Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Operant və sosial öyrənmə nəzəriyyələrinə əsaslanan metodlar



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə49/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   45   46   47   48   49   50   51   52   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

6.5. Operant və sosial öyrənmə nəzəriyyələrinə əsaslanan metodlar 
Operant öyrənmə nəzəriyyəsinə əsaslanan metodlar bunlardır: 
Müsbət möhkəmləndirmə metodu
, hərəkətdən dərhal sonra gəlməli 
olan müsbət möhkəmləndirmə sisteminin yaradılmasını nəzərdə tutur. 
Qeyd 
etmək 
lazımdır 
ki, 
müəyyən 
hadisənin 
həqiqətən 
möhkəmləndirilən davranışı gücləndirdiyini yoxlamadan, bu hadisənin 
fərd üçün müsbət möhkəmləndirici stimul olması haqda fikir yürütmək 
olmaz. Başlanğıcda hər dəfə arzu olunan davranışdan sonra müsbət 
möhkəmləndirmə olmalıdır, sonra onun tezliyi elə şəkildə aşağı 
düşməlidir ki, davranış tədricən daha gec-gec möhkəmləndirilsin. 
Konkret möhkəmləndirici stimulları (məs, şirin, xoşa gələn) hökmən 
sosial möhkəmləndirici stimullarla (məsələn, tərif) uzlaşdırmaq lazımdır. 
Bu zaman konkret möhkəmləndirici stimullar daha gec-gec təqdim 
olunmalıdır. 
Bağlama (bənd etmə)
metodu fərdə hərəkətlər zəncirinin 
elementlərini növbə ilə, bütün ardıcıllıq əldə olunanadək öyrətməyi 
nəzərdə tutur. Bu metod ayrı-ayrı hərəkətlərn müəyyən qaydada 
düzümündən ibarət yeni vərdişlərin öyrənilməsində xüsusilə faydalıdır. 
Formalaşdırma (eləcə də ardıcıl yanaşmalar adlanan)
metodu da 
hərəkətin möhkəmləndirilməsində ―addım-addım‖ prinsipini tətbiq 
edərək son nəticədə hərəkəti bütünlüklə mənimsəməni nəzərdə tutur. 
İşarələr sistemi metodu 
uşaq və yeniyetmələrlə işdə çox 
səmərəlidir. Bu metod rəğbətləndirmə simvollarının toplanması, yarış 
ekranlarının yaradılması üsullarından ibarətdir. Onlar dərhal 
möhkəmləndirmə vasitələri olub (yarış ekranında ulduzun görünməsi, 
hərəkətin müvəffəqiyyətli icrasından dərhal sonra nişanın verilməsi) 
sonradan arzu olunan davranışın yerinə yetirilməsi zamanı çətin təqdim 
oluna bilən möhkəmləndirmələrlə əvəz olunurlar. 
Kliyentlər 
arasında bağlılıq metodu
davranışın, ər-avad 
münasibətlərinin, ailənin terapiyasının komponenti ola bilər. İnsanlar öz 


135 
davranışlarının dəyişdirilməsi barədə yazılı razılığa gəlirlər. Razılıq 
müzakirə olunmuş, bağlılıq aydın şəkildə qeyd olunmuş arzuolunan 
davranışın möhkəmləndirilməsini nəzərdə tutur. Bəzən bağlılığa 
cəzalandırma formalarının tətbiqi üçün sanksiya maddələri də daxil 
edilir.
Cəzalandırmada
bir sıra səbəblərə görə məsləhət bilinmir: 

Onun qorxu, depressiya, aqressiya, cəzalandıranın davranışını 
təqlid etmək, cəzalandıran insandan qaçmaq kimi əlavə 
effektləri ola bilər; 

O, cəzalandırılan insana yeni faydalı davranışı öyrənməyə 
kömək etmir; 

Görünür, 
insanlar 
cəzaya 
alışırlar. Ona görə də, 
özeffektivliyini saxlamaq üçün cəzalandırmanın intensivliyi 
zaman keçdikcə artmalıdır.
Operant sönmə
. Əgər sosial işçi problemli davranışın indiki andakı 
möhkəmləndiricisini müəyyən edə və bu möhkəmləndirməni dərhal və 
bütünlüklə aradan qaldıra bilərsə, bu halda zaman keçdikcə arzuolunmaz 
davranış zəifləyəcək və kliyent üçün yeni şərait saxlanıldığı təqdirdə 
tamamilə itib gedəcəkdir.
Taym-aut
– problemli uşaq davranışı hallarında xüsusi faydası olan 
sönmə metodudur. Bu, arzulanan davranışın müsbət möhkəmləndirmə 
metodu ilə birgə tətbiq edilir. Əvvəl uşağa xəbərdarlıq edirlər, əgər bu, 
kömək etmirsə, onu ―darıxdırıcı‖ yerə keçirir və ya uşaq orada bir 
müddət sakit ayaq üstə durmalı və ya oturmalıdır. 
Cavabın şərtlənməsi modelinə əsaslanan aşağıdakı metodlar 
mövcuddur: 
Desensibilizasiya.
Fərdə yeni, arzulanan cavabı əvvəllər həyəcan 
və ya qəzəb doğuram stimulla əlaqələndirmək öyrədilir. Bu, stimulun 
hissələrinin ardıcıllıqla insanın boşaldığı və ya əvvəlki nüqativ davranış 
reaksiyasına zidd bir vəziyyətdə şən əhvalda olduğu vaxt təqdim 
olunması nəticəsində əldə edilir. 
Basdırma
. Bu metodda neqativ stimulla qeyri-məqbul davranış 
eyni anda baş verir. Bu iki zidd metodlar (desensibilizasia və basdırma) 


136 
arasında dozalaşdırılmış təqdimin çüxtəlif formaları mövcuddur: dözə 
biləcəyi dozadan başlayaraq insana pis təsir edən stimullar təqdim 
edirlər. basdırmada və dozalı təqdimatda insan pozucu situasiyada 
arzuolunmaz cavabın aradan qaldırılmasınadək qalmalıdır.
Aşağıdakı metodlar sosial öyrənmə nəzəriyyəsinə əsaslanır: 
Modelləşdirmə
. Bu metod ―nəyisə necə etməyi‖ göstərməkdən 
ibarətdir. Modelləşdirmə sosial vərdişlər treninqinin başlıca modeli və 
prinsipidir. Modelləşdirmə istənilən proqramda, məsələn, anaya öz 
övladına necə göstəriş verməyi, onunla necə oynamağı, onun 
arzuolunmaz davranışını necə aradan qaldırmağı öyrədən zaman böyük 
əhəmiyyət kəsb edir. 
İndi isə özünü doğrultmuş və davranış treninqinin standart 
proqramlarına çevrilmiş bir neçə ümumi yanaşma haqqında məlumat 
yerinə düşər: 
Sosial vərdişlər treninqi
.
Sosial vərdişlər treninqinin başlıca elementləri modelləşdirmə və 
formalaşdırmadır. Əvvəlcə davranış haqqında insana izah edirlər, sonra 
uyğun davranışı nümayiş etdirirlər, daha sonra davranışı o özü təcrübədə 
sınaqdan keçirir və əks əlaqə, dəstək alır. 
Kommunikativ treninq
, ünsiyyət problemləri ilə işə istiqamətlənmiş 
sosial vərdişlər treninqinin bir variantıdır. Bəzi proqramlar potensial 
ünsiyyət səhvləri çoxluğundan olan müəyyən növ problemlərlə 
işləyirlər. Digər proqramlar isə daha geniş sahələrin müsbət və mənfi 
hisslərin, tələblərin ifadə olunmasının öyrədilməsini nəzərdə tuturlar.
Problemlərin həlli treninqi
, problemlərin həlli və ya qərarların 
qəbulu istiqamətində atılan addımlar seriyasını öyrədir. Bu treninqdən 
bir çox kliyentlər faydalanırlar, ailə ilə işdə isə adətən o, ən mühüm 
treninq olaraq qəbul olunur. Buraya modelləşdirmə, spesifik əks əlaqə, 
möhkəmləndirmə, formalaşma variantları olan təcrübə daxildir. 
Özünənəzarət treninqinə
komponentlərin geniş dəsti daxildir. 
Məsələn, qəzəbə nəzarət zamanı insan problem situasiyasını ayrı-ayrı 
mərhələlər üzrə təhlil etməyi öyrənir. o, qəzəb hiddətinə aparan 
hadisələrin ardıcıllığını dayandırmağı, qəzəbin oyanması və inkişafının 


137 
psixoloji aspektlərinə, bu prosesi müşayiət edən, özü üçün qeyri-
müəyyən olan, öz daxili dialoquna xüsusi diqqət yetirərək alternativ 
cavabları inkişaf etdirməyi öyrənir.
Unutmaq lazım deyil ki, yalnız bir prosedur çox nadir hallarda 
istifadə olunur. Bəzən sosial işçilər metodların bütöv bir dəstini işləyib 
hazırlayırlar və onu diqqətlə yoxlayırlar: prosedurun səmərəliliyi barədə 
və ya digər yeni informasiyanı əldə etmək üçün konkret prosedurları 
əlavə edirlər və ya lazımsızları çıxarırlar.


138 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə