Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə53/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   49   50   51   52   53   54   55   56   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

7.4. Sosial işdə sistem üsulu 
 
Sosial işin nəzəri əsaslarını təşkil edən bəzi konsepsiyaları da 
nəzərdən keçirmək məqsədəuyğun olardı. Onlardan biri sistem üsuludur. 
Sosial işdə bu üsulun 3 əsas modeli mövcuddur. Onlardan birincisinin 
əsasında Bertalanfinin sistem nəzəriyyəsi durur. Özünün ilkin 
variantından bu üsul bioloji materiala rəğmən hazırlanmışdı və qeyd 
olunurdu ki, bütün orqanizmlər altsistemlərdən ibarətdir.
Bu model sosial iş sahəsinə sistem nəzəryyəsinin bir sıra 
anlayışlarını – 
giriş, çıxış, entropiya
və s. daxil etmişdir və ilk əvvəllər 
bu praktiki sosial işçilər tərəfindən bir o qədər də alqışlanmırdı. 
Qərbdə 
XX əsrin 70-ci illərində sosial iş praktikasında bu üsulun 
tətbiqi geniş vüsət almağa başlayır. Bu baxış çərçivəsində belə bir 
təsəvvür geniş yayılmışdır ki, insanlara 3 tip sistem yaxından kömək 
göstərir: 
Birincisi, qeyri-formal sistemlərdir (ailə, dostlar və b.). 
İkincisi, formal sistemlərdir (siyasi partiyalar, həmkarlar və s.). 
Sosioyental sistemlər (əsas sosial institutları-məktəb, hüquq 
mühafizə orqanları və s.). 
Bu konteksdə sosial işçinin vəzifələri 2 qrupa ayrılır: 
Bir tərəfdən, insanlara problemlərinin həlli ilə əlaqədar kömək 
göstərəcək təşkilat və idarələrin fəaliyyətinin optimallaşdırılması ilə 
bağlı olan vəzifələr; 
Digər tərəfdən, öz tələbatlarını ödəmək, insanın özünümüdafiə 
potensialını yüksəltmək məqsədi ilə köməyə ehtiyacı olan insanlara, 
sosial iş müəssisələrindən geniş istifadə olunması ilə əlaqədar, sosial 
işçilər tərəfindən köməyin göstərilməsi. 


145 
İnsan həyatında problem o halda yaranır ki, onunla mühit 
arasındakı əlaqə ya pozulur, yaxud da təhrif olunur. Məhz aşağıdakı 
hallarda bu baş verə bilər: 

Bu və ya digər növ sistem mövcud olmur; 

İnsan ona kömək göstərmək iqtidarında olan sistemlərin 
mövcudluğu haqqında ya bilmir, ya da bilmək istəmir; 

İnsanın bu və ya digər sistemə daxil olması onun üçün yeni 
problemlər (məsələn, asılılıq) yaradır; 

Və ən nəhayət, müxtəlif sistemlərin münaqişəsi. 
İkinci sistem modeli. 
Bu model T.Parsons nəzəriyyəsinin sosial işin tələbatlarına 
uyğunlaşdırılması ilə əlaqədar idi. Qeyd etmək lazımdır ki, onun tətbiqi 
çox uğursuz oldu. Məsələ ondan ibarət idi ki, Parsons konsepsiyasının 
sosiologiya elmində ənənəvi olaraq tənqidə məruz qalan hissələri – 
məhz sosial sistemdə münasibətlərin ifrat ahəngdarlığı, sistemin ta 
əvvəldən tarazlığa meylli olması, subyektin fəallığının təcrid olunması 
kimi konseptual məqamları sosial işə tətbiq etmək cəhdləri göstərildi. Bu 
isə, qeyri-sabit sistemlərlə əlaqəli olan sosial iş təcrübəsi üçün işlək 
nəzəri model ola bilməzdi.
Son model sistem-ekoloji modelidir. Bu modelin ―həyat modeli‖ 
adlanan konsepsiyası günümüzdə çox populyardır. Cari model, insanları 
―qarşılıqlı mübadilə‖ vasitəsi ilə daim ətraf mühitə uyğunlaşmağa 
çalışan subyektlər kimi nəzərdən keçirir, yəni fərdlər ətraf mühiti 
dəyişdikləri kimi, özləri də onun təsiri altında dəyişirlər. qarşılıqlı 
adaptasiya (uyğunlaşma) anlayışı ―şəxsiyyət – mühit‖ münasibətlərinin 
analizində mühüm yer tutur. 
Stresslərin əsas səbəbləri aşağıdakılardan ibarətdir: 
Birincisi-müxtəlif həyati dəyişikliklər (məsələn, status və rolun, 
sosial məkaın dəyişdirilməsi, yaşla əlaqədar dəyişikliklər və s.); 
İkincisi-ətraf mühitin təzyiqi (məsələn, sosial qeyri-bərabərsizliyin 
nəticəsi olaraq sosial qrupların qeyri-bərabər imkanları); 
Üçüncüsü-şəxsiyyətlərarası münasibətlər (məsələn, istismar). 


146 
Aralarında müəyyən fərqlər olmasına baxmayaraq, sistem 
modellərinin ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onlar: 

Diqqətlərini ətraf mühitin dəyişməsi üzərində cəmləşdirir; 

Bir şəxsiyyətin digər şəxsiyyətə birbaşa təsirini (gizli fikir və 
hisslərini çıxmaq şərtilə) təhlil edir; 

Arzuolunan nəticələrin müxtəlif yollarla əldə edilməsi 
imkanlarını tanıyırlar.
Ekosistemlər nəzəriyyəsində sosial işin əsas vəzifəsi, insanların 
adaptiv qabiliyyətlərinin yüksəlməsindən, insanla mühit arasındakı 
kompromisi daha da adaptiv etmək məqsədi ilə insanların əhatəsinə 
təsirin göstərilməsindən ibarətdir.
Sosial işin strukturunda sistem-ekoloji üsulu öz nümunəsini 
hərtərəfli şəkildə, əhalinin sosial təminatı və dəstək işinin təşkilində 
tapır. Bu dəstək, əhalinin ehtiyacı olan müəyyən qruplarına həm 
mərkəzləşdirilmiş(formal), 
həm də fərdi, qeyri-formal şəkildə 
(qonşuların, qohumların) göstərilən köməyi əhatə edir. 
Sistem üsulunun digər üsullardan fərqli cəhəti ondan ibarətdir ki, o, 
diqqətini kliyentin şəxsiyyətində və psixi problemlərində deyil, onun 
həyati problemlərinin sosial məzmununda cəmləşdirir. 
Sosial iş nəzəriyyəsində, yuxarıda nəzərdən keçirdiyimiz 
konseptual modellərdən başqa digərləri də mövcuddur və qısaca olaraq 
onların da üzərində dayanmaq önəmli olardı. Söhbət 1. ―Müdaxilə‖ 
yaxud ―böhran vəziyyətinə müdaxilə‖, 2.‖Prevensiya‖ nəzəriyyələrindən 
gedir. 
Böhran vəziyyətinə müdaxilə nəzəriyyəsi günümüzdə sosial iş 
praktikasında ən geniş yayılmış universal nəzəri metodlardan biridir. Bu 
nəzəriyyənin daha dolğun izahını Naomi Qolan aşağıdakı tezislərdə 
ifadə edir: 

Hər bir insan, sosial qrup, yaxud təşkilat ömür boyu böhranlı 
vəziyyətlərlə qarşılaşa bilər və bu hadisələr gözlənilən və 
gözlənilməz ola bilər; 

Hər hansı bir itki ilə müşayiət olunan hadisələr ən qorxulu 
hadisələrdir; çünki bu halda şəxsiyyətin müvazinəti pozulur, 


147 
o, öz problemlərini adi hallarda olduğu kimi həll etmək 
qabiliyyətini itirir və onun durumundakı psixoloji gərginlik 
artır; 

Stressli hadisələr təhlükə, itki, çıxılmazlıq hisslərini 
yaratdığından, fərdin ilkin reaksiyası narahatçılıq, daha sonra 
depressiya, mövcud narahatçılıq nəticəsində yaranmış 
problemi həll etmək cəhdləri ola bilər

Yaranmış problemlərin əksəriyyəri əvvəllər tətbiq olunmuş 
strategiyalar əsasında həll edilir. Bu da fəal böhran ehtimalını 
aşağı salır, lakin problemin həlli yönümündə uğursuz cəhdlər 
edilmiş olarsa, onda böhranlı situasiya kəskinləşə və onun 
nəticələri acınacaqlı ola bilər; 

Böhranlı hadisələr arasındakı aralıq və ondan çıxmaq üçün 
tələb 
olunan 
zaman 
kəsiyi, 
şəxsiyyətin 
psixoloji 
xüsusiyyətlərindən və hadisələrin xarakterindən asılı olaraq 
dəyişir. Lakin bir qayda olaraq, fəal böhran dövrü 406 həftə 
aralığını əhatə edir; 

Böhranlı durumda olan insanlar, xarici təsirə məruz qalmaq 
nöqteyi-nəzərindən 
daha 
həssas 
və 
―açıq‖ insanlar 
olduqlarından, onların durumuna məhz bu dövrdə müdaxilə 
olunmasının əhəmiyyəti təkzib edilməzdir; 

Bərpa, yaxud ―reinteqrasiya‖ dövründə kliyent problemin 
həlli ilə əlaqədar yeni üsulları mənimsəyir. Bu da onun 
gələcəkdə gözlənilən böhranlı vəziyyətlər üçün dayanıqlığını 
artırır. Bərpa yaxud ―reinteqrasiya‖ prosesi özünə bir neçə 
mərhələni daxil edir. 
Birincisi, koqnitiv duyumun korreksiyası nəticəsində 
kliyentlər, onların başlarına gələn hadisələrlə daha dəqiq və 
ətraflı 
məlumatlara 
malik 
olur, 
dünyagörüşlərini 
zənginləşdirirlər; 
İkincisi, hisslərin idarə olunması – güclü emosiyalardan 
―azad olma‖, sosial işçilər tərəfindən məqbul hesab edilən 
reaksiiya kimi nəzərdən keçirilir; 
Üçüncüsü, situasiyanı ələ almaq nöqteyi nəzərindən yeni 
davranış modelləri inkişaf etdirilir.


148 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə