Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işçilərin məsuliyyəti və öhdəlikləri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə62/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   58   59   60   61   62   63   64   65   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

9.2. Sosial işçilərin məsuliyyəti və öhdəlikləri 
Kliyentə qarşı öhdəliklər: 

Sosial işçi ilk növbədə kliyentin rifahını önə çəkməli və kliyentin 
maraqlarını müdafiə etməlidir.

Öz müqəddəratını təyin etməyə-sosial işçi kliyentin həyat tərzi və 
dəyərlərindən asılı olmayaraq seçim etmək və qərar vermək 
hüququna hörmətlə yanaşmalıdır. 

İnformasiyanın 
alınmasına 
əsaslanan 
yanaşma 
– 
işə 
başlamamışdan əvvəl sosial işçi kliyentlə onun həyat situasiyası ilə 
bağlı hərtərəfli və dolğun məlumat verməisnə zəmanət verən yazılı 
razılaşma imzalanmalıdır. 


170 

Maraqların toqquşması – sosial işçilər ədalətli mühakimə və 
peşəkarlığa mane olan maraqların toqquşmasından qaçmalıdır. 
Maraqların real və potensial münaqişəsi yarandıqda, sosial işçilər 
bu haqqda kliyentə məlumat verməli, kliyentin maraqlaırnı 
müdafiə edən rassional addımlar atmalıdırlar. 

Məxfiliyi qorumaq – kliyentin verdiyi məxfi məlumatlar özünə
ikinci bir şəxsə və ya cəmiyyətə ziyan vurmayacaq təqdirdə sosial 
işçilər tərəfindən gizli saxlamalıdır. 

Xidmətlər üçün ödəniş – ödəniş təyin edərkən sosial işçilərin 
ödənişin əsaslı, ədalətli və 
həyata keçirilən xidmətlərə 
uyğunluğuna əmin olmalıdır. Sosial işçilər peşəkar xidmətin 
ödənişi müqabilində kliyentdən xidmət və ya əmtəə almaqdan 
çəkinməlidir. 

Qərar qəbul etmək bacarığı məhdud olan kliyentin qərar qəbul 
etməsinə köməklik – qərar qəbul etmək bacarığı məhdud olan 
kliyentin adından çıxış edən sosial işçilər kliyentin hüquqlarını və 
maraqlarını müdafiə etmək üçün əsaslı addımlar atmalıdır. 

Xidmətlərin fasiləsi – sosial işçilər qeyri-müyəssərlik, yerdəyişmə, 
xəstəlik, əlillik, ölüm və başqa amillər, narahatlıq halları müşahidə 
olunmur. 

Xidmətlərin istifadəsinin sona çatdırılması – xidmətlər və sosial 
işçilərlə kliyentlər arasındakı peşəkar münasibətlərə artıq ehtiyac 
olmadıqda və kliyentin ehityaclarına və maraqlarına xidmət 
etmədikdə 
dayandırılmalıdır. Etik standartlar (müraciətçi, 
cəmiyyət, iş yeri, əməkdaşlar qarşısında) sosial işçilər kliyentlərə, 
əməkdaşlara, cəmiyyətə qarşı bir sıra etik standartları qorumalıdır. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə