Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə45/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   41   42   43   44   45   46   47   48   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
6.2. Qruplarla sosial iş metodu 
Qruplarla sosial iş metodu bütövlükdə kliyentlər qrupu (ailə) ilə, 
həmçinin qrupda ayrılıqda hər bir üzvlə işi nəzərdə tutur. Bu halda, 
insan fəaliyyətinin müxtəlif sahələri öyrənilir ki, yaranan problemlərin 
və çətinliklərin daha səmərəli həllinə kömək edilsin. Qrupla iş oxşar 
problemli çətinliklərin daha səmərəli həllinə kömək edilsin. Qrupla 
sosial işlə bağlı bir neçə nəzəriyyə mövcuddur: 

Sahə nəzəriyyəsi qrupa müəyyən məqsədləri və qrupdaxili 
vəziyyətdən asılı olaraq dəyişən maraqları olan fərdlər 
toplusu kimi baxır.
 

Sosial mübadilə nəzəriyyəsi qrup kontekstində biheviorizmin 
bir neçə ideyalarından istifadəni irəli sürür.
 


129 

Sosial sistem nəzəriyyəsi kiçik qruplarda sosial sistemin 
öyrənilməsini, 
onların 
daxili 
ənənələrinin 
möhkəmləndirilməsini 
və 
sistemin 
öz 
əhatəsinə 
uyğunlaşdırılmasını təklif edir. Sosial işdə qrup metodları 
kimi sosiologiyadan götürülən bir sıra metodlardan da 
istifadə edilir.
 

Anket sorğusu bioqrafik məlumatların, rəylərin, sosial 
quruluşların, sərvət meyllərinin, şəxsi keyfiyyətlərin üzə 
çıxarılması üçün istifadə olunur. Anket özündə problemin 
əsas mahiyyəti ilə məntiqi surətdə bağlı olan suallar 
toplusunu birləşdirir.
 

Sosiometriiya 
– qrupda şəxsiyyətlərarası emosional 
münasibətləri qiymətləndirmək, qrup fəallığının yalnız zahiri 
emosional qatını təhlil etməyə imkan verən testdir. 
Sosiometrik prosedur nəticəsində sosiometrik matrisa 
(cədvəl), qrupda şəxsiyyətlərarası münasibətləri göstərməyə 
imkan verən sosioqram tərtib edilir, qrup birliyinin 
sosiometrik əmsalı hesablanır.
 

Referentometriya 
– 
qrup 
üzvlərinin 
referentliyini 
(əhəmiyyətliliyini), həmçinin qrupda şəxsiyyətlərarası seçim 
motivini göstərmək üçün istifadə edilir.
 

Kommunikometriya 
– 
şəxsiyyətlərarası 
münasibətlər 
sisemində qrup iştirakçılarının hər birinin yerini müəyyən 
edir. Xüsusi qrup metodlar da vardır ki, onlar nəinki sosial 
psixoloji 
hadisələrin 
tədqiqi, 
diaqnozu 
və 
modelləşdirilməsini, həmçinin onların optimallaşdırılmasını 
və inkişafını təmin edir.
 

İşgüzar oyunlar – peşəkar fəaliyyətin maddi və sosial 
məzmununu canlandırır, yaxud bu və ya digər praktik 
fəaliyyət üçün xarakterik olan münasibətlər sistemini 
modelləşdirir.
 

Sosial davranışın modifikasiyası insanın qeyri-adi mühitə 
adaptasiyasına imkan verən yeni həyat vərdişləri və 
bacarıqlarını tərtib edir.
 


130 

Sosial-psixoloji treninq – qrupda ünsiyyətliliyi inkişaf 
etdirmək məqsədilə tətbiq edilən fəal psixoloji iş 
metodlarıdır. 
 
Qrup işi o zaman səmərəli olur ki, həyat mövqelərinə, 
ideologiyalarına, mədəniyyət və təhsilə, cins, yaş, sağlamlıq və sosial 
vəziyyətə, əmək vərdişlərinə, mədəni xidmət maraqlarına, fərdi-psixoloji 
xarakterə aid çətin problemləri və məsələləri olan insanların könüllü 
surətdə birləşdiyi qrupda həyata keçirilir.
Qrupla sosial iş sosial vəzifə və həyat situasiyalarına və fərdin 
məkanına istiqamətlənir. O, qrupun köməyi ilə şəxsi problemləri 
həlletmə bacarığının genişlənməsini təklif edir. 
İcmada sosial iş (mikro-sosial mühitdə sosial iş) – bir ərazidə 
yaşayan və ümumi problemləri olan fərdlərə, qruplara, kollektivlərə 
peşəkar köməyi nəzərdə tutur. Bu zaman aşağıdakı əsas metodlardan 
istifadə edilir: 

Sosial diaqnostika 

Sosial proqnoz 

Mikrososial mühitin sosial planlaşdırılması 

Sosial terapevtik iş 

Ərazi özünüidarə sisteminin inkişafı 

Mikrososial mühitdə xeyirxah aksiyalar 

İcmada praktik iş 
İcmada sosial işdə başlıca məqsəd regional mütəxəssislərin 
fəaliyyəti üçün təşkilat bazası və kooperasiya yaradılmasına, həmçinin 
əhalinin müxtəlif qruplarının fəallaşmasına nail olmaqdır. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə