Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə28/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   24   25   26   27   28   29   30   31   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

XİDMƏTLƏR 
Maddi 
Qeyri-maddi 
-təhsil 
-tibb 
-mədəniyyət 
-mənəvi inkişaf 
-sosial müdafiə 
-rabitə 
-nəqliyyat 
-ticarət 
-məişət xidməti 
-texniki təchizat
 
Sosial 
İctimai 
Kollektiv 
şəxslər qrupu 
Şəxsi (fərdi)
-səhiyyə; -mədəniyyət; -idarəetmə; -sosial təminat; -təhsil; -
incəsənət; -daxili və xarici; -sosial yardım təhlükəsizlik; -sosial 
sığorta 


80 
Xidmətlərin quruluşunda sosial xidmətlərin yeri 
―Sosial müdafiə‖ anlayışı əksər hallarda ―sosial dəstək‖ anlayışı ilə, 
―güzəşt‖ və ―zəmanət‖ anlayışları isə - ―sosial dəstək tədbirləri‖ anlayışı 
ilə əvəz edilir. 
Dar mənada sosial müdafiəni vətəndaşların sosial hüquqlarına riayət 
edilməsini və sosial cəhətdən məqbul bir həyat səviyyəsini təmin edən 
qanunvericiliklə möhkəmləndirilmiş iqtisadi və hüquqi zəmanətlərin 
məcmusu kimi başa düşülür. 
V.S.Andreyev sosial təminatı vətəndaşların qocalıqda və əmək 
qabiliyyətinin itirilməsi zamanı təminatı, uşaqların təminatı, tibbi xidmət 
və vətəndaşların müalicəsi üzrə dövlət tərəfindən keçirilən və ya 
dəstəklənən müəyyən sosial-iqtisadi tədbirlərin məcmusu adlandırırdı. 
Bu tərifin əsasında aşağıdakı əlamətlər dayanır: 

Həyat təminatının səviyyəsinin saxlanılması və müəyyən 
səviyyəyə çatdırılmasına yönəldilmiş sosial müdafiə mexanizminin 
zəruriliyini tələb edən obyektiv əsaslar; 

Xüsusi fondlar, sosial təminat mənbələri; 

Mövcud olma üçün hüquqların verilməsinin xüsusi üsulları; 

Sosial və hüquqi normalarda sosial təminatın göstərilməsi 
qaydalarının möhkəmləndirilməsi. 
Sosial 
təminat 
– büdcədənkənar sosial sığorta fondlarının 
bölüşdürülməsi və əmək haqqının və ya əmək gəlirinin itirilməsi 
hallarında fiziki şəxslərin tələbatlarının ödənilməsi, uşaqların tərbiyəsi 
və saxlanması, qayğıya ehtiyacı olan digər ailə üzvlərinə, obyektiv sosial 
səbəblərdən yaşayış minimumu həcmində vəsaitlərin çatışmazlığına 
dəstək göstərilməsi, o cümlədən tibbi yardımın və sosial xidmətin 
göstərilməsi üzrə əlavə xərclərin ödənilməsi məqsədi ilə dövlət 


81 
büdcəsinin bir hissəsinin təkrar bölüşdürülməsi ilə bağlı ictimai 
münasibətlərin məcmusudur. 
Tələbatların ödənilməsi aşağıdakıların köməyi ilə həyata keçirilə bilər: 

Ekvivalentsiz, lakin normalaşdırılmış əsaslarla, yaxud əmək 
fəaliyyətindən və ödənişlərin edilməsindən asılı olmayaraq havayı 
(aliment şəklində) pul vəsaitlərinin (pensiya, müavinətlə, 
kompensasiyalar) təyin edilməsi. 

İstehlakçı üçün MTS proqramı üzrə pulsuz tibbi xidmətlərin 
göstərilməsi; 

Minimum dövlət standartları çərçivəsində istehlakçılara pulsuz 
sosial xidmətlərin və bunlardan əlavə güzəştli tariflərin 
göstərilməsi. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə