Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işdə psixodinamik yanaşma və psixoanalizm



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə59/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   55   56   57   58   59   60   61   62   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

8.5. Sosial işdə psixodinamik yanaşma və psixoanalizm 
Sosial 
işdə 
psixodinamik 
ideyaların 
münasibliyinin 
qiymətləndirilməsi zamanı insan davranışının psixoanalitik anlamının 
böyük əhəmiyyəti ilə bu yanaşmanın müdaxilə metodu kimi tətbiqinin 
məhdudluğu arasındakı vacib fərqi nəzərə almaq lazımdır. Psixodinamik 
yanaşma sosial işçinin kliyentlərin şəxsi həyatlarında baş verənləri və 
razılaşdırılmış sosial işdə kliyentlə olan xüsusi münasibətlərini anlaması 
baxımdan böyük əhəmiyyət kəsb edir. 


161 
Sosial iş təlimi proqramlarında psixoanalitik düşünmə tərzinin 
tədris üsulunu yaxşılaşdırmaq lazımdır. Öyrənmə, həm təcrübənin 
yaşanması səviyyəsində, həm də koqnitiv səviyyədə baş verməlidir. 
Akademik anlamın peşəkar və şəxsi təcrübə ilə uzlaşması zəruridir. Bu, 
tələbələrin, müəllimlərin və təcrübələrin mənlik şüuru və emosional 
resurslar qarşısında tələblər qoyacaqdır. 
Məsləhət işində psixodinamik yanaşmanın teztəsirli davranış 
yanaşmasına üstünlük verən bəzi sosial iş məktəbləri tərəfindən tənqidə 
məruz qalmasına baxmayaraq, o, sosial işdə uzun müddət aparıcı mövqe 
tutmuşdur. 1980-ci illərdə artıq psixoloji məsləhət xarici ölkələrdə bir 
tərəfdən psixoterapiyadan, digər tərəfdən isə, məsləhət və tövsiyyələrdən 
qəti olaraq fərqləndi və ilk növbədə sosial işin daxili olduğu yardımla 
əlaqədar ixtisaslar çərçivəsində metod kimi yüksək qiymətləndirilirdi. 
Konsultasiyada bu və ya digər yanaşmanın üstün tutulmasına, adətən, 
müəyyən ölkədə bərqərar olmuş tarixi ənənələr, xüsusən, əvvəl mövcud 
olmuş psixoloji və psixoteravtik məktəblər təsir edirlər. Müasir dövrdə 
inkişaf etmiş sosial məktəb sistemlərində iki başlıca məktəb – 
psixodinamik
və 
şəxsi-oriyentasiyalı 
məktəblər 
dominantdırlar. 
Psixodinamik ideyalar həm Qərbi, həm də Şərqi Avropa mədəniyyətində 
inkişaf etməkdə davam etdiyi üçün konsultasiya zamanı bu yanaşma 
daha məqbul və səmərəli sayılır. 
Psixodinamik yanaşmada kliyentlə konsultant arasındakı mərkəzi 
qarşılıqlı münasibətlərə böyük əhəmiyyət verilir. Lakin bu yanaşma 
sadəcə kliyentlə birgə olmaq kimi səciyyələndirilə bilməz. Bu, 
münasibətlərin kəsb etdiyi məna və kliyent barədə verdiyi bilgi sosial 
işdə psixoanalizin 
insayt
adlandırdığı hadisə ilə bağlıdır. İnsayt sosial 
işin hər üç formasında – konsultasiyada, resursların axtarışında və 
yardım şəbəkəsinin yaradılmasında dəyişmə prosesinə verdiyi norma 
böyükdür. Nəticədə hiss edən və müşahidə edən Eqo güclənir, başqa 
sözlə, insanda ―Mən‖ hissi güclənir. Beləliklə, kliyent həm də öx daxili 
hiss və reaksiyalarını anlamaqla onlar üzərində nəzarəti öz üzərinə 
götürmə imkanını insayt vasitəsilə qazanır. 
Sosial iş praktikası göstərdi ki, bir çox psixoanalitik konsepsiyalar 
nəinki psixoanalitikin kabinetində, həm də real sosial iş ―sahəsində‖ də 
(sosial-fieldwork) səmərəli işlək oldu. Psixodinamik yanaşmanın ―sosial 


162 
işin bu yönümünə (psychodynamic social work) relevant olan başlıca 
ideyaları aşağıdakılardır:
-psixoloji müdafiələr (proyeksiyalar, aqressorla identifikasiya
reallığın inkarı və s.); 
-dəyişikliklərə qarşı müqavimət; 
-ambivalentlik (kliyentdə arzuların və kontarzuların olması); 
-Eqo-nun təsəvvür olunan və real Eqo-ya bölünməsi (splittinq); 
-obyektə münasibətdə pozisiyalar (MŞKlyan): paranoyal və 
―depressiv‖ mövqe; 
-qayğı çəkmək, narahat olmaq qabiliyyətinin inkişafı (Z.Freyd, 
D.Vinnikott); 
-köçürülmə və kontr-köçürülmə; 
-refleksiya prosesi; 
-pozisiya deyil, təcrübənin yaşanmasıdır (―working through‖); 
-kliyentin əsas problemlərinin işlənilməsi; 
-müdaxilə deyil, anlama; 
-dilemmaların kliyent tərəfindən həlli (məsələn, inam-asılılıq, 
mütilik-avtonomluq; rəqabət-əməkdaşlıq, dəyişmə-itki); 
-inkişafda təsbit nöqtələrinə qayıtma (xüsusilə uşaqlarla işdə). 
Bütün bu ideyalar Z.Freyd və onun ardıcılları tərəfindən irəli 
sürülmüş və işlənilmişdir. Praktikada isə onlardan yalnız psixoanalitiklər 
və psixoterapevtlər deyil, həm də gündəlik işlərində uşaqda ana 
dprivasiyası, simbiotik münasibətlər, psixoloji asılılıqlar, özünüdağıdıcı 
davranış, kəskin davranış, müdafiə reaksiyaları, aqressiya (məsələn, 
doğmalara münasibətdə), ailədə, hökmranlıq problemi (məsələn, 
qısqanclıq), narsist şəxsiyyətlərin davranışı və başqa uğursuzluq 
fenomenləri ilə üzləşən sosial işçilər də istifadə edirlər.
Psixoanalizin banisi Z.Freyd həm də adaptiv yanaşmaın əsaslarını 
yaratmışdır. ―Uyğunlaşma konsepsiyası‖ təhrik ilə obyektin qarşılıqlı 
əlaqəsi problemlərinin tədqiqi zamanı Freyd tərəfindən düşünülmüşdür.


163 
Köçürmə - təhlil materialının başlıca və daha önəmli 
mənbələrindən, daha əhəmiyyətli motivasiyalardan biri olmaqla yanaşı, 
konsultasiiyanın və digər yardım növlərinin uğurlu olması yolunda ciddi 
bir maneədir. Kliyentin dərkolunmaz həvəslərinin frustrasiyası onu öz 
libido və aqressiv impulslarını (təhriklərini) kpçürəcəyi obyektləri 
şüursuz olaraq axtaran bir subyektə çevirir. Kliyent öz keçmişini indiki 
anda mövcud olan, aktual insani münasibətlərin qurulması vasitəsilə 
təkrarlanmağa meyllidir. Təmin olunmaq üçün o, yalnız yenidən 
yaşanmalı deyil, eyni zamanda həyəcan və günahı müəyyən qədər özünə 
tabe etməlidir. Köçürmə - keçmişdən ―qurtulma‖, indinin keçmiş 
vasitəsilə yanlış anlaşılmasıdır; sosial iş praktikasında köçürmənin 
vacibliyi o faktla şərtlənir ki, köçürmə reaksiyası lazımi şəkildə 
işlənilmədiyi halda, kliyent yardım edən insana münasibətdə öz 
keçmişindən olan bu konkret insanla o qədər də uzlaşmayan əhəmiyyətli 
hisslər keçirir. 
Unutmayaq ki, kliyent özünün müəyyən davranış və ya 
reaksiyalarını dərk etmək və onlar üzərində işləmək əvəzinə, onları 
təkrar etməyə meyllidir. Təkrar həmişə dərketmə və hafizə 
funksiyalarına qarşı müqavimət kimi çıxış edir. lakin kliyent yennidən 
təkrar yolu ilə pz keçmişi üçün analitik vəziyyətə daxilolma imkanı 
qazanır. 
Köçürmə reaksiyalarının fərqli təsnifatları mövcuddur. Adətən, 
pozitiv və neqativ köçürmə formalarını ayırd edirlər. ―Pozitiv köçürmə‖ 
əhəmiyyətli dərəcədə başqasına olan rəğbət hissi, məhəbbət və hörmət 
reaksiyalarına şamil edilir. ―Neqativ köçürmə‖ anlayışı isə, həmin 
adama qarşı hiss olunan aqressiya, qəzəb, antipatiya, nifrətin növlərinə 
aid edilir. 
Psixoterapiyanın analitik formalarında köçürmə reaksiyaları təhlil 
olunmur, lakin onlarla işləyirlər. Terapevt keçmişdən olan əhəmiyyətli 
fiqurun (real və ya fantastik) ona sırınmış rolunu qəbul edərək, 
pasiyentin uyğun infantil arzularının təzahürünə imkan verir. Terapevt 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə