Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 7. Sosial işdə modellər və nəzəriyyələr



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə50/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   46   47   48   49   50   51   52   53   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Mövzu 7. Sosial işdə modellər və nəzəriyyələr 
7.1. Sosial işdə konseptual modellər 
7.2. Sosial işin fəaliyyətinin psixodinamik modeli 
7.3. Sosial işdə biheviorizm nəzəriyyəsi və koqnitiv model 
7.4. Sosial işdə sistem üsulu 
7.5. Sosial işdə emosional və sosial köməyin göstərilməsi 
7.1. Sosial işdə konseptual modellər 
Müasir elmi ədəbiyyatda ―model‖ və ―nəzəriyyə‖ anlayışları 
birmənalı şəkildə şərh edilmir, onların arasındakı sərhəd qeyri-
müəyyəndir. Hal-hazırda elmi metodologiyada bu anlayışların aşağıdakı 
şərhi qəbul olunmuşdur: 
Model-ilk növbədə modelləşdirmə prosesinin və ya hadisənin idarə 
edilməsinə istiqamətlənmiş konsepsual alətdir. Bu zaman gələcəyi 
qabaqcadan xəbər vermə, proqnozlaşdırma funksiyası idarəetmə 
məqsədlərinə xidmət edir.
Nəzəriyyə-bu modelə nisbətən daha abstrakt konseptual vasitədir, 
hansının ki, əsas məqsədi verilmiş prosesləri, hadisələri izah etməkdən 
ibarətdir. Gələcəyi qabaqcadan xəbər vermə funksiyası nəzəriyyədə 
hadisələri izah etmə məqsədlərinə istiqamətlənmişdir.
K.Tempelin fikrinə görə nəzəriyyə modellərdən ibarətdir, 
hansıların ki, elementləri və münasibətləri adətən uyğunlaşma qaydaları 
adlandırılan şey vasitəsilə aləm ilə bağlıdır. 
Modellər üç tip uyğunluğu özündə ehtiva etməlidir: 
-sosial aləmi təşkil etmək üsulu ilə modelin bu dünyanı təsvir 
etdiyi üsul arasındakı uyğunluğu; 
-modelləşdirmə 
prosesində 
istifadə 
olunan 
aparat 
ilə 
modelləşdirilən 
nəzəriyyənin konseptual aparatı arasında olan 
uyğunluğu; 
-nəzəriyyə ilə sosial aləm arasındakı uyğunluğu. 


139 
Modelləşdirmə artıq çoxdan təfəkkürün iqtisadi obrazının ayrılmaz 
elementinə çevrilmişdir. İqtisadçılar modelləri müxtəlif iqtisadi 
indikatorlar arasında qarşılıqlı əlaqələri öyrənməyə imkan verən 
sadələşdirilmiş nəzəriyyə kimi nəzərdən keçirirlər. ―İqtisadi model 
adətən izah etmək istədiyi dəyişənlərə təsir edən çox az sayda faktorları 
nəzərə alır; o, insanların davranışı və insanlarınn aralarında seçim 
etməyə məcbur qaldığğı məhdudiyyətlər haqqında müəyyən ehtimallar 
edərək bu dəyişənləri bir-biri ilə əlaqələndirir. İqtisadi model mürəkkəb 
ehtimallar edərək bu dəyişənləri bir-biri ilə əlaqələndirir. İqtisadi model 
mürəkkəb bir mexanizmin sxematik şəklinə bənzəyir, hansında ki, 
müəyyən düymələr basıldığı və lingin dartıldığı zaman nəyin baş 
verəcəyini göstərməyə çalışırlar‖. 
Modellərin təsnifatı üçün bir əsas olaraq çox vaxt onların formul 
edildiyi dil növü götürülür: 
-məzmunlu model təbii dildə formul edilir; 
-formal model bir və ya bir neçə formal dildə (məsələn, riyazi 
nəzriyyə və ya proqramlaşdırma dillərində) ifadə olunur.
Xüsusi sosial fəaliyyət növü və ictimai hadisə kimi, sosial işin 
nəzəri əsaslarını bir neçə konseptual model təşkil edir. Bu modellər
təkcə müxtəlif nəzəri məktəblərin nümayəndələri olan, böyük alim və 
tədqiqatçıların müasir cəmiyyətdə sosial müdafiə problemlərini necə 
təhlil etmələri və davamlı elmi axtarışları ilə qalmayıb, həmçinin sosial 
işin özünün forma və məzmunundakı dəyişiklikləri, onun təkamülünü 
özlərində inikas etdirirlər.
Baxmayaraq ki, ayrı-ayrı nəzəri modellərin seçilib ayrılması şərti 
məna kəsb edir. Bununla belə, aşağıdakı modellərin mövcudluğu 
haqqında tam əminliklə danışmaq olar: 
1.
Psixodinamik 
2.
Biheviorist 
3.
Koqnitiv 
4.
Sistemli-ekoloji 
Qərb təcrübəsi əsaslarını təşkil edən bu modellərin zahiri 
bənzərliyinə baxmayaraq, müştəri ilə münasibətlərin qurulmasında 
onların hər birinin öz səciyyəvi xüsusiyyətləri vardır. Sosial işdə tətbiq 


140 
edilən ilk nəzəri modellər klassik psixoanaliz (20-ci illərin sonu – 30-cu 
illərin əvvəli) ideyalarına istinad edirdi. Freydizm ideologiyasına uyğun 
olaraq, bu modellər sosial işçinin fəal müalicəvi rolunu, kliyentin isə 
passiv davranışını vurğulayırdılar. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə