Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işdə biheviorizm nəzəriyyəsi və koqnitiv model



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə52/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   48   49   50   51   52   53   54   55   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

7.3. Sosial işdə biheviorizm nəzəriyyəsi və koqnitiv model 
Psixodinamik konsepsiya ilə eyni zamanda sosial işin digər 
alternativ nəzəriyyələrindən biri – biheviorizm meydana çıxmışdır. Bu 
üsul öz diqqətini əsasən xarici stimullara reaksiyaya rəğmən, kliyentin 
müşahidə olunan davranışı üzərində cəmləşdirirdi. Biheviorizmin sosial 
iş sahəsində ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, bu 
sahənin məzmununu empiprik tədqiqatlarla zənginləşdirməklə, onu 
sosial işin zəruri mərhələlərindən birinə çevirdi.


142 
Biheviorist sosial iş, psixodinamik üsuladan fərqli olaraq, öz 
diqqətini öyrənmə nəzəriyyəsində, yaxud müşahidə olunan davranış 
üzərində cəmləşdirir. Davranışın mümkün növü müəyyənləşdirildikdən 
sonra, onun qiymətləndirilməsi başlayır. Bunun ardından isə müdaxilə 
gəlir. 
Sosial işin bu modelinin tətbiqi ilə əlaqədar bir sıra ciddi 
problemlər də mövcuddur. Məsələn, elə hallar olur ki, sosionom heç bir 
motivi, əsasladıra biləcək davranışı olmayan kliyent ilə qarşılaşmalı 
olur. Bu halda biheviorist üsulu çərçivəsində onların probleminin həllini 
tapmaq çox çətin olur.
İnsanın öz fərdi və sosial maraqlarının müdafiəsi üçün rasional 
düşüncə tərzini optimallaşdırmaq vasitəsi ilə koqnitiv model, müştəri və 
sosionomu təkcə özlərinin dəyişməsinə, mühitə uyğunlaşmasına deyil, 
onların sosial ətrafının da təkmilləşdirilməsinə doğru yönəldir. Koqnitiv 
model çərçivəsində bir neçə mühüm məqam ortaya çıxır və onları da 
cari modelin səciyyəvi xüsusiyyətləri kimi xarakterizə etmək olar. 
Bunlar aşağıdakılardan ibarətdir: insanları o zaman yaxşı başa düşmək 
olur ki, onlar daima axtarışda olur, şəxsi və ictimai həyatlarındakı 
maneələri dəf etməklə, müəyyən məqsədə can atırlar.
1.
İnsanlar gördüklərinə və anladıqlarına rəğmən öz gerçəklik 
modellərini yaradırlar. 
2.
İnsan sosial gerçəkliyə uyğunlaşmaqla, həm özü dəyişir, həm də 
reallığı dəyişdirməyə cəhd göstərir və nəticədə özünə arxayınlıq 
hissi qazanır. 
3.
İnsanın və mühitin adaptasiyası prosesinə ―mən – biz‖ anlayışı 
təsir göstərir. 
Müvafiq modelin əsasını simvolik interaksionizm tezislərindən biri 
olan ―yalnız subyektin özü tərəfindən yaradılmış bir gerçəklik 
mövcuddur‖ – mülahizəsi təşkil edir.
Şəxsiyyətin xarici mühitlə qarşılıqlı əlaqəsi, fəal transaksional bir 
prosesdir və aşağıdakı fəaliyyət növləri onun əas aspektlərini təşkil edir: 

Adaptasiya (uyğunlaşma) – öz məqsədlərini gerçəkləşdirmək 
üçün xarici mühitə uyğunlaşma; 


143 

Sabitləşdirmə 

daima 
dəyişməkdə 
olan 
səbəblərə 
baxmayaraq, daxili və xarici sistemlər arasındakı tarazlığın 
qorunub saxlanması; 

İntensional fəaliyyət – daxili məqsədlərə uyğun olaraq, xarici 
mühitdə müəyyən dəyişikliklərin edilməsinə nail olmaq. 
Sosial işin koqnitiv modeli, eləcə də sosial işçinin fəaliyyəti, ilk 
növbədə sosial təlimi, biliklərə yiyələnməyi nəzərdə tutur. Bununla 
əlaqədar Qoldşteyn praktikada tətbiq edilən 3 əsas tədris tipini 
ayırır: 

Strateji-informasiyanınn əldə edilməsi, müəyyən məqsədə 
nail olmaq üçün təcrübənin toplanılması; 

Taktiki-gündəlik həhyata uyğunlaşmaq məqsədilə; 

Adaptiv-öz ―mən‖nin yaradılmış gerçəkliyin dəyişdirilməsinə 
doğru yönəldilmiş tədris.
Tədris prosesi özünə 4 ardıcıl mərhələni daxil edir: 

Diskriminasiya-xarici mühit probleminin dərk edilməsi 
mərhələsi; 

Konseptual-informasiyanın emal edilməsi prosesində müştəri 
tərəfindən istifadə olunan ideya və simvolların öyrənilməsi 
mərhələsi; 

Prinsipial-dəyərlər sisteminin və daxili ―mən‖in öyrənilməsi 
mərhələsi; 

Problemin həlli mərhələsi-əvvəlkilərin özünəməxsus sintezi 
olmaqla, həm proses, həm də situasiyanın məntiqi 
qiymətləndirilməsinin ikinci üsuludur. Bu mərhələ özü də 3 
əsas alt mərhələdən ibarətdir: 
1.
Birinci alt mərhələdə mövcud problem müştəri üçün 
anlaqlı və hiss edilən olur; 
2.
İkincidə problem təhlil edilir, onun təhlilinin müxtəlif 
üsulları araşdırılır, fəaliyyət strategiyası müəyyənləşdirilir; 
3.
Yekun mərhələdə, seçilmiş strategiya gerçəkləşdirilir və 
insan tərəfindən gələcəkdə oxşar problemlərin həlli 
istiqamətində texnologiyalar hazırlanır. 


144 
Əvvəllər bu modelin heç də bütün sosial işçilər tərəfindən qəbul 
edilmədiyinə baxmayaraq, 80-ci illərdən başlayaraq bu model sosial işdə 
geniş tətbiq edilir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə