Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə29/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   25   26   27   28   29   30   31   32   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

3.5.
 
Sosial işdə sosial müdafiə
 
Dövlət sosial müdafiə və sosial təminat sistemlərinin qarşılıqlı 
münasibətlərinə gəldikdə isə, ikinciyə birincinin tərkib hissəsi kimi 
baxmaq lazımdır. Sosial təminatdan başqa sosial müdafiə əməyin, 
sağlamlığın və ətraf mühitin mühafizəsi, minimal əmk haqqı və insanın 
normal həyat şəraiti və dövlətin normal fəaliyyəti üçün lazım olan digər 
tədbirlər üzrə zəmanətləri özündə birləşdirir. 
Sosial siyasətə bir neçə komponenti, blokları özündə birləşdirən və 
iqtisadi artıma müxtəif cür təsir göstərən mürəkkəb struktura təşkil kimi 
baxdıqda, bazar xarakterini qeyd etmək olar. Əgər ona bölüşdürülmə 
uyğun gəlirsə, onda burada ―əmək üzrə‖ prinsipi işləyir: nə qədər çox 
qoysan, o qədər çox alacaqsan. Bir qayda olaraq, bazar modeli bu 
formada adətən əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi modeli 
ilə tamamlanır və üç istiqamətdə təkrar bölgü prosesinə ehtiyac yaranır: 
1.
Sosial dəstək bloku 
2.
Sosial təminat – zəmanət bloku – bu sosial xidmətlərin 
göstərilməsidir (səhiyyə, təhsil, mədəniyyət və s.).
3.
Sosial siyasətin bazar modeli ilə sosial yardım və sosial zəmanət 
blokları arasında sərhəddə yerləşən sosial sığorta bloku. 


82 
Dövlət sosial risklərdən əhalinin müdafiəsi üçün aşağıdakı 
formalardan istifadə edir:

Sosial dövlət dəstəyi; 

Federal büdcədən birbaşa ayrılmalar hesabına sosial təminat; 

Məcburi dövlət sosial sığortası. 
Sosial təminatda konstitusiya hüquqlarının həyata keçirilməsi 
aşağıdakı əlamətlər üzrə fərqləndirilən müxtəlif formalarda təşkil oluna 
bilər: təmin olunanlar dairəsi; müvafiq tədbirlərin maliyyələşdirilməsi 
üçün fondların mənbəyi və formalaşdırılma üsulları; təminat növləri; 
təminatın şərtləri və miqdarı; təminat verən orqanlar. 
Dövlət sosial sığortasının mahiyyəti sosial riskin işəgötürənlər, 
muzdlu işçilər və məcburi sosial sığorta olunan digər məsul şəxslər, 
həmçinin dövlət arasında ayrılmasından ibarətdir. 
Sosial sığortanın əsasında ―sosial risk‖ kimi anlayış dayanır. 
İnkişaf etmiş bazar münasibətləri şəraitində əhalinin əksər hissəsinin 
gəlirləri işçilər tərəfindən əmək haqqının mütəmadi alınmasından 
asılıdır. 
Sosial risklər (yəni sosial vəziyyətin pozulması faktları) əhali, ayrı-
ayrı zəhmətkeş qruplar üçün təhlükənin artma dərəcəsi üzrə təsnif oluna 
bilərlər. Onlar sosial müdafiə üsullarının, təhlükənin aradan qaldırılması 
üzrə daha effektiv mexanizmlərin hazırlanması üçün vacibdir. Bu isə öz 
növbəsində aşağıdakıların təmin edilməsini tələb edir: uçot, elmi təhlil 
və sosual risklərin ayrı-ayrı növləri və səbəbləri haqqında 
informasiyanın sistemləşdirilməsi; milli proqramların hazırlanması yolu 
ilə sosial risklərin minimallaşdırılması və kompensasiya edilməsi, 
qarşısının alınması və xəbərdarlığın edilməsi; sosial risklərin 
kompensasiya mexanizmlərinin işlənib hazırlanması. 
―Məcburi sosial sığortanın əsasları haqqında‖ 16 iyul 1999-cu il 
tarixli Federal qanununun 3-cü maddəsində sosial risk anlayışı aşağıdakı 
formada verilib: sosil sığorta riski – baş verdiyi zaman məcburi sosial 
sığortanın həyata keçirildiyi, işləyən və digər kateqoriyadan olan 
vətəndaşların maddi və sosial vəziyyətinin dəyişməsinə gətirib çıxaran 
ehtimal olunan hadisədir.


83 
Bu tərifin dəqiqləşdirilməsinə ehtiyac duyulur. 
Birincisi, maddənin mətnində ―və ya‖ bağlayıcısının istifadə 
edilməsi onu bildirir ki, məcburi sosial sığortanın obyekti müəyyən 
vətəndaş kateqoriyalarının nəinki maddi, həm də sosial vəziyyətinin 
dəyişməsidir. Lakin işləyən şəxslərin sosial vəziyyəti ondan ibarətdir ki, 
onlar muzdlu işçilərədir. 
Yalnız işsizlik, əlillik, qocalıq və digər sosial məna ifadə edən 
şəraitlə bağlı yaranan maddi vəziyyətin dəyişilməsinin nəticələrini 
minimma endirmək olar. 
İkincisi, maddənin mətnindən sosial risk deyildikdə nəyin nəzərdə 
tutulduğu aydın deyil. 
Ehtimal nəzəriyyəsinə əsasən sosial risk – gözlənilən təhlükənin 
yalnız dərəcəsi, kəmiyyəti, onun ehtimalıdır.
Risk kütləvi, ictimai, yəni sosial xarakter daşıyır: əsasən sosial 
şəraitlə müəyyən edilir və ayrı-ayrı insanlardan asılı deyil. Əmək 
haqqının itirilməsi əməyə tələbatın aşağı düşməsi və ya işçi tərəfindən 
əmək qabiliyyətinin itirilməsi səbəbindən baş verə bilər. Əmək 
qabiliyyətinin olmaması səbəbi xəstəlik, bədbəxt hadisə, qocalıq, əlillik 
və nəhayət işçinin ölümü ola bilər. Bunlar sosial riskin növlərini təşkil 
edirlər ki, bunu da sığorta institutu azaltmalıdır.
Beləliklə, işsizlik səviyyəsini ehtiyatsız peşə seçimi və ya işçinin 
peşəkarlıq dərəcəsinin kifayət etməməsi, işəgötürənlərin şəxsində 
istehsalatın inkişaf strategiyasının düzgün olmaması, dövlətin iqtisadi
və sosial siyasətinin çatışmazlıqları ilə əlaqələndirirlər. 
Məlum fəlakət riski qabaqcadan nəzərə alınır və bu risklə bağlı 
maddi yük təşkilatın bütün iştirakçıları arasında qabaqcadan 
bölüşdürülür. Riski, məlum mənfi hadisənin nəzərdə tutulması imkanı 
kimi müəyyən edilir. Yalnız bu halda əsas əlamətləri aşağıdakılar olan 
sığorta haqqında danışmaq mümkündür: 
-Riskin qabaqcadan müəyyən edilməsi və qeydiyyatı; 
-Fərdi riskə görə kollektivdə maddi məsuliyyət və mütəşəkkillik.


84 
Sosial sığortanın vacib əlaməti onun yayılması sferasındakı 
fəaliyyət dairəsidir: 

Ölkənin müəyyən hissəsində hər hansı əhali qrupuna şamil 
edilən yerli və xüsusi sığorta; 

Ölkənin bütün ərazisini əhat edən və böyük əhali kütləsinə 
şamil edilən ümumi sığorta; 

Saziş əsasında bir neçə ölkənin ərazisinə və əhalisinə şamil 
edilən beynəlxalq sığorta.
Sosial sığorta sistemi aşağıdakı formada təsnif edilə bilər: 
1.
Sosial risklərin növlərinə görə: xəstəliyə görə; istehsalatda 
bədbəxt hadisələrdən; əlilliyə görə; qocalığa görə; hamiləlik və 
analığa görə; ölüm hadisəsinə görə; işsizliyə görə. 
2.
Xarakterinə görə: könüllü, məcburi. 
3.
Daxili quruluşuna görə: dövlət, bələdiyyə (yerli v regional), 
peşə (peşəkar sahə amiləri), beynəlxalq. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə