Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə58/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   54   55   56   57   58   59   60   61   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

8.4. Vitalist model 
Vitalist model çərçivəsində insanın həyati qüvvələri anlayışı ətraflı 
nəzərdən keçirilir. İnsanın həyati qüvvələri dedikdə, onun biososial 
varlıq olaraq, nəsilartırma və həyat sürmək, öz tələbatlarını səmərəli 
şəkildə ödəmək başa düşülür. İnsanın həyati qüvvələri, onun fərdi və 
sosial subyektliyinin birliyi kimi nəzərdən keçirilir. 
Fərdi subyektlilik deyəndə insanın müxtəlif tələbatlarını fərdi-şəxsi 
vasitələrlə ödəmək və inkişaf etdirmək qabiliyyəti nəzərdə tutulur. 
Sosial subyektlilik isə, insanların öz maraq və tələbatlarını ödəmək 
və inkişaf etdirmək qabiliyyətlərini cəmiyyətin müvafiq sosial institut və 
təsisatlarının köməyi vasitəsilə gerçəkləşdirilməsini nəzərdə tutur. 
Bütövlükdə, həm fərdi, həm də sosial subyektlilik, insanın özəl və 
ictimai məqsədlərinin, həyati orientasiyalarının əldə edilməsinə xidmət 
göstərən mühüm amillər kimi nəzərdən keçirilməlidir.
Bununla əlaqədar sosial iş, insanın həyati qüvvələrinin 
formalaşmasına, gerçəkləşdirilməsinə və reabilitasiyasına kömək 
göstərən bir fəaliyyət, proses kimi başa düşülməlidir. Bu, onu struktur və 
psixososial işin vəhdəti, sosial işin psixoloji yönümlü ənənələri ilə 
sosioloji nəzəriyyəsinin kəsişməsi kimi nəzərdən keçirməyə imkan verir. 
Başqa sözlə desək, kompleks üsulu sosial iş nəzəriyyəsində böyük 
üstünlük təşkil edir. Məhz bunun sayəsində sosial işin strateji 
istiqamətləri işlənib hazırlanır, onun müxtəlif texnologiyalarının 
qarşılıqlı əlaqəsi korreksiya edilir, insanların rifahının və həyati 
qüvvələrinin sosial müdafiəsi məqsədi ilə sosial işin yeni praktik 
yönümlü üsulları formalaşdırılır. 
Müvafiq konsepsiya çərçivəsində praktiki fəaliyyət modeli bir 
vəzifə olaraq qarşısına aşağıdakıları qoyur: 
Birincisi, kliyentlərin öz imkanlarını mənfi qiymətləndirmək 
reaksiyalarının qarşısınınn alınması, problemlərinin və həyati 


159 
çətinliklərinin 
həll 
edilməsi 
məqsədi 
ilə 
onların müqavimət 
qabiliyyətlərinin artırılması, mövcud komplekslərin dəf edilməsi; 
İkincisi, mövcud vəziyyətin mənfi məqamlarını neytrallaşdırmaqla, 
kliyent üçün labüd olan müsbət yönümünün inkişafı və onun 
probleminin həllində ona dəstək; 
Üçüncüsü, kliyentin problemlərinin həlli imkanlarının mümkün 
variantları ilə əlaqədar, onun ətraflı məlumatlandırılması və xəbərdar 
edilməsi zəruridir, xüsusilə də mənəvi zəminlər nöqteyi-nəzərindən; 
Dördüncüsü, müştəri, sosial işçinin onun problemlərini həll etmək 
iqtidarında olması qənaətinə gəlməlidir; 
Beşincisi, fərdi-şəxsi və sosial vasitələrlə kliyentin öz maraq və 
tələbatlarını ödəyə bilmək qabiliyyəti dəqiq qiymətləndirilməli və sosial 
işçilərin fəaliyyət strategiyası müəyyənləşdirilməlidir.
Müasir sosial işdə psixoanalitik yanaşmanın mahiyyəti onun 
keçmiş və indiki təcrübə, daxili və xarici reallıq, insanın özü və 
―əhəmiyyətli başqası‖ arasındakı əlaqənin – psixoloji prosesin 
vacibliyini vurğulamasındadır.
İnsanların daxili vəxarici dünyaları arasındakı gərginlik, məhz 
sosial işçilər üçün aydın və eyni zamanda böhranlı olur. Ehtimal ki, bəzi 
sosial işçilərin psixoanalizə əsaslanan ideyalara ənənəvi mənfi 
münasibəti və bu ideyaların potensialını yoxlamaqdan yan keçmələri, 
məhz onların bu gərginliyi aradan qaldırmağa qabil olmamalarından irəli 
gəlir. Bu səriştənin olmamağının mənbəyi isə, çox vaxt sosial işin 
təbiəti, onun başlıca məqsəd və vəzifələri barədə yekdil fikrin 
olmamasındandır. Vəziyyətin qiymətləndirilməsi və ona müdaxilə ilə 
əlaqədar iki fərqli məqamı ayırmaq olar: birinci, ətraf mühit amilini əsas 
götürərək, emosional amillərin rolunu inkar edir; ikinci isə, əksinə, 
emosiya və münasibətlərin aparıcı rolunu vurğulayır, sosial ətrafın 
əhəmiyyətini isə kifayət qədər dəyərləndirmir. Bu qütbləşmə, hələ də 
qeyri-müəyyən olaraq qalmaqdadır.
Şübhəsiz ki, bir çox cəmiyyətdə kliyentlərin problemlərinin çox 
hissəsinin kökü yoxsulluqda və onların əlverişsiz vəziyyətindədir. Bu 
haqda Böyük Britaniya, ABŞ kimi sosial iş sisteminin inkişaf etdiyi 
ölkələrin alimləri öz tədqiqatlarında sərt açıqlamalar verirlər. Səhiyyəyə, 


160 
yaşayışa, təhsilə və məşöulluğa yaxın olan kobud bərabərsizlik həm 
Qərbi və Şərqi Avropada, Amerikada, həm də Asiyada mövcuddur. 
Problemlərin həllini fərdlərə öz bədbəxtliklərinə alışmağa kömək 
etməkdə deyil, ağıllı siyasi hərəkətlərdə axtarmaq lazımdır. Lakin 
struktur izahlar ―nə üçün bəzi insanlar öz övladlarını təhqir edirlər? 
Halbuki oxşar sosial şərtlər daxilində olan başqa valideynlər bujnu 
etmirlər‖ tipli suallara yetərli cavab deyillər. Siyasi ölçülər, eləcə də, ər-
arvad cütlüyünün münaqişəyə olan istəyini və ya ailə tərbiyəsinin 
pozulması zamanı uşaqları müdafiə etmək tələbatını ödəmək imkanına 
malik olmurlar. Buna görə də, sosial işçilər öz fəaliyyətlərini kliyentlərin 
sırf daxili problemləri, yaxud yalnız onların sosail ətrafı ilə 
məhdudlaşdırıla bilməzlər. Sosial işçilər nəinki həm bunu, həm də onu 
etməli, onlar eyni zamanda daxili və xarici amillərin qarşılıqlı təsiri 
altında işləməli, hətta imkan daxilində bu qarşılıqlı təsiri 
istiqamətləndirməlidirlər. Bu deməkdir ki, sosial işçilər daxili və xarici 
reallıqlar arasındakı gərginliyi aradan qaldırmalıdırlar, bu isə çox 
mürəkkəb bir ümumbəşəri məsələdir. 
Bundan əlavə, bu gün istənilən müasir cəmiyyət sosial işçilərə tez 
təsiredici, bəsit, dar məqsədli və ―təcili sosial yardım paketləri‖ adlanan 
konkret proqramlar şəklində səmərəli iş nümayiş etdirmək məqsədilə 
təzyiq edir. Belə bir kobud praqmatik yanaşma sosial işçilərdə insanın 
hiss və münasibətlər dünyasına ―qeyri-ciddi bir hadisə‖, əngəl, 
müdaxilə, yaxşı halda isə əhəmiyyətsiz əlavə kimi baxmaq meyli yarada 
bilər. Halbuki, daxili və xarici reallıqlar arasında balans hökmən 
gözlənilməlidir; praktik ölçülər onların kliyent üçün emosional 
əhəmiyyətini anlamadan gözlənilən nəticəni təmin edə bilməzlər. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə