Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Psixoloji və sosial-iqtisadi metodlar



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə47/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   43   44   45   46   47   48   49   50   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
6.4. Psixoloji və sosial-iqtisadi metodlar 
Sosial-psixoloji metodlar: bu metodlar kompleksi şərti olaraq bir 
neçə qrupa bölünür: 
1.
Psixoloji tədqiqatlar metodu:
 
a)
Müşahidə-psixi hadisələrin müəyyən şəraitdə mənasını, 
spesifik dəyişikliklərini öyrənmək məqsədi ilə onların 


132 
sistematik və məqsədəuyğun qavranılmasıdır. Müşahidənin 
səmərəliliyi, 
dəqqliyi 
tapşırıqların 
qoyuluşundan, 
müşahidəçinin təcrübəsindən, peşəkarlığından asılıdır.
 
b)
Eksperiment-sosial şəraitdə fəal iştirak edərək öyrənilən 
obyektin vəziyyət və davranışındakı dəyişikliklərin tədqiqatçı 
tərəfindən qeyd olunmasıdır. Öyrənilən sahə məlum 
olmadıqda və ya pis öyrənildikdə, yaxud fərziyyə sistemi 
mövcud olmadıqda, eksperimentin müxtəlif formaları tətbiq 
edilir;
 

Laborator eksperiment-yüksək dəqiqlik və etibarlılığı 
təmin edən və buna nəzarət edə biləcək xüsusi təchizat 
sisteminə malik yerdə aparılır.
 

Təbii 
eksperiment-gündəlik 
təbii 
həyat 
şəraiti 
çərçivəsində insanın davranış və şəxsi xüsusiyyətlərini 
birbaşa 
öyrənmək 
vasitəsilə 
fərziyyənin 
yoxlanılmasıdır.
 

Formalaşdırıcı eksperiment-bu metod psixi prosesləri 
tənzimlənməsinə, 
şəxsiyyətin xüsusiyyətlərinə və 
davranışlarına təsir edilməsinə, eyni zamanda elmi 
fərziyyələrin 
yoxlanılmasına imkan verən təsir 
metodları ilə tədqiqat metodlarının birləşməsidir.
 
2.
Diaqnostik metodlar-şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərini 
aşkar etmək, dəyişdirmək məqsədilə aparılır. Bu sahədə geniş 
yayılmış metod testləşdirmədir.
 
3.
Psixogenetik metodlar-insanın fərdi-psixoloji xüussiyyətlərinin 
yaranmasında və onun formalaşmasında genotipin və ətraf 
mühitin rolunu əsas götürür. Bu sahədə bir qədər məlumatverici 
metod – ―əkizlər metodu‖dur. Bu metod mühitin şəxsiyyətə 
təsirini maksimal hesablamağa imkan verir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə