Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə43/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   39   40   41   42   43   44   45   46   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Qoşulma. 
Bu prosedurda terapevt kliyentinin üstün tutulan modallığında 
işləyərək onu daha məhsuldar miqyasadək genişləndirir. Məsələn, 
kliyentə onun müəyyən xüsusiyyətini açıqcasına işarə etməkdənsə 
(məsələn, intellektual maneələr yaratmaqla öz hisslərini boğmaq) MM 
terapevtlərin fikrincə, əvvəlcə kliyentin ―ərazisinə‖ daxil olmaq daha 
yaxşıdır. Yalnız bundan sonra onu başqa, potensial daha əhəmiyyətli 
sahələrə ehtiyatlı şəkildə yönəltmək olar.
İzləmə. 
Bu fərqli modallıqların işəsalma mexanizminin müfəssəl 
tədqiqidir. Məsələn, bəzi kliyentlər duyğular üzərində təfsilatı ilə 
dayanaraq, mənfi emosiyalar törətməyə meyllidirlər. 
Psixoterapiyada bir çox yanaşmalar ümumi cəhətlərə malikdir. 
əlaqə və terapevtik münasibətlər, adətən, psixoterapiyanın gedişində 
inkişaf edir və əksər sistemlər qarşılıqlı hörmət və diqqət mövqeyindən 
çıxış məqsədilə birbaşa və ya dolayı şəkildə yol göstərməklə yardımçı 
kimi işləyirlər.
Bütünlüklə, bihevioral psixoterapiyanın Skinnerin nəzəriyyəsindən 
başlayaraq, Bandura, Bek, Ellis, Lazarus və başqalarının da modelləri 


125 
daxil olmaqla, hər bir növü üçün ümumi olan xarakteristikalar 
mövcuddur: 

Məqsəd – insanın həyati situasiyalara arzu etdiyi şəkildə 
reaksiya vermək qabiliyyətinin formalaşmasında ona yardım 
etməkdir; 

Pozitiv terapevtik münasibətlər psixoterapiya prosesində 
vacib, lakin effektiv psixoterapiya üçün yeganə olmayan 
şərtdir; 

Ehtimal olunur ki, əksər problemlər natamam və ya yalnış 
sosial öyrənmə proseslərindən doğur; 

Terapevt-kliyent 
münasibətləri 
―həkim-müalicə olunan 
pasiyent‖ münasibətlərindən çox ―trener-treninqə məruz 
qalan‖ münasibətləridir. 

Öyrənmənin 
terapevtik 
prosesdən 
gündəlik 
həyata 
köçürülməsi prosesi (generalizasiya) avtomatik deyil, 
tapşırıqların (o cümlədən ev tapşırıqlarının) qanunauyğun 
ardıcıllıqla yerinə yetirilməsi vasitəsilə həyata keçirilən 
məqsədyönlü prosesdir; 

Terapevtlər müəyyən olunmuş diaqnostik kateqoriyalar
əlamətlər, qlobal təsvirlər dilindən imtina edərək, davranış və 
əməli təsvirlərdən istifadə edirlər; 

Pasiyentin şikayət və simptomları onun gizli problemlərinin 
və daxili konfliktlərinin reprezentatorları deyil, reallıq və 
psixoterapiyanın obyekti kimi qəbul olunur; 

―psixoterapevtik 
saziş‖in 
prinsipinə 
əməl 
olunur: 
psixoterapevt və pasiyent işin başlanğıc mərhələsində 
psixoterapiyanın konkret məqsədləri və məqsədin əldə 
olunmasının obyektiv (davranış) meyarları barədə yekdil rəyə 
gəlirlər. 
Beləliklə, koqnitiv-bihevioral oriyentasiyalı sosial işin (cognitive-
behavioral social work) formalaşmasına təsir edən başlıca koqnitiv-
bihevioral ideya və dəyərlər aşağıdakılardır: 

İnsan davranışının rasionallığı-irrasionallığı; 

Davranışı idarə etmək imkanı; 


126 

Davranışın daxili və xarici faktorlarının qarşılıqlı 
determinizmi prinsipi; 

Davranışın 
özünənəzarət, 
özünütənzim, 
özünümöhkəmləndirmə, 
özünüqiymətləndirmə, 
özünüdərketmə imkanı və bunların vacibliyi; 

Davranışın özünün səmərəliliyi; 

Gələcək davranışı proqnozlaşdırmaq imkanı; 

―Psixi sağlamlıq‖, konstruktiv alternativizm, yeni təcrübənin 
inkorporasiyasına hazırlıq, özünə maraq, ictimai maraq, 
frustrasiyaya davamlılıq, çeviklik, qeyri-müəyyənliyin 
qəbulu, yaradıcı planlara istiqamətlənmə, rasional realist, 
―elmi‖ təfəkkür, özünü qəbuletmə, öz emosional 
təzahürlərinə görə məsuliyyət daşımaq.


127 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə