Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə66/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   62   63   64   65   66   67   68   69   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

9.5. Sosial işdə etika 
Sosial işdə etikanın rolu təkzibedilməzdir. Etikanın əsas 
kateqoriyaları olan – xeyir və şər, xeyirxahlıq, borc, məsuliyyət və s. 
sosial işdə iki məna kəsb edir. Bir tərəfdən, cəmiyyətdə və qrupda 
yaranmış münasibətləri təsvir edən kateqoriyalar, digər tərəfdən, 
şəxsiyyətin özünə, başqalarına və müxtəlif sosial proseslərə münasibəti 
kimi. 
Sosial iş peşə kimi, mənəvi seçim və etik davranışın ayrıcında 
durmuşdur. Ona görə də, insan davranışının tənzimləyiciləri olan ictimai 
əxlaq, fərdi-mənəvi nəzarət, faktorları sosial işin də tənzimləyiciləri olan 
ictimai əxlaq, fərdi-mənəvi nəzarət faktorları sosial işin də 
tənzimləyiciləri kimi çıxış edirlər. İctimai əxlaqın ümumi tələbləri ilə 
yanaşı, sosial iş həm də, peşəkar etikanın – məxfilik və tolerantlıq kimi 
prinsipləri ilə də tənzimlənir. 
Humanism və mənəviyyata əsaslanmaqla, sosial iş özünün bütün 
tarixi ərzində qoruyub saxlamağa nail olduğu dəyərlər sistemi ilə 
insanların rifahın sosial ədalətə, ləyaqətə yönəldir. Sosial işçilərin 
gündəlik etik problemləri isə böyük dəyişikliklərə məruz qalmışdır. 
(məsələn, kompyuterləşmə şəraitində məxfiliyin qorunub saxlanılması). 
Belə etik problemlərin bir neçə səviyyəsini seçib ayırmaq olar: 
1.
Sosial işin dəyərlər bazasının onun məqsəd və vəzifələrindən 
asılılığı; 
2.
Peşənin etik standartlarının işlənib hazırlanması; 
3.
Sosial işçinin peşəkar vəzifəsinin etik dilemması. 


180 
Sosial işin dəyərlər bazası problem, birbaşa onun humanist məzmunu 
ilə əlaqədardır. Belə ki, sosial işin ən aparıcı dəyəri kimi şəxsiyyət çıxış 
edir. Hər bir şəxsin, ən ali dəyər olaraq, həyatının məzmununun 
zənginləşdirilməsi, bütövlükdə, həyatın məzmununun dəyişdirilməsini 
nəzərdə tutur. 
Sosial iş subyektləri onlara kömək etmək xahişi ilə müraciət edən hər 
kəsə, diskriminasiyaya yol vermədən kömək etməlidirlər, çünki bu 
onların haqqıdır. Humanist yönüm sosial iş subyektlərini kliyentlə 
qarşılıqlı əlaqələr, əməkdaşlıq qurmağa ruhlandırır, başqalarının 
maraqlarına xələl gətirməməyi onlara tövsiyə edir. 
Peşənin etik standartı, etik davranışın prinsip və xüsusiyyətlərini 
özündə birləşdirir. Burada, sosial işin proqram vəzifələri və 
uzunmüddətli dəyərləri, tövsiyə və qadağa prinsipləri, sosial işçilərin 
məsuliyyət və səlahiyyətlərini müəyyənləşdirən başlıca müddəalar 
açıqlanır. Bu balansın əsasında ümumfəlsəfi məsuliyyət konsepsiyası 
durur. Sosial işin prinsipi kimi məsuliyyət konsepsiyası durur. Sosial 
işin prinsipi kimi məsuliyyət, müştəri (onun maraqlarının üstünlüyü), 
kolleqalar (əməkdaşlıq, hörmət) iş verənlər (müvafiq sosial müdafiə 
orqanı qarşısında vəzifələrin yerinə yetirilməsi) səviyyəsində 
gerçəkləşdirilir.
Özlərinin praktiki fəaliyyətlərində sosial işçilər çoxsaylı etik problem 
və dilemmalarla qarşılaşmalı olurlar. Şübhəsiz ki, bu, peşənin 
özünməxsus xüsusiyyətidir və müştəri, həmkarlar, cəmiyyət qarşısında 
mütəmadi olaraq özünü büruzə verir. Müvafiq problem sahələri və etik 
dilemmalar bütün ölkələr üçün eyni deyildir, lakin bir qrup dilemmalar 
vardır ki, onlar sosial köməyin bütün modelləri üçün eynidir: 
-müstəqillik və manipulyasiya; 
-paternalizm və özünümüəyyənləşdirmə; 
-hərtərəfli razılaşdırma prinsipi; 
-həqiqəti söyləmək zərurəti; 
-məxfilik və məlumatların özəl xarakteri
-qanunlar və müştərinin rifahı; 


181 
-şəxsi və peşəkar dəyərlər. 
Sosial işçilərin bəzi fəaliyyət dairəsini əhatə edən etik kodekslər, 
heç də həmişə mükəmməl səviyyədə olmur. Birincisi, ona görə ki, onlar 
ümumi sözlərlə ifadə olunmaqla, xeyli mücərrəddirlər, ikincisi isə, bəzi 
hallarda həmin kodekslərin özünün məzmununda elə prinsiplər mövcud 
olur ki, onlar özləri də dilemma yaradırlar.
Beləliklə, peşəkar sosial iş prinsipinin əsasında, ən ali dəyər olan 
humanism durur. Bu humanism sosial işin bütün sahələrinə - peşəkar 
fəaliyyətə, elmi tədqiqata və s. sirayət edir. 
Etik kateqoriyaların qeyri-adekvat anlamı, bəzi hallarda, həm 
şəxsiyyət, həm də cəmiyyət səviyyəsində bir sıra münqaişələrə (sosial 
münaqişələrə) səbəb ola bilər. Sosial iş nəzəriyyə və praktikasında etik 
kateqoriyalar bir sıra hallarda zorakılıq problemi ilə sıx əlaqədar olur.
Özünü şəxsiyyət kimi dərketmə prosesi hər kəsdə eyni olmur. Belə 
ki, bəziləri ədalətsizlik, azadlıq və sülh uğrunda mübarizəyə hazır 
olduqları halda, digərləri buna qadir deyillər. Xülyaya dalıb, hər kəsin 
qeyri-zorakı yol seçərək, zorakılığa son qoyacağına da ümid bəsləmək 
olmaz. Özünün vacib təyinatına görə, tərbiyənin də dünyanı 
dəyişəcəyinə inanmaq olmaz. Qeyri-zorakılıq təkcə təbəəliyin, 
tabeçiliyin psixoloji mexanizmlərinin məhvinə doğru yönəlməklə 
kifayətlənməyib, zorakılığın mövcud olduğu məkan və zamanda özünə 
yer etməli, müstəqilliyi və məsuliyyəti dəstəkləməlidir.


182 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə