Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 9. Sosial işdə insan hüquqları və humanistlik, etika



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə61/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   57   58   59   60   61   62   63   64   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Mövzu 9. Sosial işdə insan hüquqları və humanistlik, etika. 
9.1. Sosial işdə insan hüquqları və ləyaqət 
9.2. Sosial işçilərin məsuliyyəti və öhdəlikləri 
9.3. Sosial işdə ədalət və mərhəmət ideyaları 
9.4. Sosial işdə humanistlik 
9.5. Sosial işdə etika 
 
9.1. Sosial işdə insan hüquqları və ləyaqət 
Sosial iş inkişaf etməkdə olan elm sahəsi kimi, özünün konseptual 
əsaslarının və metodoloji üsullarının formalaşması sahəsində böyük 
səylər etməkdədir. Sosial işin fəlsəfi, məntiqi-qnesioloji, etik, psixoloji-
pedaqoji, hüquqi aspektləri işlənib hazırlanır, sosial işlə sosial tarixin 
qarşılıqlı əlaqələri təhlil edilir, sosial işin təşəkkülündə sosiologiyanın 
əlahiddə xidmətləri nəzərdən keçirilir. Beləliklə, sosial iş nəzəriyyə və 
praktikası sistemli yanaşma yolu ilə özünü inkişaf istiqamətlərini 
müəyyənləşdirməyə çalışır.
Sosial işlə fəlsəfənin qarşılıqlı əlaqəsini nəzərdən keçirərkən, 
diqqət yetiriləcək ən vacib məsələ humanism ideyaları və onun 
mərkəzində duran insan problem ilə əlaqədar olmalıdır.
Sosial iş nəzəriyyəsi və praktikası üçün insan probleminin, biogen, 
psixogen və sosiogen elementlərin üzvi vəhdəti kimi nəzərdən keçiriləsi 
məsələsi, yeni cari problemin kompleks dərki ümdə əhəmiyyət kəsb 
edir. Sosial iş insanın dünyagörüşləri və baxışlarının məzmun və 
mahiyyətinə varmadan, öz problemlərini səmərəli şəkildə həll edə 
bilməz.
Insanın dünyəvi anlamında, onun baxışları, həyatının mənası və 
məqsədi kimi anlayışlar ən önəmli yerlərdən birini tutur. 
Insan 
həyatının 
dəyəri, 
ictimaiyyətlə 
şəxsi 
amillərin 
uzlaşdırılmasından, şəxsiyyətlə cəmiyyətin həyati dəyərlərinin 
uyğunlaşmasından asılı olur. Bəzən ictimai quruluşun xarakterindən və 
insanın fərdi xüsusiyyətlərindən asılı olaraq, bu dəyərlər ziddiyyət də 
təşkil edə bilərlər. 


168 
Lakin fərdi ilə kollektivi tutuşdurmaq heç də həmişə düzgün 
deyildir. Məşhur rus filosofu V.Solovyovun da qeyd etdiyi kimi
şəxsiyyətlə cəmiyyət ayrılmazdır və onlar bir-birilərinin davamıdır. 
Cəmiyyət 
hərtərəfli 
genişləndirilmiş şəxsiyyət, şəxsiyyət isə 
yığcamlaşdırılmış cəmiyyət deməkdir. 
Sosial işin əsas strategiyası, insanı, onun dünyasının, fərdiliyinin, 
universallığının vəhdətində öyrənməkdən ibarətdir. Bu müddəanın 
gerçəkləşdirilməsi, səmərəli sosial iş texnologiyasının həyata keçirilməsi 
deməkdir. 
Sosial işçi hər bir kliyentin ləyaqətinə və şəxsiyyətinə və bunlardan 
doğan haqqlarına hörmətlə yanaşmalı, fiziki, psixoloji, mənəvi və ruhi 
vəhdətini, rifahını dəstəkləməli (ön plana çəkməli) və müdafiə etməlidir. 
Insan hüquqları və insan ləyaqəti dedikdə aşağıdakılar nəzərdə tutulur: 

Öz müqəddəratını təyin etməyə hüquqa hörmət etmək – sosial işçi 
həyat tərəzi və dəyərlərindən asılı olmayaraq hər bir şəxsin seçim 
etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır. 

Güclü cəhətləri müəyyənləşdirmək və inkişaf etdirmək – sosial işçi 
kliyentin güclü xüsusiyyətlərini önə çəkməli və onların inkişaf 
etdirilməsinə səy göstərməlidir.

Hər bir kliyentlə tam bir məfhum kimi davranmaq – sosial işçi 
kliyentə tam bir məfhum kimi yanaşmalı, yəni onun ailəsi, yaşadığı 
mühit, cəmiyyət ilə yaxından maraqlanmalı və kliyentin həyatının 
bütün amillərinə nəzər yetirməlidir.

Hər bir insana şəxsiyyət kimi yanaşmaq – kimliyindən asılı 
olmayaraq sosial işçi kliyentə şəxsiyyət kimi yanaşmalı və 
davranmalıdır. 

Hər bir kliyentə fərdi yanaşmaq – sosial işçi hər bir kliyentə fərdi 
yanaşmalı, eyni problemli kliyentlərlə onların xüsusiyyətlərinə 
uyğun davranmalıdır. 

Məxfiliyi saxlamaq – sosial işçi kliyentin verdiyi cəmiyyətə və ya 
ikinci bir şəxsə ziyan vurmayacaq məlumatını gizli saxlamalıdır.
Sosial işçi cəmiyyətdə kliyentə qarşı törədilən ədalətsizliyə qarşı 
mübarizə aparmaq öhdəliyini daşıyır. Sosial ədalət dedikdə 
aşağıdakılar nəzərdə tutulur: 


169 

Ayrıseçkiliyə qarşı mübarizə - sosial işçi risk qrupuna daxil 
olan kliyentə qarşı yaş, cins, irq və başqa fiziki 
xüsusiyyətlərinə, sosial-iqtisadi durumuna, siyasi inam, 
mədəniyyət və cinsi yönümlüyünə, dini baxışlarına görə 
ayrıseçkilik etməməli və eyni zamanda, cəmiyyətdə mövcud 
olan bu cür ayrıseçkiliyə qarşı mübarizə aparmalıdır. 

Müxtəlifliyə hörmət etmək – sosial işçi cəmiyyətdə mövcud 
olan etnik və mədəni (etniik qruplara aid adət-ənənələr) 
müxtəlifliyi tanımalı və hörmət etməlidir. 

Resursları ədalətlə (bərabər) bölmək – sosial işçi 
səlahiyyətində olan resursları ehtiyacı olan kliyentlər arasında 
ehtiyaca uyğun olaraq ədalətlə bölməlidir. 

Ədalətsiz siyasi məsələləri və hərəkatlara qarşı mübarizə - 
sosial işçi resursların ədalətsiz bölüşdürülməsi, zülmkar, 
ədalətsiz və məhv edici siyasətlərin, davranışların və 
hərəkatların mövcudluğu faktını öz müdirinin, siyasətçilərin, 
siyasi proqram hazırlayanların və ümumi ictimaiyyətin 
diqqətinə çatdırmaq vəzifəsi var. 

Həmrəy olmaq – sosial işçi kliyentlərin sosial təcridliyinə, 
damğalanmağına və itaətçiliyinə şərait yaradan sosial şərtlərə 
qarşı mübarizə aparmalı və inklusiv cəmiyyətin qurulmasına 
çalışmalıdır. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə