Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə37/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   33   34   35   36   37   38   39   40   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

5.2. Fərdi yanaşma ideologiyası 
XX əsrin əvvəllərində kliyentin ehtiyaclarına qarşı fərdi yanaşma 
ideologiyası geniş yayılmağa başlayır. Bu üsul sosial işin müxtəlif 
sahələrində - tibbdə, əmək münasibətləri sahəsində məsləhətvermədə, 


107 
qəyyumluq və s. geniş tətbiq edilirdi. Həmin dövr üçün sosial iş 
praktikasında fərdi işin aşağıdakı prinsipləri formalaşmışdı: 
1.
İnsanın ətraf mühitə uyğunlaşa bilməməsinin səbəbləri iqtisadi 
və sosial faktorlarla əlaqədardır. 
2.
İnsanlar sosial hadisələrə, öz bioloji və intellektual 
ehtiyatlarından istifadə etməklə reaksiya verirlər. 
3.
İnsanlar sosial statuslarından asılı olmayaraq, mənlik hisslərinə 
malikdirlər və onların ləyaqətlərinə hörmət olunmalıdır. 
4.
Düzgün diaqnozun qoyulması, problemin ayrılıqda, fərdi 
problem kimi öyrənilməsini nəzərdə tutur. Bununla əlaqədar 
müştərinin həyatının müxtəlif tərəflərini – sosial, iqtisadi, ailə, 
intellektual, tədqiq etmək lazımdır.
5.
Faktların analizi prosesində, müştəri ilə dostluq münasibətləri 
yaratmaq lazımdır. 
6.
Diaqnoz qoyulduqdan sonra sosial işçi müalicə planını 
hazırlayır və müştərini onunla tanış edir. 
7.
Qarşıya qoyulmuş məqsədlərin məğzində xeyirxahlıq və dostluq 
durmalıdır. 
1917-ci ildə Meri Riçmondun ―Sosial diaqnozlar‖ kitabı çapdan 
çıxır. Bu kitabda o, fərdi sosial işin nəzəri və metodoloji əsaslarını təsvir 
edir. Bu əsərdə qabaqcıl təcrübələr də nəzərə alınmaqla, fərdi işin elmi 
əsasları müəyyənləşdirilir. Fərdi iş praktikasına, xəstələrin müalicəsində 
tədqiq edilən tibbi üsulları uyğunlaşdırmaqla, Meri Riçmond müştərinin 
sosial və psixoloji problemlərini analiz etməyə imkan verən orjinal bir 
metod işləyib hazırlayır. Sosial iş nəzəriyyəsinə, yeni semantik 
məzmunlu tibbi terminologiya ―diaqnoz‖, ―müalicə‖, ―kliyent‖ daxil 
edilir. Sonralar sosial işin bu modeli, fərdi işin ―tibbi model‖i kimi 
tanındı.
İctimai və şəxsi situasiyaları sosial işin aparıcı problem sahələri 
kimi seçib ayıran Men Riçmondun fikrincə, sosial iş – kömək göstərmək 
sənəti qabiliyyəti deməkdir. Sosial işçi müştərinin qarşılıqlı əlaqə 
prosesi isə ağılsız situasiyada dərrakədən istifadə olunması kimi 
xarakterizə olunmalıdır. 
Onun konsepsiyasına əsasən sosial işçi tərəfindən situasiyaya 
müdaxilə birbaşa və ya dolayı müalicə metodları ilə baş verə bilər. 


108 
Birbaşa 
müalicə, 
bilavasitə 
qarşılıqlı 
əlaqə 
şəklində 
gerçəkləşdirilirdi. Meri Riçmonda görə, bilavasitə qarşılıqlı əlaqələr 
müəkkəb prosedur olmaqla özünə bunları daxil etməlidir: 

Sosial işçi ilə müştəri arasında etibarlı münasibətlərin, pozitiv 
duyğuların yaranması 

Müştərinin öz problemlərini həll etmək qabiliyyətinin inkiafı 
Bununla əlaqədar tətbiq ediləm aparıcı texnikalar – təlqin, 
inandırma, diskussiyalar, həmçinin sosial işçinin şəxsi keyfiyyətləri – 
səmimilik, düzgünlük olmalıdır. 
Dolayı təsir, yaxud müalicə metodunun məzmunu ondan ibarət idi 
ki, kömək müştərinin əhatəsinə göstərilir, onun mühiti dəyişdirilirdi. 
Sosial işçi ilə qarşılıqlı əlaqə zamanı müştəri, öz vəziyyətinin sosial 
özülündən asılı olanların obyektiv mənzərəsini əldə etməli, bütövlükdə 
cəmiyyətdə, eləcə də sosial institutlarda, onun sosial fəaliyyətinə 
maneçilik törədən münasibətləri araşdırmalıdır.
Bu kitabda, həmçinin, ilk dəfə olaraq fərdi müdaxilə ilə əlaqəli 
üsullar ümumiləşdirilmiş və müdaxilənin aşağıdakı mərhələləri qeyd 
edilmişdi: 

İnformasiyanın əldə edilməsi; 

Diaqnoz (sosial vəziyyətin tədqiqi); 

Proqnoz (vəziyyətin yaxşılaşdırılması perspektivləri ilə 
əlaqəli mülahizələr); 

Müalicə (müştəriyə köməyin göstərilməsi). 
―Sosial diaqnozlar‖ əsərində müştəri ilə fərdi iş zamanı, mənəvi 
inanclar və alternativlər metodlarından uzaqlaşmalar, təsir və sosial-
psixoloji qarşılıqlı əlaqələr metodlarına keçid müşahidə olunur. İlk dəfə 
olaraq sosial işçi ilə müştəri arasındakı qarşılıqlı əlaqə prosesi təsvir 
edilir. Bu proses müəyyən məntiqə tabe olaraq, müştəriyə qarşı sistemli 
yanaşmanı ifadə edən ardıcıl fəaliyyət, qayda kimi nəzərdən 
keçirilməlidir. Sonralar bu qayda, sosial iş texnologiyalarında aparıcı 
üsullardan birinə - fərdi iş metoduna çevriləcək. M.Riçmond tərəfindən 
işlənib hazırlanmış fərdi yanaşma prinsipləri Xristian ictimai birliyinin 
dəstəyini alır və təkcə emiqrantlarla, deviant davranışlı şəxslərlə işdə 
deyil, həmçinin, müxtəlif mədəni həyat tərzləri olan müştərilərlə 


109 
aparılan sosial işdə də tətbiq edilir. Bu prinsiplər həmçinin, qruplarla və 
icmalarla işdə də tətbiq edilməyə başlayır. M.Riçmondun nəzəri üsulları, 
təkcə sosial işin praktikasında deyil, eləcə də nəzəriyyəsinin 
təşəkkülündə mühüm rol oynamışdır. ―Sosial diaqnozlar‖ əsəri mühüm 
elmi tədqiqat işi olmaqla, fərdi sosial işin inkişafında yeni mərhələnin 
başlanğıcını qoydu. Bu kitabın çapından 20 il sonra Qreys Makus Meri 
Riçmond və onun əsəri haqqında belə söyləmişdi: ―Bu çox böyük 
məktəb idi və o, sxolast mülahizələrin cəlbedici təsirinə duruş gətirməli, 
əksinə ictimai həyatın elə aspektlərinin tədqiqi ilə məşğul olurdu ki
onlar müəyyən problemlərin həllinə şərait yaradırdı. Onun işinin 
deduktiv metodu, öz əksini fərdiləşmə prinsipində - fərdi sosial işin 
nəzəriyyə və praktikasının öyrənilməsi prosesində tapdı.

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə