Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial iş nəzəriyyəsində radikal və marksist modellər



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə56/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   52   53   54   55   56   57   58   59   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

8.2. Sosial iş nəzəriyyəsində radikal və marksist modellər 
Sosial iş nəzəriyyəsində radikal və marksist modelləri də mühüm 
konseptual modellər kimi dəyərləndirilməlidir. Hər iki model, sosial işin 
ənənəvi anlamı və ictimai dəyəri ilə əlaqəli məsələdə tənqidi nöqteyi-
nəzərdən çıxış edirlər. 
XX əsrin 70-ci illərində sosial işin ənənəvi 
formalarını kəskin tənqid edən bu üsul, onun yeni formalarının – sosial 
müvəkkillik, 
özünüdərkin 
inkişafı və yüksəldilməsi və s. 
əsaslandırılması məsələlərini ön plana çəkməyə çalışırdı. Sosial 
özünümüdafiə, sosial subyektlilik rolunun yüksəldilməsi kimi məsələlər 
xüsusi vurğulanırdı. 
Sosial işin məzmununun elmi cəhətdən dərk edilməsi 
məsələlərində ən kəskin tənqidi radikal mövqeyi marksizm tuturdu. 
Bununla əlaqədar, sosial iş haqqında 3 əsas mövqe meydana çıxır. 
1.
Mütərəqqi mövqeyə görə, sosial iş dəyişikliklərin müsbət 
faktorudur, çünki o, əhalinin zəhmətkeş təbəqələrini istismar edən 


155 
burjua cəmiyyətinin köməyə ehtiyacı olan sosial qruplarını 
birləşdirir. Müvafiq vəziyyətdə sosial işçi çox böyük qüvvədir, 
çünki o, insanların mənlik şüurunun oyanmasına, dəyişikliklərin 
aparılması üçün onların kollektiv hərəkətlərə qalxmalarına 
köməkçi olur;
2.
Reproduktiv mövqe, sosial işçilər, fəhlələri və zəhmətkeşləri 
istismar edən burjua cəmiyyətində sinfi nəzarətçi rolunu oynayan 
agentlər kimi təqdim edir;
3.
Ziddiyyətli mövqe, sosial işi, bir tərəfdən, kapitalist cəmiyyətini 
zəiflədən və zəhmətkeş kütlələrin konsolidasiyasını təmin edən, 
əhəmiyyətli ictimai hadisə hesab edir, digər tərəfdən isə, sosial 
işçilər, kapitalist cəmiyyətindəki sosial gərginliyi azaltmaqla, onun 
sabitliyini təmin edənlər funksiyasın yerinə yetirməli olurlar. 
Əgər sosial işin ənənəvi modelinin radikal tənqidini ümumiləşdirmiş 
olsaq, onda onları aşağıdakı müddəalarla ifadə etmək olar: 

ənənəvi sosial iş, mürəkkəb sosial problemləri fərdi-psixoloji 
səviyyədə izah etməyə çalışdığından, ―günahkar‖ tapmaq 
tendensiyası yaranır və sosial mənşəli problemlərin 
məsuliyyətini kliyentlərin üzərinə atırlar; 

ənənəvi sosial iş, insanları sosial problemlərlə ―cilovlayır‖ və 
onların diqqətini çətinliklərlə qarşılamamaları üçün onlara 
kömək edə biləcək digər mövcud məsələlərdən uzaqlaşdırır; 

ənənəvi sosial iş istismar cəmiyyətini gücləndirir, sosial 
münaqişələri dəf etməklə onun sabitliyini artırır. 
Ənənəvi modeli tənqid etməsinə baxmayaraq, sosial işin bu 
modelləri arasında çoxsaylı əlaqələr də mövcuddur: 
Birincisi, həm ənənəvi, həm də radikal model israr edir ki, məhz 
cəmiyyət, şəxsiyyətin fərdi həyatında problemlərin yaranmasına şərait 
yaradır; 
İkincisi, hər iki üsul insanlarla cəmiyyət arasındakı münasibətləri 
qarşılıqlı, interaktiv, transaksional münasibətlər kimi nəzərdən keçirir və 
qeyd olunur ki, biz öz sosial əhatəmizə təsir göstərdiyimiz kimi, o da 
bizə təsir göstərməyə qabildir; 
Üçüncüsü, hər iki üsul, müştərinin muxtariyyətini nəzərdə tutur; 


156 
Dördüncüsü, hər iki üsul, müştərinin həyati situasiyasının dərk 
etməsinin vacibliyini və onun müsbət tərəflərinə təsirin göstərilməsinin 
önəmliliyini vurğulayır. 
Sosial işin sosioloji yönümlü nəzəriyyələri sırasına həll modeli də 
aiddir. O, aşağıdakı məqsədlərin əldə edilməsini nəzərdə tutur: 
1.
Kliyentə mövcud problemlərinin həlli ilə əlaqədar özlərinin 
―kazual agentlər‖ olduqlarının tılqin edilməsi məsələsində 
köməyin göstərilməsi; 
2.
Kliyentlər tərəfindən sosial işçinin, onun üçün faydalı olan 
səriştəli və səlahiyyətli mütəxəssis kikmi qəbul edilməsinə 
köməyin göstərilməsi; 
3.
Kliyent tərəfindən sosial işçinin, onun bəzi problemlərinin 
həllində maraqlı olan tərəf, əməkdaş kimi qəbul edilməsi; 
4.
Sosial işin təşkilinin hakim və səlahiyyətli strukturunun kliyent 
tərəfindən mürəkkəb, lakin açıq bir qurum kimi qəbul 
edilməsinə köməyin göstərilməsi. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə