Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 6. Sosial işdə nəzəri və təcrübi metodlardan istifadə



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə44/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   40   41   42   43   44   45   46   47   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Mövzu 6. Sosial işdə nəzəri və təcrübi metodlardan istifadə 
6.1. Sosial iş metodlarının müxtəlifliyi 
6.2. Qruplarla sosial iş metodu 
6.3. Bioqrafik və təşkilati metodlar 
6.4. Psixoloji və sosial-iqtisadi metodlar 
6.5. Operant və sosial öyrənmə nəzəriyyələrinə əsaslanan metodlar 
6.1. Sosial iş metodlarının müxtəlifliyi 
 
Min illərdir ki, sosial işin qarşısında duran əsas vəzifə kliyentin 
sosial problemlərinin həlli üçün mütəxəssislərin istifadə etdiyi 
fəaliyyətin forma, metod və üsullarının mövcudluğunu və gələcək 
inkişafını təmin etmək, arzuolunmaz həyat şəraitini dəyişdirmək üçün 
onların qüvvələrinin fəallaşdırılmasını stimullaşdırılmaqdır. Bununla 
yanaşı, gələcək sosial iş metodlarının işlənib hazırlanması mütəxəssislər 
tərəfindən həm cəmiyyət çərçivəsində, həm də kiçik qrup səviyyəsində 
elmi-tədqiqat axtarışlarının labüdlüyünü də şərtləndirir. Xüsusilə qeyd 
etməliyik ki, bu fəaliyyətin inkişafı təkcə praktik iş prosesində deyil
eyni zamanda ünvanlı, kompleks və vaxtında kömək prosesində 
reallaşır. 
Peşəkar sosial iş metodları müxtəlifdir. Onlar aşağıdakı 
parametrlərə əsasən təsnif olunur: 
Sosial işin forması və istiqamətinə görə (təşkilati, sosial-psixoloji, 
sosial-pedaqoji, sosial-tibbi, sosial-ekoloji və s.) təsnifi. 

Sosial işin obyektinə görə (fərdi, qrup, icma); 

Sosial iş subyektinə görə (xüsusi mütəxəssis tərəfindən tətbiq 
olunmuş, kollektiv sosial xidmət, sosial işdə idarə orqanları). 
Bununla yanaşı, sosial işin obyektinə görə bir qədər geniş yayılmış 
təsnifatı da vardır: 
-Fərdi iş (sosial işçi-kliyent); 
-Qrupla iş (ailə qrupunda və ailə vasitəsilə); 


128 
-İcmada iş ( mikrososial mühitdə iş). 
Metodların təsnifatı, bir tərəfdən, onların ümumi planda 
istifadəsinə (sosial işin nəzəri problemlərinin tətbiqinin metodoloji 
cəhətdən əsaslandırılması kimi), digər tərəfdən, sosial işin öz 
metodlarının meydana çıxmasına imkan verir. Məlum olduğu kimi, 
təsnifat üçün bir sıra müxtəlif əsaslar mövcuddur: informasiyaların 
toplanması, 
onların 
işlənməsi, 
empirik 
tədqiqatlar, 
nəzəri 
modelləşdirmə.
Sosial işin obyektə əsasən təsnif olunmuş metodlarının təsnifi. 
Fərdi iş metodu – bu metod özündə yeni sosial mühitə adaptasiya 
prosesində subyektə birbaşa fərdi qarşılıqlı təsiri, köməyi əks etdirir. İş 
prosesində sosial işçinin vəzifələri aşağıdakılardır: 

Kliyentin sosial xidmətlərə tələbatını müəyyən etmək və ilkin 
əlaqə yaratmaq; 

Problemi öyrənmək və aydınlaşdırmaq; 

Sosial köməyin zəruriliyini motivə çevirmək; 

Problemi konseptuallaşdırmaq; 

Nəzərdə tutulan həlli müəyyən etmək və araşdırmaq; 

Strateji istiqaməti seçmək; 

Problemin həllini reallaşdırmaq. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə