Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Cəmiyyətin təşkilində sosial işin əhəmiyyəti



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə68/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   64   65   66   67   68   69   70   71   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

10.2. Cəmiyyətin təşkilində sosial işin əhəmiyyəti 
 
İnsan-şəxsiyyət-qrup-cəmiyyət 
bütün 
maddi 
dünyanın 
təkamülünün törəməsi kimi bir-biri ilə sıx surətdə bağlıdır. Bu qarşılıqlı 
əlaqə və təsir isə cəmiyyətin inkişafına uyğun olaraq daim 
yeniləşməkdədir. Sosial sistem kimi səciyyələnən ictimai həyatın başlıca 
ünsürləri məhz insanlar, onların əlaqələri, qarşılıqlı fəaliyyəti və 


184 
münasibətləridir. Bu əlaqə, qarşılıqlı fəaliyyət və münasibətlər davamlı 
inkişaf xarakteri daşıyır, tarixi prosesdə təkrar istehsal olunur və 
nəsildən nəslə keçir. 
Cəmiyyətin mahiyyətinin tədqiqinə, izah edilməsinə müxtəlif tarixi 
dövrlərin alimləri sıx qarşılıqlı əlaqədə olan ünsürlərin bütöv sistemi 
kimi yanaşmışlar. Belə metoda üstünlük verilməsi tamamilə təbiidir. 
Cəmiyyətin bu cür araşdırılması elmdə sistemli yanaşma adlanır. 
Cəmiyyətin tədqiq edilməsinə sistemli yanaşmanın əsas vəzifəsi onun 
haqqında olan müxtəlif bilikləri bütöv sistemdə birləşdirməkdən 
ibarətdir. 
Cəmiyyət haqqında nəzəriyyələrin
– cəmiyyətə bütöv sistem 
kimi yanaşmanın başlıca prinsiplərini araşdırmaq üçün aşağıdakı əsas 
anlayışları müəyyənləşdirmək zəruridir. Bunlardan biri 
sistem 
anlayışıdır
. Sistem müəyyən tərzdə nizamlanmış, öz aralarında 
qarşılıqlı əlaqədə olan və vahid bir tamı yaradan üsnürlər çoxluğudur. 
Bütöv tam sistemlərin daxili təbiətini, məzmun tutumunu, onların 
təşkilinin maddi əsasını, ünsürlərinin tərkibini, düzümünü müəyyən edir. 
İkincisi
, sosial sistemdir. O, bütövlük kəsb edən anlayışdır və əsas 
ünsürlərini insanlar, onların qarşılıqlı əlaqələri, təsir və münasibətləri 
təşkil edir. 
Üçüncüsü
, sosial əlaqə anlayışıdır. Bu, müəyyən məqsədə 
nail olmaq üçün konkret birliklərdə və konkret vaxtda birgə fəaliyyəti 
şərtləndirən faktların məcmusu kimi səciyyələnir. Sosial əlaqələr 
insanların əhval-ruhiyyəsi ilə deyil, obyektiv surətdə yaranır. Həmin 
əlaqələrin təşəkkülünü fərdlərin yaşadığı və fəaliyyət göstərdiyi sosial 
şərait müəyyənləşdirir. Sosial əlaqələrin mahiyyəti bu və ya digər sosial 
birliyi təşkil edən insanların fəaliyyətinin xarakter və məzmununda ifadə 
olunur. Bir çox sosioloqlar sosial əlaqələri qarşılıqlı münasibətlər, 
qarşılıqlı təsir əlaqələri, sosial nəzarət əlaqələri, təminatlı əlaqələr və 
təşkilati əlaqələr kimi səciyyələndirir və qruplaşdırırlar. Belə 
qruplaşdırma mütləq xarakter daşımasa da, həmin əlaqələr barəsində 
nisbətən dolğun təsəvvür yaradır. Cəmiyyətə sistemli yanaşmanın digər 
prinsipi sosial qarşılıqlı təsirdir. Sosial qarşılıqlı təsir prosesində insanlar 
bir-birinə təsir göstərir və biri digərinin təsirini hiss edir. Sosial qarşılıqlı 
təsir mexanizminə bu və ya digər fəaliyyəti həyata keçirən fərdlər, 
həmin fəaliyyətin nəticəsində sosial birliklərdə və ya bütövlükdə 
cəmiyyətdə baş verən dəyişikliklər, bu dəyişikliklərin sosial birliyi təşkil 
edən digər fərdlərə təsiri, nəhayət, fərdlərin əks reaksiyası daxildir. 


185 
Qarşılıqlı təsir yeni sosial münaisbətlərin bərqərar olmasına gətirib 
çıxarır. Sosial münasibətlər isə fərdlər və sosial qruplar arasında nisbi 
dayanıqlı, möhkəm və müstəqil əlaqələrdir. Beləliklə, cəmiyyət çoxlu 
fərdlərdən, 
onların sosial əlaqələrindən, qarşılıqlı təsir və 
münasibətlərindən yaranır. Eyni zamanda cəmiyyət fərdlərin, onların 
qarşılıqlı təsir, əlaqə və münasibətlərinin sadəcə məcmusu deyildir. 
Cəmiyyətin 
öyrənilməsinə 
sistemli yanaşmanın tərəfdarı olan 
tədqiqatçıların nöqteyi-nəzərincə, o, bütöv sistemdir, yəni cəmiyyət
səviyyəsində fərdi fəaliyyət, əlaqə və münasibətlər həm də yeni sistem 
keyfiyyəti yaradır. Sistem keyfiyyəti isə xüsusi keyfiyyət halıdır ki, ona 
da ünsürlərin sadəcə məcmusu kimi baxmaq olmaz. İctimai qarşılıqlı 
təsir və münasibətlər fərdin və şəxsiyyətin fövqündə duran anlayış 
xarakteri kəsb edir, yəni cəmiyyət fərdlərə münasibətdə ilkin olan, 
müəyyən qədər müstəqil varlıqdır. Dünyaya gələn hər bir fərd əlaqə və 
münasibətlərin müəyyən strukturu ilə qarşılaşır, sosiallaşma prosesinə 
məruz qalaraq ona qovuşur. 
Bütöv sistemə çoxsaylı əlaqə, qarşılıqlı təsir və münasibətlər 
xasdır. Onlardan ən səciyyəvisi korrelyativ əlaqə və münasibətlərdir ki, 
ona 
da 
ünsürlərin 
koordinasiya 
və 
subordinasiyası daxildir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə