Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işdə funksional üsulun tətbiqinin özünəməxsusluğu



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə33/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   29   30   31   32   33   34   35   36   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

4.3. Sosial işdə funksional üsulun tətbiqinin özünəməxsusluğu. 
Sosial işdə funksional üsulun tətbiqinin özünəməxsusluğu 
Dyürkheymin, B.Malinovskinin, A.Radkliff-Braunun və b. əsərlərində 
öz əksini tapmışdır. Onların fikrincə, funksionalizm, bunun və ya onun 
mənası axtarışına son qoymağa şərait yaradır, yəni, mühüm olan ictimai 
hadisələrin 
sosial 
strukturun 
elementlərinin 
funksiyalarının 
müəyyənləşdirilməsidir.
Bu baxışları nəzərdən keçirən R.Merton, XX əsrin ortalarında 
sosial hadisə və proseslərin funksional analizində 3 mühüm postulatı 
ayırmışdır: 
1.
Cəmiyyətin funksional vəhdəti postulatı (yəni onun fəaliyyət 
göstərən bütün hissələrinin uzlaşdırılması);
 
2.
Universal funksionalizm vəhdəti postulatı (bütün ictimai hadisələr 
funksionaldırlar);
 
3.
Hadisələrin funksiyalarının və onların qarşılıqlı əlaqələrinin 
zəruriliyi postulatı.
 
Sonuncu postulat sosioloqlar tərəfindən tez-tez tənqidə məruz 
qalırdı. Çünki cəmiyyətin bütün elementlərinin, ictimai həyatın bütün 
hadisələrinin funksiyalarının zəruriliyi axıra qədər açıqlanmırdı. Heç 
təsadüfi deyildir ki, bununla əlaqədar R.Merton həmin fikirləri 


95 
yenidən əsaslandırmağa çalışmış və qeyd etmişdir ki, o bütövlükdə 
―cəmiyyətin mahiyyəti nədir?‖ sualına cavab vermir və funksional 
zəruri, faydalı anlayışları eyniləşdirmir. Belə olsaydı nəzəriyyə və 
praktikanın uzlaşdırılmasını məhdudlaşdırmış olardı. 
Mertona görə, funksionalizmin başlıca postulatı bunlardan 
ibarətdir: bu sosial hadisə müxtəlif funksiyalara malik ola bilər və 
eyni funksiya cəmiyyətin müxtəlif elementləri, sosial həyatın müxtəlif 
hadisələri tərəfindən yerinə yetirilə bilər.
Bu zaman funksional nəticə ictimai münasibətlər sisteminin, eləcə 
də cəmiyyətin davamlılığının yüksəlməsinə, onun adaptasiyalılığının 
artmasına şərait yaradır. Mənfi məzmunda belə nəticələr sosial 
orqanizmin davamlılığını zəiflədə bilər. Bu halda söhbət 
disfunksiyadan gedir. Bundan başqa R.Merton aşkar və gizli, şüurlu 
və 
şüursuz funksiyaları, həmçinin hadisə və strukturların 
polifunksiyalarını və monofunksiyalarını seçib ayırır. Bütün bunlar 
funkionalizmi, sosiologiyanın müstəqil sahəsi olan struktur-
funksional analizə daha da yaxınlaşdırdı. 
Tədqiqat nöqteyi-nəzərindən funksionalizm, sosial iş üçün səmərəli 
olmaqla, onun metodoloji əsaslarını zənginləşdirir, nəzəri və tətbiqi 
sahələri üçün ümdə əhəmiyyət kəsb edir. Məsələn, sosial iş 
təsisatlarını və sosial işçilər funksiyalarını nəzərdən keçirərkən, 
tədqiqatçı, funksionalizm ideyalarına əsaslanmaqla, onların rollarını, 
funksional vəzifələrini və həmin vəzifələrin konkret şəraitlərdə 
gerçəkləşdirilə bilmək qabiliyyət və imkanlarını sistemləşdirə bilər. 
Sosial işdə həmçinin funksionalizmin aşkar və gizli, şüurlu və şüursuz 
funksiyaları ilə əlaqədar müddəalar da xüsusi əhəmiyyət kəsb edir. 
Eyni zamanda müxtəlif sosial sistemlərin bütövlüyü, davamlılığı və 
disfunksiyalar ilə əlaqədar müddəaları da unutmaq olmaz. 
Müvafiq problemlər öz nəzəri-konseptual davamını sosiologiyanın 
struktur-funksional analizində də tapır. 
Struktur-funksional üsul, ictimai həyatı, insanların çoxsaylı 
qarşılıqlı əlaqəsi, onların sonsuz təması kim anlamağı nəzərdə tutur. 
Bu əlaqələrin təhlili zamanı təkcə, həmin əlaqələrin baş verdiyi 
sistemə istinad qənaətbəxş deyildir. Bundan başqa, sistemin özündə 


96 
davamlı elementləri tapmaq, struktur kimi nəzərdən keçiriləcək 
əlaqənin nisbətən sabit aspektlərini müəyyənləşdirmək lazımdır. Bu 
strukturun rolları adətən funksiyalar kimi də xarakterizə olunur. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə