Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işin kompleks modelləri. Sosial-pedaqoji modeli



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə57/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   53   54   55   56   57   58   59   60   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

8.3. Sosial işin kompleks modelləri. Sosial-pedaqoji modeli 
Sosial işin kompleks modelləri sırasına aşağıdakılar aiddir:
 
1.
Sosial-pedaqoji 
2.
Vitalist 
Sosial iş nəzəriyyəsində sosial pedaqogika modeli də önəmlidir.
Sosial pedaqogika – sosial işin tərkib hisssəsidir. O, böyüməkdə olan 
nəslin sosiallaşmasına mühitin sosial faktorlarının təsirini tədqiq edən, 
sosial mühitin konkret şərtləri nəzərə alınmaqla, şəxsiyyət, qrup, ərazi 
səviyyəsində tərbiyənin optimallaşdırılması məqsədi ilə səmərəli 
tədbirlər sistemini hazırlayan və gerçəkləşdirən bir elm kimi xarakterizə 
edilir. Bu elm, insanı sosial dəyərlər dünyasında müşayiət etməklə, onun 
müəyyən mühitə uyğunlaşmasına köməkçi olur.
Sosial işin sosial-pedaqoji modelinin özünəməxsusluğunu 
müəyyənləşdirərkən bir faktı nəzərə almaq lazımdır ki, sosial 
pedaqogika bir elm, tədris fənni və pedaqoji praktikanın bir sahəsi kimi, 
böyüməkdə olan nəslin, bütövlükdə isə əhalinin çox səviyyəli 


157 
sosiallaşması vəzifəsini qarşısına məqsəd qoyur. Beləliklə, sosial 
pedaqogikanın 
vəzifəsi, 
təkcə 
şəxsiyyətin 
sosial 
mühitə 
uyğunlaşdırılmasını öyrənməklə bitmir, həmçinin, pedaqoji problemlərin 
həlli nəzərə alınmaqla, həmin mühitin dəyişdirilməsində iştirakını da 
öyrənir. Bu nöqteyi-nəzərdən sosial pedaqogikanın inkişafında iki 
qarşılıqlı əlaqəli məqamı – bir tərəfdən şəxsiyyətin sosiallaşması və 
resosiallaşmasını, digər tərəfdən isə, mühitin pedaqogikalaşdırılması, 
yaxud şəxsiyyətin, sosial münasibətlərin və mühitinin dəyişdirilməsinə 
doğru yönəldilmiş sosial pedaqogikanı ayırmaq olar. Mühitin neqativ 
təsirini kompensasiya etmək məqsədi ilə sosial pedaqogika alternativ 
institutların yaradılmasının zəruriliyini ön plana çəkir. Yaranacaq 
sosiallaşma institutlarının yaradılmasının zəruriliyini ön plana çəkir. 
Yaranacaq sosiallaşma institutlarının həm pedaqoji korreksiya, həm də 
əhalinin sosial sağlamlığının yüksəldilməsi nöqteyi-nəzərindən 
dəyərləndirilməsi və qiymətləndirilməsi çox vacibdir. 
Sosial işin bu modeli, onun gerçəkləşdirilməsi üçün iki tip sosial 
pedaqoqların işə cəlb olunmasını nəzərdə tutur. Onlardan 
birincilər

şəxsiyyət səviyyəsində sosiallaşma və resosiallaşma məsələlərini həll 
etməli, digərləri isə, əxlaq və sosial dəyərlər, eləcə də ictimai inkişaf 
tələbləri nəzərə alınmaqla, şəxsiyyətin sosiallaşma və resosiallaşma 
prosesinə maneçilik törədən, sosial mühit komponentlərinin təsirini 
öyrənməklə məşğul olmalıdırlar. 
Beləliklə, sosial-pedaqoji model, sosial iş nəzəriyyəsinin 
konseptual üsullarından biri olmaqla, kompleks yanaşmanı bir daha 
təsdiqləyir.
Vitalist üsul kompleks modelin ən mühüm üsullarından biridir. 
Vitalizmi biologiyanın idealist yönümü kimi xarakterizə edirlər. Bu 
yönümə əsasən, həyatda canlı olan bir çox cismin xislətində xüsusi 
cansız, naməlum qüvvələr mövcuddur. Bu baxış bir çox hallarda təndiq 
olunmaqdır. 
Problemin bu cür anlamının qədim tarixi kökləri vardır. Bpyük 
filosof Platonun ruhun ölməzliyi, Aristotelin ―psixikası‖ – canlı təbiət 
hadisələrini idarə edən xüsusi cansız qüvvənin – entelexiyanın 
mövcudluğu haqqındakı ideyaları bunun bariz nümunələridir. Əksər 
hallarda bunu müasir elm də təsdiqləyir ki, canlı varlıq olaraq insan həm 


158 
maddi, həm də mənəvi qüvvələrin daşıyıcısıdır və ayrı-ayrı insanların 
ektrasensor, bioenergetik qabiliyyətləri bunun əyani göstəriciləridir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə