Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 5. Sosial işə əsas elmi yanaşmalar



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə36/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   32   33   34   35   36   37   38   39   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Mövzu 5. Sosial işə əsas elmi yanaşmalar 
5.1. Bir elm kimi sosial işin tədqiqat predmeti 
5.2. Fərdi yanaşma ideologiyası 
5.3. Sosial işin fərdi metodlarına psixoloji biliklərin daxil olması 
5.4. Bihevioral və koqnitiv-bihevioral prosedurların səmərəliliyi 
5.5. Sosial işdə koqnitiv yanaşma 
5.1. Bir elm kimi sosial işin tədqiqat predmeti 
Elm-reallığın hər hansı bir sahəsi haqda biliklərin müəyyən 
sistemidir. Bütün elmlər təbiət, ictimai və texniki elmlərə bölünür. Sosial 
iş elmi biliyin bir sahəsi kimi özündə həm ictimai, həm də təbiət 
elmlərinin xüsusiyyətlərini daşıyır. Sosial işdə tədqiqatın statistik və 
riyazi metodları geniş istifadə olunur. Sosial işin elmi statusunun təyin 
olunması məsələsində bir çox yanaşmalar mövcuddur. Onlardan biri bu 
elmi sosial inkişaf sahəsini öyrənməyə yönələn tətbiqi fənn kimi qəbul 
edir. Digəri bu elmin insanın həyati güclərinin qorunub saxlanmasına 
aidiyyatı olan problemləri (tibbi xidmət, təhsil, işlə təminat, pensiya 
təminatı, aztəminatlı ailələrə yardım) əhatə etdiyini vurğulayır. 
Bir elm kimi sosial işin öz tədqiqat predmeti və obyekti, spesifik 
problematikası vardır. O, müştərinin müxtəlif bioloji və sosial amillərin 
təsiri nəticəsində yaranan problemlərinin həlli məqsədi ilə sosial 
münasibətləri, sosial qarşılıqlı təsir proseslərini tədqiq edir. Sosial işin 
bir nəzəriyyə kimi fərqli cəhəti ondan ibarətdir ki, sosial iş daha çox 
tətbiqi xarakter daşıyır. Sosial işin bir elm kimi predmeti şəxsiyyətin, 
sosial qrupun və ya icmanın həyat fəaliyyətinə aidiyyatı olan sosial 
prosesləri və hadisələri əhatə edir. Sosial işin subyektlərinə aşağıdakları 
aid etmək olar: 
1.
Sosial yardım göstərən sosial işçilər və sosial pedaqoqlar; 
2.
Digərlərinə sosial işi öyrədən professor-müəllim heyəti; 
3.
Sosial işin inkişafını və vəziyyətini qeyd edən tədqiqatçılar; 
4.
Ölkədə sosial siyasəti formalaşdıran və həyata keçirən idarəetmə 
kadrları. 


105 
Sosial işin təşəkkülünün elmi mərhələsi, onun təkamülünün bir çox 
faktorları ilə, ilk növbədə, 
XX əsrin əvvəlləri üçün əksər ölkələrdə 
keyfiyyətcə dəyişmiş ictimai münasibətlər və əlaqələr sistemi ilə bağlı 
idi. Bəs sosial kömək paradiqmasının dəyişməsinə səbəb olan, bu 
keyfiyyət dəyişiklikləri nədən ibarət idi? Bunları aşağıdakı qaydada 
təqdim edək: 

Ümumi yaşayış normaları və prinsipləri ilə bağlı olan bütöv 
toplumun parçalanması; 

Urbanizasiya və sənayeləşmə; 

İnsanın cəlb olunduğu sosial əlaqələr sisteminin genişlənməsi və 
sayının artması. 
Qeyd olunanlar, sosial işin təkamülünə nəzərə çarpacaq dərəcədə 
təsir göstərmiş tarixi səbəblərdir.
XX əsrin əvvəlləri üçün, sosial iş nəzəriyyə və praktikasının 
formalaşmasına, onun təkamülünə mühüm təsir göstərən faktorlar 
sırasından aşağıdakıları qeyd edirlər: 
1.
Makro 
2.
Mezo 
3.
Mikro 
Təkamülün makrofaktoruna bunlar aiddir: 

əsrin əvvəllərində baş vermiş sənaye inqilabı; 

insan hüquqları və onların müdafiəsi sahəsində sosial 
siyasətin dəyişməsi; 

xəstələr və qocalar üçün sosial sığorta sisteminin təşkili. 
Təkamülün mezofaktorlarına bunlar aiddir: 

müştəriyə maddi köməkdən, onun öz problemlərini müstəqil 
surətdə həll edə bilməsi qabiliyyətinə doğru dəyişdirilməsi – 
müştərilərin təlimi; 

sosial işçilərin praktiki maraqlarının dəyişməsi, sinfi 
maraqlardan, müştərinin şəxsiyyəti və onun maraqları 
istiqamətinə keçid. 
Təkamülün mikrofaktorlarına bunlar aiddir: 


106 

Sosial işçilərin diqqətinin ―hadisələrlə iş‖ üzərində 
cəmləşdirilməsi; 

Praktikada, hadisənin öyrənilməsi ilə bağlı psixoanalitik 
üsulların tətbiqinin əsaslandırılması; 

Fərdi iş metodlarının və texnikalarının formalaşması, yaxud 
sosial işçinin fəaliyyətinin, müştərinin istək və arzuları 
əsasında qurulması. 
Sosial işin nəzəri dərk edilməsi ilə əlaqəli ilkin addımlar, dünyanın 
bir çox ölkələrində feministlər – Almaniyada Alisa Solomon, Fransada 
Mariya Qaxeri, İngiltərədə Yelizaveta Fray, ABŞ-da Ceyn Adams 
tərəfindən atılmışdır. 
Sosial işin elmi surətdə öyrənilməsinin yüksəliş dövrü kimi 
XIX 
əsrin II yarısı XX əsrin əvvəllərini, xüsusilə də 1915-1919-cu illəri və 
həmin illərdə Meri Riçmondun müəlliflyi ilə çıxan ―Elmi sosial iş‖ 
əsərini qeyd etmək olar. Məhz Meri Riçmond ilk dəfə olaraq, sosial 
işçilər tərəfindən aparılan sosial işin keyfiyyətinin qiymətləndirilməsi 
məqsədi ilə geniş sxemlər toplusu təklif etmiş, sosial problemlərin 
diaqnozlaşdırılması yollarını göstərmişdir. 
Onun baxışları tibbi üsulların, eləcə də psixologiyanın biheviorist 
məktəbinin və Z.Freydin psixoanalizi əsasında formalaşmışdır. Sosial 
işin nəzəriyyəsi sahəsində Meri Riçmondun ilk kitabı ―Kasıblarla 
dostcasına görüş: xeyriyyə təşkilatlarında işləyənlər üçün təlimat‖ 
adlanırdı. Ehtiyacı olanlara kömək və dəstək, bir subyektin digərinə 
qarşı nümayiş etdirdiyi dostluq aksiyası kimi nəzərdən keçirilir. Lakin 
təsir, təkcə ehtiyacı olan insana doğru yönəlməklə qalmayıb, həmçinin, 
kasıbçılıq və dilənçilik şəraitində yaşayan insanlara qarşı mənfi 
münasibət bəsləyən sosial mühitin dəyişdirilməsini də əhatə etməlidir.

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə