat obyekti sosial xidmətin həyata 
keçirilməsinin hüquqi aspektidir. Pensiya hüquqi münasibətləri 
N.Q.Aleksandrovun, V.S.Andreyevin, E.İ.Astraxanın, V.A.Açarkanın, 
A.D.Zaykinin, A.E.Paşertskinin, V.A.Tarasovanın və b. əsərlərində daha 
dərindən öyrənilmişdir.
Sosial xidmətlərin mənimsənilməsi sistemində mərkəzi yeri maddi 
foormalar tutur, çünki məhz onlar vasitəsilə sosial riskin təsirinə məruz 
qalan, pul vəsaitləridə, tibbi və sosial xidmətlərdə çıxış edən şəxslərin 
obyektiv tələbatları ödənilir. 
Sosial xidmətin mənimsənilməs və istifadəsi ilə bağlı münasibətlərin 
fərqli cəhəti ondan ibarətdir ki, subyektlərdən biri (insan, ailə) xidmət 
almaq üçün qanuni hüquqa malikdir, dövlət orqanı isə (və ya idarəsi) bu 
xidməti göstərməyə borcludur. Birtərəfli qaydada və ya tərəflərin razılığı 
ilə münasibətlər dəyişdirilə bilməz. 
Sosial xidmət – dövlət tərəfindən zəmanət verilən və vəzli-
ekvivalentsiz və ekvivalent formada göstərilən sosial-fərdi və kollektiv 
tələbatların mənimsənilməsi və ödənilməsində yardımla əlaqədar 
öhdəliklərdən irəli gələn ictimai nemətdir. 


79 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə