Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işdə emosional və sosial köməyin göstərilməsi



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə54/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   50   51   52   53   54   55   56   57   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

7.5. Sosial işdə emosional və sosial köməyin göstərilməsi 
Sosial işçinin başlıca vəzifəsi, mümkün dərəcədə çox sosial 
vərdişlərin mənimsənilməsi məqsədilə, kliyentə eyni zamanda 
emosional və sosial köməyin göstərilməsindən ibarətdir. ―Müdaxilə‖, 
yaxud ―böhran vəziyyətinə‖ müdaxilə nəzəriyyəsi, sosial iş praktikasına 
daxil 
olmaqla, 
müxtəlif 
kateqoriyalardan 
olan 
müştərilərin 
problemlərinin həllində köməkçi rolunu oynayır. Bu model, konkret 
müdaxilə texnologiyalarının işlənib hazırlanması nöqteyi-nəzərindən 
empirik tədqiqatlar üçün həmişə ―açıq‖ olmuşdur.
Bu nəzəriyyə ilə bilavasitə əlaqədar olan sosial iş praktikasında 
geniş tətbiq olunan nəzəriyyə ―prevensiya‖ nəzəriyyəsidir. Ümumi 
şəkildə prevensiyanı arzuolunmaz hadisələrin, proseslərin qarşısını 
almaq cəhdləri kimi qiymətləndirmək olar. Sosial iş institutlaşmağa 
başladığı dövrdən, ta bu günədək, davamlı olaraq prevensiya (lat. 
praeventio-xəbərdarlıq) konsepsiyasına istinad etmişdir. 
Müasir cəmiyyətimizi xarakterizə edən ümumi rasionallaşma 
prosesi, sosial iş sahəsindən də yan keçməmiş, bu sahənin 
bürokratikləşməsinə, peşəkar ixtisaslaşmasına və preventiv yönümünün 
güclənməsinə 
gətirib 
çıxarmışdır. 
Prevensiya 
anlayışı, 
elmi 
leksikonumuza elə də uzun zaman deyildir ki, daxil olmuşdur. Ona 
ətraflı tərif vermək, onun əsas növ və formalarını seçib ayırmaq səyləri 
bir çox qərb alimləri tərəfindən edilmişdir. Lakin alman sosioloqu Klaus 
P.Yapp ―prevensiya‖nı ―təhlükə‖ və ―risk‖ anlayışları vasitəsi ilə 
müəyyən etməyə çalışır və qeyd edir ki, risk hansısa bir seçimi nəzərdə 
tutur və subyektiv qərarın nəticələri ilə uyğunlaşdırılır. Preventiv 
fəaliyyətin yönümündən asılı olaraq, maddi və formal prevensiyanı 
ayırırlar. 
Birinci, sosial problemlərin yaranma prosesləri ilə, ikinci isə, 
həmin problemlərin nəticələrinin kompensasiyası mexanizmləri ilə 
əlaqədardır. Məsələn, işsizlik kimi sosial problem kontekstində bazarın 
tələbatları nəzərə alınmaqıa, kadrların yenidən hazırlanması sisteminin 
təşkili – maddi prevensiya, işsizlik müavinətlərinin verilməsi isə formal 
prevensiyanın nümunəsidir. Bu 2 prevensiya növü günümüzdə sosial 


149 
müdafiə və təhlükəsizlik sistemlərinin əsasını təşkil edir. Maddi və 
formal prevensiya növləri, inkişaf etmiş cəmiyyətlərin tipik sosial 
problemlərinə (işsizlik, xəstəlik və s.) rəğmən daha səmərəlidir. 
Loqoterapiya nəzəriyyəsi – insanın təbiətinə və mahiyyətinə 
mürəkkəb fəlsəfi, psixoloji, tibbi baxışlar sistemi olmaqla, şəxsiyyətin 
inkişaf mexanizmlərini norma və patologiyada nəzərdən keçirir, 
şəxsiyyətin inkişafı üçün müvafiq anomaliyaların korreksiyasının yol və 
üsullarını göstərir. 
Bu üsulun dəyəri, sistem və struktur modelləri ilə uyğunlaşdırıldığı 
halda daha da artır.
Sosial iş nəzəriyyəsinin ekzistensialist və humanist modelləri 
sosial müdafiə nəzəriyyəsində mühüm yerlərdən birini tutur. 
―Subyekt-obyekt-subyekt‖ qarşılıqlı münasibətlər sistemində, 
kliyentin duyum xüsusiyyətlərinin öyrənilməsi məsələləri, sosial işin 
ekzistensialist modelinin əsas məzmununu, bu münasibətlər haqqındakı 
fikir və nəticələr isə onun əsas qayəsini təşkil edir. Bu model 
çərçivəsində adətən aşağıdakılar nəzərdən keçirilir: 
1.
―subyekt-obyekt-subyekt‖ sistemi daxilində qaydalar və rollar; 
2.
Daha iri sistemlər kontekstində ―subyekt-obyekt-subyekt‖ 
altsistemi və ona göstərilən təsir; 
3.
Müştərinin inandığı dəyərlər sistemi; 
4.
Müştəri qorxusu və təhlükəsizliyinin olmaması ilə mübarizə 
qaydaları; 
5.
Problemin həllinin bütün aspektlərinin əlaqələndirilməsi. 
Sosial işin ekzistensialist modelinin nəzəri əsaslarına görə, 
kliyentin əksər emosional problemlərinin əsasında 4 yadlaşma mənbəyi 
durur: 

Müştərinin önəmli hesab etdiyi insanlar onun özünə üstünlük 
vermirlər; 

Qiymətləndirmə 
münaqişələri 
probleminin 
həllində 
qətiyyətsizlik, yaxud aldatmaya yol verilir; 

Məyusluq, xaos, yaxud formal dəyərlərin itirilməsi; 


150 

Yaxın insanların itirilməsi (onların ölümü, tərk olunma, 
xəyanət və s.). 
Kliyentə təsirin ekzistensialist texnologiyasının əsas məqsədi – 
insanlara lazımi və layiq olduqları həyat tərzini qazanmaları məqsədi ilə 
zəruri köməyin göstərilməsindən ibarətdir. Bu zaman ekzistensialist 
terapiyasının 3 mümkün qaydasından istifadə olunur: 
Birincisi, 
kliyentin 
təcrübə 
və 
praktiki 
fəaliyyətinin 
dəyişdirilməsinə doğru yönəldilmiş qayda; 
İkincisi, kliyentin şəxsiyyətinin anlamına doğru yönəlmiş qayda; 
Üçüncüsü, şəxsi daxilolma, yaxud sosial işçinin kliyentin dəyərlər, 
hisslər və münasibətlər aləminə ―varması‖ qaydası. 
Sosial iş nəzəriyyəsinin humanist modeli, ekzistensialist 
texnologiyası üzrə, köməyə ehtiyac duyanlara dəstəyin göstərilməsi 
sahəsində fəlsəfi-humanist baza rolunu oynayır. 
Sosial iş səviyyəsində köməyin göstərilməsi özünə bunları daxil 
edir: 
a)
Kliyentin həyatının məzmunun dolğunlaşdırılması məqsədi ilə, 
ona hər şeyin yaxşı olduğunu, həyatının təkamül və inkişaf 
məcrasında davam etdiyini təlqin etmək lazımdır; 
b)
Sosial işçilər kliyentə kömək göstərir, problemləri ilə tanış olub 
onları öyrənməyə hazır olduqlarını nümayiş etdirirlər, bir sözlə, 
diqqətlərini problem üzərində cəmləşdirirlər; 
c)
Sosial işçi kliyent ilə münasibətdə çeviklik, aşkarlıq nümayiş 
etdirməli, kliyentdə özünə arxayınlıq hissi oyatmalıdır. 
Bir məqamı da unutmaq olmaz ki, sosial işçi kliyent ilə sərt və 
direktiv qaydalar üzrə işləyə bilməz. O, müvafiq vəziyyətin səciyyəvi 
xüsusiyyətlərinə rəğmən hərəkət etməlidir. Sosionom kimi sosial işçinin 
əsas vəzifəsi müştərini ruhlandırmaqdan, onun həyatındakı real 
imkanlarını anlamaqdan və onların gerçəkləşdirilməsi prosesinə fəal 
surətdə qoşulmaqdan ibarətdir.
Sosial işin bu nəzəri modellərinin universallığına baxmayaraq, 
köməyə ehtiyacı olan insanlar üçün, onları, sosial işin təşkilinin bütün 
formalarında eyni cür tətbiq etmək olmaz. Birincisi, ona görə ki, onlar 


151 
sosial köməyin müxtəlif formalarıdır və əksər hallarda eyni problemi 
müxtəlif cür həll edirlər. İkincisi, sosial iş müəssisələrinin inzibati 
dağınıqlığı da bu modellərin unifikasiyasına maneçilik törədir. Eyni 
zamanda, biz hər dəfə müxtəlif mühitlərdən çıxmış fərqli insanlarla 
əlaqələrdə oluruq. Və ən nəhayət, bu modelə, kiməsə hansısa bir hərəkət 
standartını təhriklə ―uyğunlaşdırmaq‖ yaddır. Bu mənada, cari modellərə 
əsaslanan sosial işçilər, kliyentə təsirin forma və vasitələrinin 
seçilməsində, həmçinin onunla əməkdaşlığın qurulmasından azaddırlar.


152 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə