Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə60/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   56   57   58   59   60   61   62   63   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

sevən, dəstək verən
və ya əksinə, 
cəzalandıran
valideyn kimi davrana 
bilər. Bunun nəticəsində isə pasiyent müvəqqəti olaraq özünü yaxşı hiss 
edər və hətta sağala bilər.


164 
Müqavimət, psixoanalizin yaratdığı nəzəri konsepsiya deyil, o, 
köçürmə kimi fenomental reallıqdır. Bu, pasiyentin adi həyatında 
istifadə etdiyi müdafiə müxanizmlərinin təkrarıdır. Psixi hadisələrin 
bütün variasiyaları və davranışın müxtəlif formaları müqavimət məqsədi 
ilə istifadə oluna bilər. 
Psixoanalitik terapiya, müqavimətin müfəssəl, sistematik təhlili ilə 
xarakterizə olunur. Psixoanalitik yönümlü yardımçının vəzifəsi 
pasiyentin 
necə, nəyə və nə üçün
müqavimət göstərdiyini müəyyən 
etməkdən ibarətdir.
Konsultant kliyenti psixoanalitik yanaşma baxımdan dinləyir, 
anlayır və uyğun olaraq intervensiyanı (yəni müdaxiləni) həyata keçirir. 
R.Patton və A.Meara psixoanalitik konsultasiyanın aşağıdakı başlıca 
proseslərini ayırmışlar: 
1.
Materialın kliyent tərəfindən daha yaxşı açılması üçün söhbətdə 
fəal mövqe əlverişlidir. Məsləhətçi söhbətə olan marağını, öz 
iştirakını nümayiş etdirir; kliyent materialı mümkün qədər 
sərbəs təqdim edir, bununla yanaşı bəzən qarşı tərəf fəal 
olmalıdır. 
2.
Köçürmə. Bütün kliyentlər məsləhətçi ilə transfer münasibətlər 
yaratmağa əvvəlcədən hazırdırlar; transfer köçürmə uşaqlıq 
ümidləri və arzularının aktual vəziyyətə köçürülməsindən ibarət 
normal prosesdir. Köçürmə kliyentin çətinliklərinin anlaşılması 
üçnü mərkəzi əhəmiyyət kəsb etdiyi üçün kliyent və məsləhətçi 
tərəfindən təhlil olunmalıdır. 
3.
Məsləhətçi prosesi müşahidə edir, onu müəyyən psixoanalitik 
nəzəriyyə 
nöqteyi-nəzərindən 
anlayır, 
özünün 
kontr-
köçürmələrini və affektiv reaksiyalarını öyrənərək, kliyentə şərh 
edir. 
4.
Kliyent məsləhətçi şərhləri üzərində düşünür və onları öz 
tələbatlarına uyğunlaşdırır. 
5.
Kliyent öz köhnə yanaşmalarından əl çəkir, onları dəyişdirir və 
beləliklə, özü haqda yeni biliklərə uyğunlaşır.
Bu proseslər aşağıdakı funksiyaları daşıyır: elan olunan şikayət və 
problemlərin azalması; cari çətinliklərə səbəb olan amillər haqda bilik 
əldə etmək; yeni tapılmış imkanların tətbiqini planlaşdırmaq. 


165 
Kliyent həmişə danışmağa sadəcə olaraq, aprior şəkildə qabil deyil. 
Buna görə də materialın bir hissəsini təqdim edir, digər hissə isə gizli 
(həm də kliyentin özü üçün) qalır. Məsləhətçi nümayiş olunan 
davranışın latent informasiyası barədə təsəvvürüqazanmalıdır. Bir şeyin 
unudulmadığı və dərk olunduğu təqdirdə bunu etmək asanlaşır: kliyentin 
materialının dağınıq hissələrini ümumi mövzu birləşdirir. Bu mövzu 
kliyentin şüursuz materialının məhsulu kimi başlanğıc şikayətlərdə 
tapıla bilər. Bununla yanaşı, nəzərdə saxlamaq lazımdır ki, 
kommunikasiya həmişə bir neçə səviyyədə həyata keçirilir: 
1.
Nümayiş olunan səviyyə: adi dildə, gündəlik istifadə. 
2.
Latent məna: arzular və cəhdlər şəklində ifadə olunur. 
3.
Nümayiş olunan davranışın kükəndə məsləhətçiyə və başqa 
əhəmiyyətli fiqurlara istiqamətləndirilmiş köçürmədə yerləşən 
arzuların dili dayanır. 
Kliyentin nümayiş etdirdiyi kommunikasiya onun şüursuzluq 
kommunikasiyasından törəmədir. Köçürmə bu kommunikasiya vasitəsilə 
təzahür edir. Bu latent kommunikasiya artıq ilk şikayətlərdə iştirak edir. 
Məhz bu səbəbdən söhbətə kliyentin cari hadisələr barədə hekayətindən 
başlamaq məsləhət görülür. Bu hadisələr isə kliyentin daxili həyatına və 
təqdim 
etdiyi 
problemlərə 
uyğunluqları 
nöqteyi-nəzərindən 
anlaşılmalıdır. 
Psixoanalitik konsultasiyaya görə hər bir stressə müəyyən hiss 
uyğundur: 

Depressiya itkiyə uyğundur. 

Utanc. Bu, bədənə və ya özünqiymətləndirməyə olan zərərə 
qarşı adi reaksiyadır və günah, pərtlik, alçalma hissləri ilə 
bağlıdır. 

Aqressiya. Aqressiya intellektual funksiyalardan istifadəyə 
mane olur.
Özünün əsas səhvlərini öyrənərək pasiyent köhnə yollarla getməyə 
davam etmək və ya yeni istiqamətlərdə hərəkət etmək barədə qərar 
vermək imkanı qazanır. Adlerin yanaşmasının tərəfdarları hesab edirlər 
ki, hətta pasiyent tərəfindən bu istiqamətlərin seçimi faktında da azadlıq, 
sərbəstlik elementi çox vacibdir. Q. və R.Ansbaxerlər qeyd edirdilər ki, 


166 
―məsləhət alan şəxs istənilən şəraitdə əmin olmalıdır ki, o, müalicəyə 
münasibətdə tamamilə sərbəstdir. O, bir şeyi edəm də bilər, etməyə də. 
Hər şey onun özündən asılıdır‖. Pasiyent öz marağı ilə sosial maraq 
arasında seçim edə bilər. Əgər pasiyent dəyişmə yolunu seçirsə, bu 
zaman təhsil prosesinin qarşısına qoyduğu məqsədlər aşağıdakılardan 
ibarət olur:

Sosial marağın tərbiyyə olunması; 

Natamamlıq hissinin azaldılması, pozuntuların dəf olunması, 
şəxsi resursların müəyyən olunması, qəbul edilməsi və 
onlardan istifadə; 

İnsanın həyat tərzinin, yəni həyatın və onun məqsədlərinin 
dərki səviyyəsinin dəyişməsi; terapevtik məqsəd – ―böyük 
səhvlərin kiçik səhvlərə‖ transformasiyası; 

Hətta məqbul davranışın əsasında duran səhv motivasiyanın 
dəyişdirilməsi və ya dəyərlərin əvəz edilməsi; 

Fərdin insanlarla bərabərliyin etirafına rəvac vermək. 
Bu məqsədləri əldə edən kliyentlər özlərinin kimə və ya nəyə aid 
(lazmı) olduqlarını hiss edəcəklər, həmçinin özlərini və başqalarını daha 
düzgün qavranmağa başlayacaqlar. Onlar hiss edəcəklər ki, öz talelərini 
real həyat çərçivəsində qura bilərlər. Belə pasiyentlər, adətən onların 
davranışının qəbul olunduğunu və mükafatlandırıldığını görürlər. 
Onlarda optimizm, özünəinam, cəsarət, əminlik hissi yaranır.


167 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə