Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Longitiudal metodlar-insanın həyat tsikli fazasında fərdi və yaş  dəyişikliklərinin həmcini müəyyən etməyə kömək edir



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə48/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   44   45   46   47   48   49   50   51   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
4.
Longitiudal metodlar-insanın həyat tsikli fazasında fərdi və yaş 
dəyişikliklərinin həmcini müəyyən etməyə kömək edir.
 
5.
Həyat yolunun tədqiqi metodları-insanın doğumdan ölümünə 
qədər fərdi inkişafını öyrənir. Həyat yolu böhranlı dövrləri də 
əhatə edir. Bu metod diqqəti məhz həmin böhranlı dövrlərə 
yönəldir.
 


133 
6.
Psixoloji kömək metodu-insanın psixoloji bacarığını yüksəltmək 
metodu olub, psixoloji qayğıya ehtiyacı olan insana qarşıda 
duran problem və çətinlikləri aradan qaldırmaqda kömək edir. 
Bu metod özündə aşağıdakıları birləşdirir:
 
a)
Psixoloji korreksiya və reabilitasiya metodu – bu metodun 
məqsədi insana kəskin və ya xroniki psixi travma zamanı, 
psixosomatik, psixonevrotik xəstəlik hallarında kömək 
etməkdir;
 
b)
Psixogen və psixoprofilaktik metodlar – bu metod isə praktik 
olaraq sağlam insana psixosomatik xəstəliklərin qarşısını 
öncədən almaq üçün psixoloji yardım məqsədi ilə aparılır.
 
7.
Polifunksional metodlar-bu qismə daxil olan metodlar sosial işin 
məqsəd və vəzifələrindən asılı olaraq, işin forma və məzmununu 
dəyişdirməyi zəruri edir. Bunlara şərti olaraq aşağıdakıları daxil 
etmək olar:
 
a)
Söhbətlər (müsahibə)-şəxsiyyət, onun əlaqələri haqqında 
informasiya almaq metodu, psixoloji diaqnostika, tədqiqat və 
həmçinin psixoloji kömək göstərmək (klinik söhbət və 
müsahibə) metodu kimi, kliyentin öz daxili çətinliklərini, 
münaqişələri, davranaışının gizli motivlərini dərk etməyə 
kömək edir;
 
b)
Fəaliyyət nəticələrinin təhlili metodu-şəkillər, müxtəlif tipli 
qrafik təsvirlər, çıxışlar, yazılı və şifahi testlər, incəsənət 
əsərləri, əmək fəaliyyəti nəticələri, oyun fəaliyyəti və s. 
Modelləşdirmə-riyazi, sosial və digər modellərin köməyi ilə 
psixi proseslər, insanın davranış və vəziyyəti haqqında 
informasiya almaq metodudur.
 
Sosial iqtisadi metodların tətbiqində əsas məqsəd optimal sosial 
normativləri formalaşdırmaq, əhalinin sosial-müdafiə sisteminin 
səmərəli təşkili, sosial səfərbərliyi yüksəltmək, dövlətin sosial xidmət 
işinin nəticələrini artırmaqdır. Sosial işdə aşağıdakı metodlar da istifadə 
edilir: 
a)
Statistik; b) riyazi; c) məqsədəuyğun fəaliyyətin təhlili; d) 
balans; e) indeks; f) seçki; g) dinamika sıralarının texnoloji 
təhlili.
 


134 
Sosial iş praktikasında qəbul olunmuş koqnitiv-bihevioral metodlar 
fərqli öyrənmə modellərinə əsaslanmışlar. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə