Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Sosial işin fəaliyyətinin psixodinamik modeli



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə51/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   47   48   49   50   51   52   53   54   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

 
7.2. Sosial işin fəaliyyətinin psixodinamik modeli 
Psixososial yaxud psixodinamik model, insanın psixi həyatı ilə, 
onun həyat fəaliyyətinə təsir göstərən xarici münasibətlər arasındakı 
tarazlığın təmin edilməsi ilə əlaqədar olan bir nəzəri modeldir. Onlar 
arasında ən geniş yayılması və F.Hollis ilə M.Vuds tərəfindən işlənib 
hazırlanmış 
―situasiya 
işi‖ 
yaxud 
―situasiyada 
şəxsiyyət‖ 
konsepsiyasıdır. Bu konsepsiyanın mərkəzində, bir tərəfdən insanlatla, 
digər tərəfdən isə, ətraf mühit ilə əlaqəli olan şəxsiyyət durur. Klassik 
psixoanalizdən fərqli olaraq, cari konsepsiya öz diqqətini insanın 
keçmişində deyil, bu günündə cəmləşdirir və şəxsiyyətin real sosial 
situasiyanı necə qəbul etməsini təhlil edir.
Sosial işçinin fəaliyyətinin 
psixodinamik modeli
bir sıra vacib 
postulatlara əsaslanır və bunlara aşağıdakılar aiddir: 

Kliyent ilə münasibət kontekstində sosial işçi nəzərə 
almalıdır ki, kliyent müəyyən psixoloji strutura malikdir və o, 
qarşılıqlı təmasda olduğu mühitin xarici və daxili təsiri 
altında bu strukturu dəyişə də bilər; 

Sosial işçi müştəriyə təsir göstərərkən, onun sosial-iqtisadi 
vəziyyətini 
və 
statusunu, 
idarəetmənin 
müxtəlif 
səviyyələrindəki yerini nəzərə almaqla, müştərinin mənsub 
olduğu sosial mühitdəki rolunu və münasibət dinamikasını 
öyrənməlidir; 

Sosial işçi öz fəaliyyətində əsas vurğunu müştərinin şəxsi 
vəziyyətinə, 
onun 
fərdi 
təcrübəsinə, 
əlahiddəliyinə, 
düşücələrinə etməli, onun hazırkı durumuna uyğun strategiya 
və taktikanı seçməlidir. 

Bu konsepsiya çərçivəsində təkcə ―status-kvo‖ analiz 
edilməyib, həmçinin kliyent ilə sosial işçi arasındakı 


141 
münasibətlər, eləcə də konkret sosial mühitdə ehtiyacı 
olanların bir-birilə münasibətlərinin təkamlü təhlil edilir; 

Sosial işin psxodinamik modeli, bir qayda olaraq, kliyentin 
daxili aləminə, gerçəklik duyumuna, onun mənsub olduğu 
qrupdakı münasibətlərinin xarakterinə təsir göstərməklə, 
davranışının, baxış və münasibətlərinin dəyişdirilməsi və 
korreksiyasını nəzərdə tutur.
Fərdin həyatında baş verən hadisələr və bununla əlaqədar topladığı 
sosial 
təcrübə, 
onun 
psixoloji 
simasının 
və 
şəxsiyyətinin 
formalaşmasında mühüm rol oynayır. Eyni zamanda sosial işçinin 
müştəri ilə münasibətdə, özününpsixi xüsusiyyətləri, münasibətlərinin 
inkişaf dinamikası, onu əhatə edən insanlarla əlaqələr qurmaq 
qabiliyyəti də mühüm amillərdən hesab edilməlidir.
Sosial işin psixodinamik model çərçivəsində gerçəkləşdirilməsi ilə 
əlaqədar psixososial təsirin bir neçə mühüm mərhələsini ayırırlar: 
1.
Kliyentin problemlərinin öyrənilməsi; 
2.
Kliyentin sosial vəziyyətinin, psixi durumunun və hisslərinin 
öyrənilməsi; 
3.
Sosial işçi ilə kliyentin yaxınlaşması və əlaqələrin yaradılması; 
4.
Kliyentin həyatında baş vermiş əsas hadisələrin nəzərdən 
keçirilməsi və onların insanın cari problemləri ilə əlaqəsi
5.
Qarşılıqlı etimad əsasında, kliyent ilə sosial işçi arasında 
razılaşdırılmış hərəkətlər planının yaradılması; 
6.
Kliyentin problemlərinin həlli ilə əlaqədar sosionomla kliyentin 
müştərək fəaliyyətləri. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə