Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 4. Sosial iş nəzəriyyəsinin metodoloji əsasları



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə31/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   27   28   29   30   31   32   33   34   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Mövzu 4. Sosial iş nəzəriyyəsinin metodoloji əsasları 
4.1. Sosial iş nəzəriyyəsi ilə bağlı müxtəliffikirlilik. 
4.2. Sosial işdə pozitiv üsulların rolu. 
4.3. Sosial işdə funksional üsulun tətbiqinin özünəməxsusluğu. 
4.4. Struktur funksionalizmi. 
4.5. Sosial işlə sosiologiyanın qarşılıqlı əlaqəsi. 
4.1. Sosial iş nəzəriyyəsi ilə bağlı müxtəliffikirlilik. 
Demək olar ki, bütün nəzəriyyəçi sosioloqlar sosial dinamika 
problemlərinə diqqət verirlər. Bununla belə, bir çox sosial böhranlar 
gözlənilməz olaraq baş verirlər və bundan başqa mövcud olan 
nəzəriyyələrin çərçivəsində baş verən dəyişiklikləri ağıllı şəkildə izah 
edən bir şey tapmaq olmur. Son illərin dramatik hadisələri sosial 
dinamikanın mövcud konsepsiya və kateqoriyalarını yenidən gözdən 
keçirilməsini zəruri etmiş oldu. Amerikan sosioloqu M.Xallinen öz 
kolleqalarına yazdığı müraciətnaməsində qeyd edir ki, dəyişikliklər 
tempinin sürətlənməsi, qloballaşma, müasir dünyada baş verən 
proseslərin qarşılıqlı bağlılıqlarının artması sosial dinamikanın 
öyrənilməsini sosiologiya nəzəriyyəsinin ən aktual probleminə çevirmiş 
olur. Onun fikrinə görə, sosial elmlər tarixində sanki bir növ sikllər 
mövcuddur. Əvvəlcə sosial dinamikanın qlobal nəzəriyyələri formalaşır 
ki, onlarda proseslər abstrakt səviyyədə analiz olunur. Sonra qlobal 
nəzəriyyə bazasında konkret proseslərin daha müfəssəl şəkildə 
öyrənilməsi üçün nəzərdə tutulmuş bir sıra spesifik, lokal nəzəriyyələr 
yaradılır. Nəhayət də sonda lokal nəzəriyyələrin praktiki istifadə 
təcrübəsinin analizi və ümumiləşdirilməsi yeni qlobal nəzəriyyənin 
yaradılması zəruriyyətini yaratmış olur. Göstərilən sxem tədricən 
getdikcə daha mükəmməl olan sosial dinamika nəzəriyyəsinə 
yüksəlməyi nəzərdə tutur, bu isə təəssüf ki, elmi həyatın reallıqlarına 
tam uyğun gəlmir. Amma, konkret sosial prosesin modelləşdirilməsinin 
hər bir halında hər şeyi ağ vərəqdən başlamaq olmaz, hər şeydə 
toplanmış biliklərə əsaslanmaq lazımdır. Zəruri bilikləri əldə etmək üçün 
ən yaxşı mənbə P.A.Sorokinin ―Sosial-mədəni dinamika‖ adlı 


88 
ensiklopedik əsəridir, ondan yaxşısı hələ yazılmamışdır. Qərbdə 
Sorokinin fundamental əsəri o qədər də populyar deyildir. Oxucunu 
yəqin ki, əsərin həcmi (hərəsi 700 səhifədən ibarət dörd cild), həm də 
yüksək səviyyəsi (yada salaq ki, dördcildlik əsər üzərində qərb 
oxuclarına az tanış olan rus emiqrasiyasının ən qabaqcııl hissəsi iştirak 
etmişdir) qorxudur. Adama elə gəlir ki, eyni səbəblər üzündən bu 
fundamental əsər bu vaxta qədər rus dilinə tərcümə olunmamışdır. 
XX 
əsrin sonunda rus sosiologiyasında ən əlamətdar hadisələrdən biri 
P.Sorokinin bir cildli əsərinin rus dilinə tərcümə edilərkən nəşr edilməsi 
olmuşdur. Sorokinin nəticələrinə əsaslanan şagirdi V.Mur 1963-cü ildə 
sosial dinamika üzrə ən yaxşı dərsliklərindən birini nəşr etdirdi. 
Sorokinin şagirdi materialı çox yığcam, amma başa düşülən şəkildə cəmi 
117 səhifədə şərh edə bildi. S.Vaqonun yeni nəsil dərsliyi bir çox 
cəhətdən Murun kitabının geniş versiyası hesab oluna bilər (Sorokin 
burada qətiyyən yada salınmır). P.Stompkinin 1996-cı ildə rus dilində 
nəşr olunmuş ―Sosial dəyişikliklərin sosiologiyası‖ dərsliyində nəzəri 
yanaşmaların kifayət qədər dolğun siyahısı verilmişdir ki, bu da kitabın 
müəllifini məsələnin tarixini ətraflı şəkildə təsvir etmək zərurətindən 
azad etmişdir. Statistik halda olan sosial obyekti öyrənərkən onun 
müşahidə olunan xarakteristikaları – həm keyfiyyət, həm də kəmiyyət – 
çox da böyük olmayan müəyyən vaxt ərzində demək olar ki, dəyişmir 
(daha dəqiq desək baş verən dəyişiklikləri nəzərə almamaq da olar). 
Formal olaraq demək olar ki, statik nəzəriyyələrdə zaman yoxdur. 
.Dinamik nəzəriyyələrdə zaman açıq-aşkar iştirak edir. Tədqiqatçının 
kəmiyyət və keyfiyyətcə dəyişənlərin zaman daxilində dəyişməsi, o 
cümlədən müşahidə dövründə dəyişməyən sabit parametrlər də 
maraqlandırır. Obyektin dinamikasının təsviri proses anlayışından 
istifadəni nəzərdə tutur. Sosial-mədəni prosesin P.A.Sorokinə aid olan 
klassik tərəfini misal gətirək: - Proses dedikdə istənilən hərəkət növü, 
modifikasiya, transformasiya, növbə ilə bir-birini əvəz etmə və ya -
təkamül, qısaca desək öyrənilən obyektin müəyyən vaxt ərzində 
istənilən dəyişikliyi – istər fəzada onun yerini dəyişməs və ya onun 
kəmiyyət və keyfiyyət xarakteristikalarının modifikasiyası nəzərdə 
tutulur. Sosial dəyişikliklər dedikdə müşahidə olunan sosial obyektin 
xarakteristikasının hər hansı cür dəyişməsi kimi başa düşəcəyik. S.Vaqo 


89 
tərəfindən təşkil olunmuş sosial dəyişikliklərin kifayət qədər rahat 
tipologiyası verilmişdir. Verilmiş tipologiya əlbəttə ki, tam deyildir. 
Təkamül nəzəriyyələri üçün cəmiyyətin son üç min və ya on 
minlərlə il ərzində inkişafının universal prinsip və mexanizmlərinin 
axtarışı xarakterikdir. Fərz olunur ki, cəmiyyət bioloji orqanizmlər ilə 
analoji olaraq inkişaf edir, bu zaman hansı isə vacib göstəricilər 
durmadan artırlar. Nəzəriyyəçilər sübut edirlər ki, təkamül prosesi də 
daim artır: mürəkkəblik və differensasiya; uyğunlaşma və müxtəliflik; 
rasionallıq və azadlıq; urbanizasiya və bürokratizasiya. Klassik təkamül 
prosesində inkişafın öz məntiqi vardır, hansı ki, təkamülün tədrici, 
aramsız və yüksələn, kumulyativ və dönməz xarakterini müəyyən edir. 
Təkamül modellərinə biz dəfələrlə qayıdacayıq, elə buradaca oxucunun 
diqqətini təkamül nəzəriyyəsinin mükəmməlləşdirilməsi istiqamətində 
iki perspektivli istiqamətə yönəldək. Universal inkişaf nümunəsinə 
riayət etməkdən imtina çoxşaxəli təkamül konsepsiyasına həyat verdi. 
Amerikan 
antropoloqu 
C.Styuart 
hesab 
edirdi 
ki, 
müxtəlif 
mədəniyyətlərdə və mədəni sahələrdə inkişaf prosesləri spesifik 
mexanizmlərin hərəkətinə tabedir. Buna görə də təkamül dəyişiklikləri 
çoxplanlı və çoxşaxəlidir. Styuartın fikrinə görə sosial-mədəni 
proseslərin inkişafında paralellərin aşkara çıxarılması çoxşaxəli 
təkamülün əsas predmetidir. Tınyanov ədəbi janrın liderliyi, populyarlığı 
problemini nəzərdən keçirərək qeyd edirdi ki, təkamül prosesləri planlı 
deyil, sıçrayışlar şəklində axıb gedir. Hər hansı bir janrın süqut etdiyi 
dövrdə, həmin janr mərkəzdən ədəbi prosesin periferiyasına keçir, onun 
yerinə isə ədəbiyyatın dibindən mərkəzə yeni bir hadisə üzüb gəlir. 
Təkamül prosesinin analoji sxemini Tokio universitetinin professoru 
Y.Murakami, S.Kumon və S.Soto modernləşdirmənin yapon modelinin 
xüsusiyyətlərini analiz edərək işləyib hazırlayıblar. Yapon alimlərinin 
rəyinə görə modernləşdirmənin müasir nəzəriyyələri tarixi prosesin 
çoxşaxəli xarakterli olmasının qəbuluna əsaslanmalıdır, belə ki, ictimai 
inkişafın hər bir yeni pilləsində aparıcı rolunu əvvəlki mərhələdə - 
periferiyalı rolunda olan təkamül xəttlərindən biri ola bilər. Təkamül 
nəzəriyyələrində son dövrə qədər adaptasiya və təbii seçmə proseslərinə 
əsaslanan tədrici, aramsız inkişaf ideyası üstünlük təşkil edirdi. Amma, 
son illər – fasiləli müvazinət konsepsiyası getdikcə çox populyarlaşır. 
Fasiləli müvazinət nəzəriyyəsi ilk dəfə olaraq bioloqlar N.Eldrec və 


90 
S.Hould tərəfindən 1972-ci ildə formalaşdırılmışdır. Onların rəyinə görə 
bioloji, makrotəkamül dəyişiklikləri partlayış xarakter daşıyır. Uzun 
sürən sabitlik (durğunluq) dövrləri qısamüddətli sürətli dəyişikliklərlə 
əvəz olunur, bu dəyişikliklər prosesində yeni bioloji növlərin yaranması 
baş verir. P.Kun tərəfindən hazırlanmış – normal elmin mərhələlərinin 
bir-birini əvəz etməsi və yeni elmi paradiqmaya inqilabi keçid modeli 
yuxarıda adı gedən sxemə uyğun gəlir. Yeri gəlmişkən, - fasiləli 
müvazinət nəzəriyyəsinin özünü yeni təkamül paradiqması adlandırırlar. 
Bu ideyaları sosial-mədəni, təşkilati və iqtisadi dəyişiklilərə tətbiq 
edərkən daha da inkişaf etdirən işlərin sayı getdikcə çoxalır.
Sosial proseslərin izah edilməsi. Sosiologiyada ən əlamətdar 
hadisələrdən biri 1998-ci ildə-sosial mexanizmlər. 
Sosioloji nəzəriyyəyə analitik yanaşma məqalələr məcmuəsinin 
nəşri oldu. Məcmuənin müəllifləri (adların arasında C.Elster, 
D.Hambett, R.Budon, A.Sorensen, A.Stinckomb, R.Hedstrem və başqa 
məşhur sosioloqlar var idi) vahid bir rəyə gəldilər ki, sosiologiyanın əsas 
məsələsi sosial proseslərin gedişini generasiya və izah edən fundamental 
sosial mexanizmlərin aşkara çıxarılması və öyrənilməsidir. Sosial 
mexanizm – bu öyrənilən prosesin səbəb-nəticə modelidir. Belə 
modellər müxtəlif faktorların (dəyişənlərin, indikatorların...) qarşılıqlı 
təsirinin sosial proseslərin real gedişini kəmiyyət və keyfiyyət 
xarakteristikalarının necə generasiya etməsini göstərirlər. Müəlliflərin 
fikrinə görə səbəbiyyət-nəticə modelləri öz-özlüyündə öyrənilən 
hadisələrin tam və qəti izahını vermirlər. İş ondadır ki, sosial həyatda 
abstrakt faktorlar və dəyişənlər deyil, real insanlar hərəkət edirlər. Buna 
görə də, elan olunan səbəb-nəticə əlaqələrinin insanların inancları və 
məsləkləri ilə necə qarşılıqlı təsirdə olmasını, onların davranışını necə 
formalaşdırdığını izah etmək də zəruridir. Sosial mexanizm anlayışının 
traktovkası genişlənir və təkcə səbəbiyyət nəticə modelini deyil, həm də 
fərdlərin eləcə də fərdlər və sosial aqreqatlar arasındakı qarşılıqlı təsir 
münasibətlərinin izahını da əhatə edir. Məcmuənin müəlliflərindən biri 
T.Şellinq belə bir misal gətirir: sürücü qabaqda gedən maşına qədər olan 
məsafəni kontrol edəndə bu fərdlər arasındakı qarşılıqlı təsirdir; əgər 
sürücü öz maşınının sürətini maşın axınının orta sürətinə uyğun olaraq 
tənzimləyirsə, onda bu fərdin və sosial aqreqatın qarşılıqlı təsir 
göstərməsidir. Şellinqin rəyinə görə, sosial mexanizm öyrənilən 


91 
fenomeni təkrarlayan abstrakt modelin fərdi davranışının terminlərd 
interpretasiyasıdır. Sosial mexanizm anlayışının belə traktovkası 
metodoloji individualizmin pparadiqmasına uyğun gəlir. İqtisadi 
nəzəriyyəyə geniş bütün analiz olunan hadisələr ancaq fərdlərin 
məqsədyönlü fəaliyyətinin nəticəsi kimi izah olunur. İqtisadi 
nəzəriyyəyə geniş bütün analiz olunan hadisələr ancaq fərdlərin 
məqsədyönlü fəaliyyətinin nəticəsi kimi izah olunur. İqtisadi 
nəzəriyyədə fərd bir qayda olaraq rasional qərarlar qəbul edir – 
gözlənilən faydanı (fayda və zərər arasındakı fərqi) daha da 
maksimallaşdırır. Amma, rasional seçim modelləri heç də həmişə real 
iqtisadi proselsərə adekvat olunur. Sosial-mədəni və siyasi proseslərdə 
bu modelin məhdudlaşdırılması çox ədalətli olaraq qeyd etdiyi kimi, 
sosiologiyada rasional seçim modellərini tipik olmayan hadisə kimi 
özünə əlavə edən koqnitiv modellərdən istifadə etmək zəruridir. Onu da 
demək olar ki, müəlliflər sosial proseslərin əsil izahının sosial 
mexanizmlərin iki səviyyəli təsvirinin verdiyini iddia edirlər: 
makrosəviyyədə 
səbəb-nəticə 
modelindən 
istifadə 
olunur; 
mikrosəviyyədə isə fərdlər arasındakı, o cümlədən mikro və 
makrosəviyyələr arasındakı qarşılıqlı təsirlərinin koqnitiv modelləri 
istifadə olunur. Bunları sosial model deyil, sosial-koqnitiv mexanizm 
adlandırmaq daha yaxşıdır. Müəlliflərin əsas postulatlarına şərik olaraq 
qeyd edirik ki, onların təklif etdiyi yanaşmanın bəzi məhdudiyyətlərinin 
olması mümkündür. Əlbəttə, səbəbiyyət-nəticə modelləri elmi izahın ən 
geniş yayılmış üsuludur. Amma, sosial elmlərdə alternativ yanaşmalar – 
qaydalar sisteminin və təkamülün izahlarının analizi getdikcə daha çox 
diqqət çəkməyə başlayır. Uyğun olaraq makro və mikro yanaşmaların 
ənənəvi traktovkasının dəqiqləşdirilməsinə ehtiyac var. Sosiologiyada 
adətən hesab olunur ki, mikrosəviyyə - fərdlərin səviyyəsidir. Sosial 
sistemlərin misalında mikro və makro səviyyələrin fərqləndirilməsinin 
daha rahat traktovkasını nəzərdən keçirək. Dünya sisteminin bir tam 
kimi analizi makrosəviyyədə aparılır, bu zaman ayrı-ayrı ölkələrin 
davranışının analizi mikrosəviyyədə həyata keçirilir. Qeyd edək ki, 
Budon – koqnitivist model terminini işlədir və bu termin altında koqnitiv 
modelin və dəyərlərin analizinin birləşməsini başa düşür. Sürətli, 
katastrofik sosial dəyişikliklərə maraq son illərd kəskin şəkildə 
artmışdır. M.Hallinen qeyd edir ki, sosial sistemlərin inkişafındakı 


92 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə