Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə42/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   38   39   40   41   42   43   44   45   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

təhlükəsizliyin axtarışı davranışı
adlanır. Adətən bu davranış, 
şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdə başqalarının qabaqcadan 
müəyyən oluna bilən reaksiyalarına səbəb olur, həmin reaksiyalar isə 
subyektdə qabaqcadan müəyyən oluna bilən hissləri stimullaşdırır. 
Koqnitiv-bihevioral 
terapiyanın adi planı bəzi davranış 
reaksiyalarının və idraki qabiliyyətlərin dəyişdirmə məqsədi kimi 
müəyyən olunmasından ibarətdir. Bu məqsədlərin istiqaməti məntiqi 
əsaslandırılmışdır. Kliyentə verilən ev tapşırıqları davranışın yeni 
formalarının 
möhkəmləndirilməsinə 
istiqamətlənir 
və 
ona 
bəraətqazandırıcı idraki qabiliyyətlərin əsassız olduğu göstərilir.
TKQ-nin taktikasında başlıca məqam kliyent tərəfindən emosional, 
davranış və idraki patternlərin anlaşılmasıdır. Öz şəxsi xüsusiyyətlərini 
anlayan kliyent istənilən dəyişikliyə hazır olur, çünki o öz daxili qüvvə 
və cəhdləri ilə şüurlu olaraq işləyə bilir. Kliyentə dəyişikliklərə qarşı 


122 
işləyənKadəti hisslər barədə xəbərdarlıq edilə bilər. Kliyentlər 
dəyişikliyi şüurlu şəkildə arzuladıqlarını anlayarkən və psixoloji 
təhlükəni hiss etməyə hazır olarkən, həm də daxili ixtilaf və 
diskomfortun müəyyən zəruri səviyyəsinə də hazırlıq halına gəlirlər. 
Yalnız bu zaman onlar öz emosiyaları ilə işləyə bilərlər.
Utanc, şəxsi ləyaqət hissinə zidd olan özünəmərhəmət TKQ-də 
xüsusi diqqət yetirilən əhəmiyyətli hisslərdir. Utanc çox pis olduğundan 
gizli saxlanılan şəxsi naqislik və qüsurların hiss olunmasıdır. Utanc 
şəxsi-tipik affekt kimi çıxış etdiyi təqdirdə o, təhqirlərdən qaçmaq kimi 
deyil, onlara can atmaq kimi nəzərdən keçiriləcək. Baxmayaraq ki, bu 
hal heç bir rasional məna daşımır. Nə üçün insan utanc hissini yaşamağa 
can atır? Çünki, bu təhlükəsizlik hissini yaradan adəti emosional 
halətdir. 
Özünəmərhəmət hissi kiminsə özünü ədalətsizliyin, biganəliyin 
qurbanı kimi duymasını nəzərdə tutur. Bu hiss özünütəkmilləşdirmə 
təşəbbüsünə şəxsi-tipik affekt olaraq təzahür etdiyi təqdirdə, insan üçün 
təhlükəsizliyin axtarışı davranışı xarakterik olur.
Həm utanc, həm də özünəmərhəmət hissi qəzəbdə təzahür edir. 
qəzəbə bu hisslər səbəb olduğu təqdirdə, onun hədəfi həmin insanı təqib 
edən və utandıranlar, yaxud ona yardım etməkdən imtina edənlər olurlar. 
Hər dəfə utanc və özünəmərhəmət hissi yaranan zaman meydana gələn 
zəiflik duyğusu halında fərdin qəzəbi boş, nəticəsiz, qisas qorxusu isə 
onun hədəfə birbaşa yönəlməsinə əngəl olur.
İnsanlar düzgün saydıqları kimi hərəkət etdikdə özlərinə hörmət 
edirlər. Bunun üçün isə həmin anda nəyin düz, nəyin yalnış olduğunu 
anlamalıdırlar. Şəxsi ləyaqət hissi bu zaman insanın nəzarətində olur və 
özünqiymətləndirməyə başqaları deyil, fərdin özü hakim olur. Sizin 
özünüzü qiymətləndirməniz başqalarının razılığını almaq yox, əxlaqi 
seçim məsələsidir. Bununla belə, özünə hörmət edən şəxs başqalarından 
öz şəxsiyyətinə hörmətlə yanaşmağı tələb edir. 
Koqnitiv yanaşmanın son modeli olan qısamüddətli inteqrativ 
konsultasiya (QİK) psixoterapevtik müdaxiləyə olan tələbatı ödəmək 
üçün yaradılmışdır. Burada məsləhətçi kliyentin gündəlik həyatında ona 
maneçilik törədən fərdi xüsusiyyətlərini qısa müddətdə qiymətləndirir. 


123 
Kliyentin başqaları ilə münasibətlərindəki çətinliklərinin özünüdağıdıcı 
davranışının təsvirini dinləmək, adətən, məsləhətçi üçün kifayət edir. 
Sonra məsləhətçi əks əlaqə yaradır, öz təəssüratlarını bölüşür və kliyentə 
problemin nədən ibarət olduğunu göstərir. Burada məqsəd az müddətdə 
özünü tez anlamağa nail olmaqdır. Sonra konsultant və kliyent birlikdə 
kliyentin 
fərdi 
xüsusiyyətlərini 
nəzərə 
alaraq, 
disfunksional 
tendenisyaların aradan qaldırılması istiqamətində iş planı hazırlayırlar.
Koqnitivizmdə göstərilən yanaşmaya zidd tendensiya A.Bandura 
və A.Bekin işlərindı özünü büruzə verdi. Bu tendensiya ―daxili 
faktorlara‖ daha sıx diqqət yetirilməsi və alternativ yanaşmalara 
dözümlü münasibəti ilə seçilir. 
Multimodal diaqnostika şəxsiyyətin aşağıdakı sferalarının 
qiymətləndirilməsini nəzərdə tutur (ixtisarla BASİC İD): 

B(ehaviour)=davranış; 

A(ffect)=emosiyalar:; 

S(ensation)=duyğular; 

İ(magery)=təxəyyül; 

C(ognition)=təfəkkür; 

İ(nterpersonal relationships)=şəxsiyyətlərarası münasibətlər; 

D(rugs/biology)=dərmanlar/biologiya 
Beləliklə, 
BASİC 
İD 
sadalanan 
modallıqların 
adları 
abbreviaturasıdır. 
Ehtimal olunur ki, BASİC İD insanın temperament və şəxsiyyətini 
də əhatə edir və onu qəzəbdən, dilxorluqdan, tamahkarlıqdan, qorxudan, 
dərddən, ehtiramdan, nifrətdən və darıxmadan tutmuş, ümidə, inama, 
optimizmə və sevincədək hər bir şeyi insanın BASİC İD-i çərçivəsindəki 
komponentləri və onlar arasındakı qarşılıqlı təsiri nəzərdən keçirməklə 
izah etmək olar. Xarici faktorların psixoterapevtik müalicənin və 
psixoloji yardımın predmeti olmamasına rəğmən bu yanaşmanın 
tərəfdarları hesab edirlər ki, ―psixopatologiya və cəmiyyət qırılmaz 
şəkildə əlaqədardırlar‖. Bu yanaşmanın əsasən, bihevioral, rasional-
emotiv və koqnitiv terapiyadan törəməsinə baxmayaraq, yalnız MMT 
üçün xarakterik olan altı xüsusiyyəti mövcuddur: 


124 
1.
BASİC İD-nin bütün modallıqlarına ayrılan spesifik və 
hərtərəfli diqqət; 
2.
BASİC İD diaqnostikasından ikinci qaydada istifadə; 
3.
Modal profillərdən istifadə; 
4.
Struktur profillərdən istifadə; 
5.
Prosedurların düşünülmüş birliyi; 
6.
Müəyyən modallığın işəsalma mexanizminin izlənilməs 
terapiyanın forması, üslubu, ritmi kliyentin üzə çıxarılmış 
tələbatlarına mümkün qədər uyğunlaşdırılır. 
Bəzi kliyentlərə sakit, passiv, refleksiv, dinləyə bilənlər uyğun 
gəlir; başqaları aktiv, direktiv və açıq terapevtlərlə işləmək istəyirlər. 
Bəzilərinə isə müxtəlif vaxtlarda fərqli terapevtik üslublar lazım olur.
MM terapevt iki əsas prosedurdan istifadə edir: qoşulma və izləmə. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə