Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə34/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   30   31   32   33   34   35   36   37   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
4.4. Struktur funksionalizmi. 
Struktur funsionalizmin ən məşhur nümayəndələrindən biri Alfred 
Radklif Braun hesab olunur. O Kembric universitetində sosial 
antropologiya üzrə təhsil almış, 1806-1808-ci illərdə isə çöl tədqiqat 
işləri aparmışdır.Sonrakı illərdə Avstraliya, Mərkəzi Afrika, Çinin 
cənubunda da antropoloji tədqiqatlar aparan Braun 1938-ci ildə 24 ildən 
sonra Britaniyaya dönür və Oksford universitetinin sosial antropologiya 
kafedrasına rəhbərlik edir. Eyni zamanda Britaniya antropologiya 
institutunun prezidenti seçilir. Braunun əsərlərinin sayı çoxdur.Onun 
nəzəri müddəaları əsasən ―Andaman adaları.sosial antropologiya 
sahəsində tədqiqatlar‖, ―Primitiv cəmiyyətdə struktur və funksiya‖ və 
digər əsərlərində əks olunub. O,elmi fəaliyyətdə insanların gündəlik 
davranışı,ictimai həyatı, insan mədəniyyəti kimi xüsusiyyətləri 
funsionalist və struktur müstəvidən anlamağa səy etmişdir. Braunun 
dünyagörüşünə Spenser və E. Dürkheym müəyyən təsirə 
malik olmuşlar.Onların elmi-nəzəri müddəalarından istifadə edərək 
ibtidai icma cəmiyyətinin təbii struktur təsnifatını verməyə cəhd 
etmişdir. 
A.R.Braun (1881-1955) 
Braun antropologiyanı insan həyatının bütün cəhətlərini əhatə edən bir 
elm kimi xarakterizə edirdi və onun strukturunda üç istiqamət müəyyən 
edirdi: bioloji antropologiya, arxeologiya və etnoqrafiya. 
Etnoqrafiyanı etnologiya və sosial antropologiyaya bölürdü. Onun 
təsnifatına 
görə etnologiya konkret müəyyən tarixi zaman 
aralığında mövcud 
olmuş 
ayrı-ayrı 
xalqların,onların 
daxili 
inkişafını,mədəni əlaqələrinin öyrənilməsilə məşğul olan elm sahəsidir. 
Etnologiyanın əsas metodu tarixin rekonstruksiya metodudur.Braun 
qeyd edirdi ki,etnologiya bilavasitə yazılı mənbələrin məlumatlarına və 
çöl tədqiqatlarından olan məlumatlara əsaslanır. 


97 
İnsan mədəniyyətinin öyrənilməsində sosial antropologiya tamam 
başqa bir istiqamət əhatə edir.Onun vəzifəsi ayrı-ayrı mədəniyyətlərin 
rekonstruksiyası 
deyil, 
ictimai-mədəni 
inkşafın 
ümumi 
qanunauyğunluqlarının aşkar edilməsindən ibarətdir.Bu elmin əsas 
metodu isə induksiya metodudur. Braun göstərir ki, bu mədəniyyətin 
əsas xüsusiyyəti mədəni gerçəkliklərin ümumiləşdirilmiş formada 
analizi və tədqiqindən ibarətdir. Beləliklə sosial antropologiya insan 
mədəniyyətinin inkşafının ümumi qanunlarınını tədqiq edən elm kimi 
çıxış edir. Braun son tədqiqatlarda induktiv metod anlayışını müqayisəli 
metod anlayışı ilə əvəz edir.Molinovskidən fərqli olaraq Braun 
mədəniyyətin tarixi inkişaf qanunauyğunluqlarının tədqiqinin qeyri-
mümkünlüyünü qəbul etmirdi.Braun belə hesab edirdi ki, ictimai həyat 
sahəsində də mövcud olan gerçəkliklərin müxtəlif təbii sistemlər 
şəklində düzmək mümkündür. Təbiətdə belə şəkildə atom molekul çıxış 
etdiyi kimi,ictimai həyatda insan qrupları,cəmiyyət çıxış edir. Brauna 
görə, 
ictimai 
sistemlərin 
elementləri 
kimi insanların fərdi 
xüsusiyyətləri,davranış mexanizmləri və bunların arasında mövcud olan 
ictimai əlaqələr çıxış edir. İctimai sistemin özü,sosial strukturu,ictimai 
ənənələrin ümumi məcmusu, ictimai ayin və ənənələrlə bağlı olan xüsusi 
hislər, duyğular olmaqla üç tərkib hissələrindən ibarətdir. 
Özünün erkən əsərlərində Braun əsasən mədəniyyət anlayışından 
istifadə edirdisə, artıq 30-cu illərdən etibarən sonrakı əsərlərində başlıca 
olaraq sosial struktur anlayışından geniş istifadə edib.Məhz bu dövrdən 
sonra onun tədqiqatlarının əsas obyekti kimi müxtəlif mədəniyyətlərin 
siyasi təşkili,qohumluq sistemlərinin xüsusisyyətləri və onların ictimai 
sistemlərdə rolu,ictimai inanc formalarının strukturunun funksional 
təzahürü kimi problemlər təşkil edir. Braun çox zaman hətta 
Molinovskini də struktualist adlandırırdı.O, ictimai sistemin strukturu 
kimi 
burada 
mövcud 
olan 
ictimai 
münasibətlərin 
çox 
mürəkkəb məcmusunu nəzərdə tuturdu.Bu münasibətlər real gözə 
dəyməsə də insan cəmiyyətinin bir sistem kimi mövcudluğunu onlarla 
bağlıdır. Braun hesab edir ki,hər bir insan cəmiyyəti özünün ictimai 
münasibətlər sisteminin mədəni modelini hazırlayır.Məhz bu modelin 
əsasında sosializasiya prosesində müxtəlif insanların davranışları 
müəyyən olunur.Onların 
cəmiyyətdə ictimai rolları hazırlanır. 
Cəmiyyətin ictimai münasibətlər sistemində onlar öz yerlərini tapırlar. 


98 
O, ritual, ayin, adət kimi anlayışları da, mövcud olan antropoloji 
gerçəklikləri də bu müstəvidən tədqiq edirdi.Hər ayinin mədəni dəyəri 
insan cəmiyyətinin strukturunda onun yerləşdiyi mövqe ilə müəyyən 
olunur. Braunun fikrinə görə, struktualizm anlayışı özündə bir-birilə 
bağlı olan üç cəhəti ehtiva edir: 
Birincisi, özlüyündə struktur-bu əsasən sosial rolların timsalında 
realizə olunur və faktiki olaraq sosial sistemin mövcudluğu bunlarla 
bağlıdır. 
İkincisi, strukturların həyata keçirdiyi funksiyalardır.Braunun 
fikrincə, funksiya insanların ictimai standartlaşmış fəaliyyət və düşüncə 
vasitəsidir. Bu yolla ictimai sistemlərdə mövcud struktur qorunur. 
Üçüncü 
mühüm 
cəhət 
isə 
ictimai 
tərəqqi 
və 
ya 
dəyişkənliklərdir. Brauna görə,insan toplumunda dinin canlı yaşamda 
fəaliyyətini öyrənmək lazımdır. Braunun sosial antropologiyada irəli 
sürdüyü bu ideyalar De Sosiur tərəfindən linqivistikada da geniş istifadə 
olunmuşdur.İngiltərədə Braunun birbaşa davamçısı kimi Evans Priçardı 
göstərmək olar. 
Evans Priçard (1902-1973) 
Evans Priçard İkinci Dünya Müharibəsindən sonra uzun müddət 
Şərqi Afrikada çöl tədqiqatları aparmış,Sudan və digər ərazilərdə nilot 
xalqlarını tədqiq etmişdir. Onun nəşr etdirdiyi ―Nuerlər monoqrafiyası‖ 
sosial antropologiyanın klassik əsərlərindən hesab olunur.O,Braunun 
ideyalarını inkişaf etdirərək, konkret sosioloji nəzəriyyələrdən istifadə 
etməyə çalışmışdır.Məhz bu ona müxtəlif cəmiyyətlərin struktur 
quruluşunu anlamağa və onlarda mövcud olan şəxsiyyətlərarası 
münasibətləri tədqiq etməyə imkan vermişdir.Bunun sayəsində insan 
cəmiyyətinin daha aydın şəkildə başa düşülməsi müəyyən olunmuşdur. 
Priçard əmin idi ki,hər bi ictimai sistemin elemetləri bir-birinə təsir edir. 
Onların qarşılıqlı münasibətləri müxtəlif istiqamətlərə yönəlmiş 
vektorlar şəklindədir. Braundan fərqli olaraq,o ictimai və mədəni 
sistemlərin birliyinə şübhə etmirdi.Onların bir gerçəkliyin iki təzahürü 
olduğunu qeyd edirdi. 
Daha çox cəmiyyətin tədqiqində struktur metoda önəm verən 
Evans,belə hesab edirdi ki, ilk növbədə mədəni formadan ictimai faktları 


99 
ayırmaq lazımdır.Məhz onların ayrılması nəticəsində cəmiyyətin və 
insan mədəniyyətinin tədqiqi mövcudolma qanunauyğunluqlarının 
araşdırılması mümkündür.Priçard insanlar arasında mövcud olan 
münasibətlərin özlərini də özünəməxsus bir struktur kimi qəbul 
edirdi.Öz növbəsində cəmiyyətdə mövcud olan bütün ictimai ierarxik 
münasibətlər götürüldükdə onlar ictimai sistem yaradır. Sosial 
antropologiya 
sosial 
inkişafın 
ümumi 
qanunauyğunluqlarını 
öyrənməlidir. 
Funksional 
struktualizmin 
Fransada 
inkişafı 
struktualizmin və poststruktualizmin yaranmasına gətitib çıxarmışdır. 
Fransada bu cərəyanın banisi Klod Levi Stros hesab olunur. 
Bir çox tədqiqatçılar onu ―struktualizmin atası‖ adlandırırdılar. 
―Qəmli Tropiklər‖, ―Totemizm bu gün‖, ―Maskaların yolu‖ və digər 
əsərlərində Stros öz nəzəri müddəalarını irəli sürmüşdür.Brazliyada və 
digər bölgələrdə tədqiqatlar aparmış Stros Amerikada yaşayan 40-dan 
çox hindu qəbiləsini dünyaya tanıtmış,hinduların qohumluq sistemini 
tədqiq etmişdir. 
Stros nəzəriyyəsinin ilk növbədə insani cəhətlərini önə çəkməyə 
çalışırdı.Onun fikrincə insan mədəniyyət və təbiət arasında yaranmış 
dərin uçurum şəraitində yaşadığından tam xoşbəxt deyil.O,əsərlərində 
bir neçə müddəa ilə çıxış edirdi.İnsan cəmiyyətinin bütün rəngarəng 
gerçəklikləri müəyyən bir ilkin modelin modifikasiyasından,onun 
açılışından ibarətdir. Bu səbəbdən bunlar sistemləşdirilə və təsnif oluna 
bilər. Bu elementlər arasında mövcud əlaqələri onların bir-birilə 
münasibətdə yerləşməsini və ilkin modelindən müəyyən etmək 
mümkündür. Strosun struktur antropologiyada insan təfəkkürünün 
təhtəlşüur formasına xüsusi önəm verirdi.O ictimai həyatın bütün 
müxtəlif formalarının müəyyən bir məğzinə görə, müəyyən bir tamın 
müxtəlif formaları olduğunu qeyd edirdi.Davranış sistemləri, insanların 
şüurlu və təhtəlşüur fəaliyyətini idarə edənlər və s. Stros ilk növbədə 
insanı əhatə edən xarici mühitin özünün nədən ibarət olması haqqında 
sualı irəli sürür.Belə ki,insan mədəniyyətini başa düşmək üçün ilk 
növbədə ətraf mühitin insanlar tərəfindən hansı formada,necə qəbul 
olunması mühüm rol oynayır.Stros göstərir ki,insanların duyğuları ətraf 
mühiti dərk etməkdən, kodlaşdırırlar. Xarici aləmdə baş verən 
gerçəkliklər simvollara çevrilirlər. 


100 
Beləliklə, K.L.Strosun konsepsiyasında iki struktur rol oynayır: 
1.İnsan təfəkkürünün strukturu; 
2.İnsanı əhatə edən real mühitin strukturu. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə